Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «U» – 241
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
UA UB UC UD UF UG UJ UK UL UM UN UP UR US UT UU UV UX UY UZ
 

UAXDAN

(Gəncə) sandıq

UARDA

uarda qalmağ: (Bakı) açıqda qalmaq

UBAŞ

(Dərbənd) obaşdan, səhər tezdən. – Ubaş gələcəm

UBUR

(Salyan) imkan; fürsət. – Sənin əlində ubur olsa, hamını qırıb-batırarsan

UBUR-SUBUR

(Qax) get-gəl ◊ Ubursubura salmax – get-gələ salmaq. – Mən bilmiy, habı işi niye ubur-subura salıpsın

UCA

(Zaqatala) heyvanın fəqərə sütununun yanlarında olan ət

UCADAĞLAR

(Zəngilan) uşaq oyunu adı

UCALAMAĞ

(İmişli) bax ujulamax. – Sözi çox ucalamağ yaxşı dögi

UCALAMMAX

(Ordubad) 1. məc. ujalmaq, vəzifəcə böyümək 2. inkişaf etmək. – Bacarığı var, bu ucalanacax

UCARRAMAĞ

(Kürdəmir) bax ujulamax. – Sözü: kütahın de, ucarrama mö:lüm <mən ölüm>

UCBAT

(Bakı, İmişli) görə. – Sənün ucbatunnan mən də gedə bilmedim ulara (Bakı); – Sə:n ucbatınnan işdən qaldım (İmişli)

UCBET

(Bakı) bax ucbat. – Mən sənün ucbetünnən bu günə qalmışam

UCO:RRAMAĞ

(Şamaxı) bax ujulamax. – Nə uco:rriyirsan, əl çək də:

UCRAH

ucrah olmax: (Zaqatala) bax uyurcah olmax. – Yekə düynədə gidip una ucrah oldum

UCUBURUĞ

(Salyan) ucaboy. – Bizim kətdə Əlidən ucuburuğ adam yoxdu

UCULAMAX

(Zaqatala, Zəngilan) bax ujulamax. – Elə uculuyur ki, məni də apar (Zəngilan)

UÇAĞAN

(Oğuz) qara xalı olan balaca qırmızı böcək

UÇAR

(Dərbənd) kənddə camaatın söhbət üçün yığışdığı yer. – Əxşəm uçarda çuxlu kişi vardı

UÇARRAMAĞ

(Kürdəmir) bax ujulamax. – Uçarrama, əl çək

UÇBABA

(Borçalı) xanımböcəyi. – Uçbaba şirnəx’ saler