Rubin

der; -s, -e yaqut, lə'l
rubbeln
Rubrik
OBASTAN VİKİ
Rubin Karter
Rubin Karter (ing. Rubin Carter) - Amerikalı boksçu.
Andrey Rubin
Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978, Riqa – 1 avqust 2022) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü. Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib. 1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub. Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.
Rubin Kazan FK
Rubin (Kazan) — Rusiyanın futbol klubu 1958-ci ildə yaradılıb. 3 dəfə Avropa kuboklarında iştirak edib.
Anton Rubinşteyn
Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkar və dirijoru. Sankt-Peterburq konservatoriyasının qurucusu. Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır.
Helena Rubinşteyn
Helena Rubinşteyn (ing. Helena Rubinstein, doğum adı Haya Rubinşteym, alm. Chaja Rubinstein‎) — polyakəsilli ABŞ işgüzar qadını, incəsənət kolleksiyaçısı və filantropu. Kosmetika məhsulları sahibkarı və dünyanın ən zəngin qadınlarından birinə çevirən "Helena Rubinstein Incorporated" kosmetika şirkətinin yaradıcısı. Helena Rubinşteyn 1870-ci ildə Polşa yəhudiləri Avqusta Gite Şnaydel və Naftali Hers Horas Rubinşteynin ailəsində dünyaya göz açmışdır. Atası Krakov şəhərində baqqal dükanının sahibi idi. Yalnız qız övladları olan atası Naftoli ailə ən böyük övladı olan Elenanı davamçısı kimi görmək istəyirdi. Sonralar Helena bu barədə xatirələrində yazır: "Çox erkən yaşlarından başlayaraq sözə baxmayan körpələrə baxmaqda anama yardım etməli olurdum. Səkkiz bacının ən boyüyü olmaq idarəetməni öyrənmək deməkdir." Ağıla, əməksevərliyə və inadcıllığa sahib olan Elena ilk əvvəl valideynlərini sevindirsə də, sonradan bir neçə fənndəki uğursuzluqlardan sonra orta məktəbdə oxumaqdan imtina edir. Atasının onu ortayaşlı birisinə ərə vermək istəyini bildikdə Elena evdən qaçır.
Nuriel Rubini
Nuriel Rubini (ing. Nouriel Roubini, rus. Нуриэль Рубини 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012) proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom. İranlı yəhudilərin ailəsində anadan olub . İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır.
Rubinsteyn-Teybi sindromu
Rubinsteyn-Teybi sindromu — 1963-cü ildə ilk dəfə Amerika həkimləri Y. Rubinsteyn və N. Teybi təsvir etmişdirlər. Xəstəlik ağıl zəifliyi olan uşaqlar arasında 0 ,15% hallarda rast gəlinir. Başlıca klinik əlamətləri bunlardır: sifətin anomaliyası, əyri, quş dimdiyinə bənzər burun, əks monqoloid tipli göz yarıqları, çəpgözlük, ptoz, başın kiçik olması, müxtəlif dərəcəli ağıl zəifliyi. Belə uşaqlar boyca balaca, alınları kiçik, yarıyadək tüklə örtülür. Ayaq baş barmaqlarının axırıncı falaqansının enli olması da spesifik əlamətlərdən sayılır. Anomaliya bəzən digər barmaqları da əhatə edir. Bir sıra hallarda daxili orqanların (ürəyin, sidik-cinsiyyət, tənəffüs sisteminin) qüsurları aşkar olunur. Əksər xəstələrdə çəpgözlük, qlaukoma, nistaqm, görmə sinirinin atrofiyası qeyd olunur. 20–25% hallarda cəngolma tutmaları, autoaqressiv hərəkətlər və digər affektiv əlamətlər müşahidə olunur. Xəstəliyin autosom-resessiv verilməsi güman edilir.
Sergey Leonidoviç Rubinşteyn
Sergey Leonidoviç Rubinşteyn (18 (30) iyun 1889, 6 (18) iyun 1889 və ya 18 iyun 1889, Odessa, Xerson quberniyası – 11 yanvar 1960[…] və ya 11 noyabr 1960, Moskva, RSFSR, SSRİ) — rus psixoloqu. İnsanın fəlsəfi-psixoloji konsepsiyasını yaratmışdır. Rubinşteynə görə, xarici təsir daxili şəraitdən keçərək təsir göstərir. O, bu ideyalarını inkişaf etdirərək 1940-cı ildə nəşr etdirdiyi "Ümumi psixologiyanın əsasları" adlı əsərində ümumiləşdirir. 1942-ci ildə bu əsərə görə Rubinşteyn II dərəcəli Stalin mükafatına layiq görülür. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1947-ci ildə o, kosmopolitizmdə Sovet elmini düzgün qiymətləndirməməkdə təqsirləndirilir. 1949-cu ildə bütün vəzifələrdən azad edilir. 40-cı illərdə kəskin şəkildə Rubinşteynə qarşı çıxan A. N. Leontyev 1977-ci ildə onun mövqeyini düzgün hesab edir. Rubinşteyn şüur və fəaliyyətin vəhdəti ideyasını irəli sürür və əsaslandırırdı.
Sergey Rubinşteyn
Sergey Leonidoviç Rubinşteyn (18 (30) iyun 1889, 6 (18) iyun 1889 və ya 18 iyun 1889, Odessa, Xerson quberniyası – 11 yanvar 1960[…] və ya 11 noyabr 1960, Moskva, RSFSR, SSRİ) — rus psixoloqu. İnsanın fəlsəfi-psixoloji konsepsiyasını yaratmışdır. Rubinşteynə görə, xarici təsir daxili şəraitdən keçərək təsir göstərir. O, bu ideyalarını inkişaf etdirərək 1940-cı ildə nəşr etdirdiyi "Ümumi psixologiyanın əsasları" adlı əsərində ümumiləşdirir. 1942-ci ildə bu əsərə görə Rubinşteyn II dərəcəli Stalin mükafatına layiq görülür. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1947-ci ildə o, kosmopolitizmdə Sovet elmini düzgün qiymətləndirməməkdə təqsirləndirilir. 1949-cu ildə bütün vəzifələrdən azad edilir. 40-cı illərdə kəskin şəkildə Rubinşteynə qarşı çıxan A. N. Leontyev 1977-ci ildə onun mövqeyini düzgün hesab edir. Rubinşteyn şüur və fəaliyyətin vəhdəti ideyasını irəli sürür və əsaslandırırdı.
Ruben Rubinyan
Ruben Karapetoviç Rubinyan (erm: Ռուբեն Կարապետի Ռուբինյան) (8 mart 1990, İrəvan) – Ermənistan siyasətçisi və diplomatı, Ermənistan Milli Məclisinin deputatı (2018-ci ildən) və vitse-spikeri (2021-ci ildən). 2021-ci ilin dekabrında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə kimi təyin edilib. 8 mart 1990-cı ildə İrəvan şəhərində anadan olub. Siyasətçi Karapet Rubinyanın oğludur.