1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam.
– Dedim: – Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam.
// İs. mənasında. Köməyə, maddi yardıma ehtiyacı olan adam; yoxsul, kasıb, fağır.
…Biz möhtacları da görürük, sizi də.
2. Xəbər şəkilçisi ilə: möhtacdır – ehtiyacı var,
…ehtiyac hiss edir. O, yaxşı bir müəllimə möhtacdır.
– İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsiliüluma. “ ”.
◊ Möhtac qalmaq – bax möhtac olmaq.
Möhtac qılmaq – bax möhtac etmək.
Çoxların qılıbsan çörəyə möhtac.
Möhtac qoymaq – bax möhtac etmək.
[Kazım:] Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş.
Möhtac etmək – 1) ehtiyac içində saxlamaq, ehtiyaclı etmək;
2) asılı etmək, tabe etmək.
Salma gəl dərdə məni; Yar, görsən bir də məni; Namərdə möhtac etmə; Kəs qurban mərdə məni. ( ).
Etməsin Tanrı səni kafərə, yarəb, möhtac!
Möhtac olmaq – 1) ehtiyac içərisində olmaq, sıxıntı çəkmək;
2) hər hansı bir şey, xüsusən dolanacaq cəhətdən asılı olmaq, tabe olmaq.
[Kəblə Cahangir:] Al bu saatı, verin, qıfılı açsın, namərdə möhtac olmaqdansa bu yaxşıdır.
İnamla ucaltdıq anamız yeri; Biz möhtac olmadıq dosta, düşmənə.