Nadejda Rumyanseva
Nadejda Vasilyevna Rumyanseva (rus. Наде́жда Васи́льевна Румя́нцева, 9 sentyabr, 1930, Potapovo, Smolensk vilayəti - 8 aprel, 2008, Moskva) — Rusiya aktrisası.
Nadejda Rumyanseva 1930-cu il sentyabrın 9-da Smolensk vilayətinin Potapova kəndində anadan olub, ailələri bir il sonra Javoronki qəsəbəsinə köçüb. Nadya və Volodyanın uşaqlığı burada keçib.
Nadejdanın atası qatar bələdçisi işləyirdi, İkinci Dünya müharibəsindən əlil qayıtmışdı. Ailənin kiçiyi olsa da, Nadejda çox diribaş uşaq idi. Orta məktəbdə əlaçı olmaqla yanaşı, gimnastika ilə məşğul olur, xorda oxuyurdu, məktəbi də qızıl medalla bitirmişdi.
Sənətə böyük maraq göstərən Nadya əvvəlcə Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyada, sonra Lunaçarski adına Teatr İnstitutunda oxuyur. 1955-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirir.
Bir çox rolları ilə tamaşaçı sevgisi qazanan aktrisa, 1959-cu ildə rejissor Yuri Çulyukinin "Təslim olmayanlar" kinokomediyasında Nadya Berestova roluna çəkilir.