Azərbaycan dilinin dialektoloji lüğəti.

  • UAXDAN

    (Gəncə) sandıq

    Tam oxu »
  • UARDA

    uarda qalmağ: (Bakı) açıqda qalmaq

    Tam oxu »
  • UBAŞ

    (Dərbənd) obaşdan, səhər tezdən. – Ubaş gələcəm

    Tam oxu »
  • UBUR

    (Salyan) imkan; fürsət. – Sənin əlində ubur olsa, hamını qırıb-batırarsan

    Tam oxu »
  • UBUR-SUBUR

    (Qax) get-gəl ◊ Ubursubura salmax – get-gələ salmaq. – Mən bilmiy, habı işi niye ubur-subura salıpsın

    Tam oxu »
  • UCA

    (Zaqatala) heyvanın fəqərə sütununun yanlarında olan ət

    Tam oxu »
  • UCADAĞLAR

    (Zəngilan) uşaq oyunu adı

    Tam oxu »
  • UCALAMAĞ

    (İmişli) bax ujulamax. – Sözi çox ucalamağ yaxşı dögi

    Tam oxu »
  • UCALAMMAX

    (Ordubad) 1. məc. ujalmaq, vəzifəcə böyümək 2. inkişaf etmək. – Bacarığı var, bu ucalanacax

    Tam oxu »
  • UCARRAMAĞ

    (Kürdəmir) bax ujulamax. – Sözü: kütahın de, ucarrama mö:lüm <mən ölüm>

    Tam oxu »
  • UCBAT

    (Bakı, İmişli) görə. – Sənün ucbatunnan mən də gedə bilmedim ulara (Bakı); – Sə:n ucbatınnan işdən qaldım (İmişli)

    Tam oxu »
  • UCBET

    (Bakı) bax ucbat. – Mən sənün ucbetünnən bu günə qalmışam

    Tam oxu »
  • UCO:RRAMAĞ

    (Şamaxı) bax ujulamax. – Nə uco:rriyirsan, əl çək də:

    Tam oxu »
  • UCRAH

    ucrah olmax: (Zaqatala) bax uyurcah olmax. – Yekə düynədə gidip una ucrah oldum

    Tam oxu »
  • UCUBURUĞ

    (Salyan) ucaboy. – Bizim kətdə Əlidən ucuburuğ adam yoxdu

    Tam oxu »
  • UCULAMAX

    (Zaqatala, Zəngilan) bax ujulamax. – Elə uculuyur ki, məni də apar (Zəngilan)

    Tam oxu »
  • UÇAĞAN

    (Oğuz) qara xalı olan balaca qırmızı böcək

    Tam oxu »
  • UÇAR

    (Dərbənd) kənddə camaatın söhbət üçün yığışdığı yer. – Əxşəm uçarda çuxlu kişi vardı

    Tam oxu »
  • UÇARRAMAĞ

    (Kürdəmir) bax ujulamax. – Uçarrama, əl çək

    Tam oxu »
  • UÇBABA

    (Borçalı) xanımböcəyi. – Uçbaba şirnəx’ saler

    Tam oxu »
  • UÇĞUMMAX

    (Borçalı) 1. titrədib-qızdırmaq 2. həyəcan və ya qorxu nəticəsində titrəmək. – Alı yaman uçğunufdu

    Tam oxu »
  • UÇQUL

    (Qazax) balıq tutmaq üçün suyun dibində düzəldilmiş üstüörtülü çuxur

    Tam oxu »
  • UÇQUMMƏY

    (Cəlilabad) həvəslənmək, meyil etmək. – Diyəsən, yamancə uçquneysən, apərrəm səni də toyə

    Tam oxu »
  • UÇQUNNAMMƏY

    (Cəlilabad) bax uçqumməy. – Uçqunnanib, diyəsən qalmiyəcəy, gedəcəy

    Tam oxu »
  • UÇMAĞ

    I (Şamaxı) cənnət II (Yardımlı) yıxılmaq. – Kişi ağacdan uçub əzilib

    Tam oxu »
  • UÇMAX

    (Zaqatala) düşmək <ağacdan>

    Tam oxu »
  • UÇUXLAMAX

    (Cəbrayıl) suluqlamaq, şaxtadan burunun qabağında, dodaqlarda suluq əmələ gəlmək. – Soyuxdan dodağım uçuxluyuf

    Tam oxu »
  • UÇUMMAX

    I (Cəbrayıl, Daşkəsən, Qazax, Tovuz, Şəki) titrəmək, tir-tir əsmək (qorxudan və ya soyuqdan). – Kişi uçunoy, ağacı da tuta bilmey (Daşkəsən) II (Ağdər

    Tam oxu »
  • UÇUNCAX

    (Ağdam, Gədəbəy, Füzuli, Oğuz, Şuşa, Zaqatala) yelləncək. – Gəti bir uçuncax sal uçunax (Oğuz); – Ağaşdan uçuncax as kın, yellənsin uşaxlar (Gədəbəy);

    Tam oxu »
  • UDİ-BUDİ

    (Lerik) sözbaz

    Tam oxu »
  • UDLAĞ

    (Quba) odluq (samovarda). – Sumavarımızın udlağı xarab olub

    Tam oxu »
  • UDUM

    I (Salyan) bacarıq, qabiliyyət. – Arifənin yaxşı udumu var II (Lerik) bəxt, tale, qismət

    Tam oxu »
  • UFA

    I (Gədəbəy) qonşu. – Ay ufa, nə:η bizə də xavar eləme:fsəη bazare:dəndə? II (Qax, Zaqatala) bax upa

    Tam oxu »
  • UFAX

    (Borçalı, Şəki) 1. narın (Borçalı). – Ufax duz yumşağ olar 2. düyü və ya buğdanı tabaqlayarkən yığılan xırda, narın çıxar (Şəki)

    Tam oxu »
  • UFALLI

    (Hamamlı) bax ivhallı. – Çox ufallı adamdı, hamı ona hörmət ele:r

    Tam oxu »
  • UFARRIĞ

    (Dərbənd) xəcalət ◊ Ufarrığ eləmağ – xəcalət çəkmək. – Ufarrığ eliyədəm mən unnan

    Tam oxu »
  • UFDAN

    I (Qax) lovğa II (Zaqatala) qəşəng, gözəl. – Bizim dükanda ufdan çitdər satılır

    Tam oxu »
  • UFTAN

    (Balakən, Qax, Zaqatala) bax ufdan II

    Tam oxu »
  • UFUCU

    (Zaqatala) dözümsüz

    Tam oxu »
  • UFUD

    ufud elemeğ: (Bakı) sakitləşdirmək, sakit etmək. – Ufud eleginən uşağı, sən allah, qoymaginan ağlamegə

    Tam oxu »
  • UGEG

    (Kürdəmir) quş adı. – Ugegin əti yeməli dögül

    Tam oxu »
  • UGÜNƏ

    (Oğuz) o qədər. – Kişilər, ugünə alça var, da: bilmirəm necə

    Tam oxu »
  • UĞAN

    (Oğuz) uğultu

    Tam oxu »
  • UĞAT

    (Qax) avand

    Tam oxu »
  • UĞATDI

    (Qax) avand ◊ Uğatdı olmax – avand olmaq. – İşinğız uğatdı olsun

    Tam oxu »
  • UĞIRSAX

    (Meğri) bax ovursax

    Tam oxu »
  • UĞUFCA

    (Daşkəsən) ehtiyatla. – Qoy o, uğufca işdəsin

    Tam oxu »
  • UĞUNA-UĞUNA

    (Qax) yana-yana; boğula-boğula ◊ Uğuna-uğuna qalmax – yana-yana, boğula-boğula qalmaq, yanıb tökülmək

    Tam oxu »
  • UĞUNDUMAX

    (Ağdam) ilxını iki hissəyə ayırmaq

    Tam oxu »
  • UĞUNMAX

    I (Qax) təəssüflənmək, təəssüf etmək II (Qax) həyəcandan boğulmaq

    Tam oxu »