rus-osmanlı
rus-tatar
OBASTAN VİKİ
Slavyan-Rus Cəmiyyəti
Slavyan-rus cəmiyyəti—"Vahid, bölünməz Rusiya" uğrunda mübarizə məqsədilə Tiflis şəhərində yaradılmış qurum. == Yaradılması == 1918-ci il martın 11-də Konstantin Lizqarın sədrliyi ilə cəmiyyətin ilk iclası keçirilmiş, nizamnaməsi qəbul edilmişdi. 1918-ci il, martın 14-də qeydiyyatdan keçmiş nizamnaməsində onun slavyan və rus əsilli vətəndaşların milli, elmi, dini, məişət, texniki, tədris-tərbiyəvi birliyi məqsədilə yaradıldığı göstərilirdi. Bu məqsədə nail olmaq üçün cəmiyyət mövcud qanunlar çərçivəsində müxtəlif tipli (praktiki və ümumtəhsil) məktəblər, yaşlılar və uşaqlar üçün bazar günü məktəbləri, peşə kursları və qiraət zalları, klublar, körpələr evi və yetimxanalar, kilsələr, ambulatoriya və müalicə müəssisələri, kooperativlər, kredit dairələri, hüquqşünas, həkim, tibb bacıları dərnəkləri, cəmiyyət üzvləri üçün məşğulluq büroları, əyləncə yerləri, mətbuat orqanları və mətbəələr açmağı nəzərdə tuturdu. Nizamnamədə həmçinin, cəmiyyətin milliyətindən asılı olmayaraq hamıya mədəni-maarif və xeyriyyə yardımı göstərəcəyi qeyd olunurdu. Bakıda şöbəsi fəaliyyət göstərirdi. == Parlamentdə == 1918-ci ilin dekabr ayının 3-də Slavyan-rus cəmiyyəti onun fəaliyyətinin əsasını təşkil edən ideyaların həyata keçirilməsi məqsədilə tərkibinə daxil olan cəmiyyət və təşkilat üzvlərinin mənafelərinin müdafiəsi istiqamətində birgə iş aparmaq üçün AXC parlamentinə daxil olmaq arzusu ilə Azərbaycan Milli Şurasının rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə müraciət etdi. Müraciət qəbul olundu və cəmiyyət 5 deputatla parlamentdə təmsil olunaraq fraksiya yaratdı. == Məqsədləri == Cəmiyyət "bolşeviklərsiz Rusiya" ilə ittifaqa tərəfdar idi.
Slavyan-rus Cəmiyyəti fraksiyası
Slavyan-rus İttifaqı fraksiyası
Slavyan
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası
Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası — 1918-ci ildə yaradılımış təşkilat. == Tarixi == 1918-ci ilin martında yaranmışdı. Üzvləri K.N.Lizqar, M.N.Vinoqradov, E.P. ,merlinq, A.İ.Şpitalski, V.İ.Sokolov, İ.N.Protasyev, N.A.Vaykov, O.Vasili Kravçenko, İ.P.Zalayev, D.S.Saxnovski, V.A.Piquzov, V.İ.Dedukov və b. olmuşlar. Şuranın 27 noyabr tarixli iclasında aşağıdakı tezislər qəbul edilmişdi: Qafqazda Slavyan-rus cəmiyyəti slavyan, o cümlədən rus mənşəli vətəndaşların əlaqələrinin və bütün milli təşkilatlarla əməkdaşlığının möhkəmləndirilməsini qarşısına başlıca məqsəd qoyur; xalqların öz müqəddəratını təyin etməsi prinsipi əsasında Rusiyanın 1914-cü ildə müharibə elan edilənə qədərki sərhədləri hüdudunda bütövlüyü ideyası onun fəaliyyətinin əsasmı təşkil edir; dövlətin bütövlüyü və müstəqilliyi əleyhinə çevrilmiş hər hansı hərəkət yolverilməzdir və hər vasitə ilə qarşısı alınmalıdır; buna görə də Slavyan-rus cəmiyyəti hökuməti dəstəkləmək üçün hər cür tədbir-görməyi zəruri sayır; dövləti gücləndirmək üçün yerli hərbi qüvvələrin yaradılması vacibdir; Ümumrusiya Müəssislər məclisi Rusiya dövlətinin idarə formasını müəyyən edənə qədər yerlərdə mülki hakimiyyət həmin ərazidə yaşayan əhalinin nümayəndələrindən ibarət özünüidarə hökumətinə məxsusdur; Hökumətin ilk vəzifəsi ölkədə qayda-qanun yaradılması və anarxiyanın aradan qaldırılmasıdır; Hökumət torpaqsız və aztorpaqlı kəndlilərə qayğı ilə yanaşmalıdır; əhalinin kənd təsərrüfatı ehtiyaclarına və sənayenin, məhsuldar qüvvələrin inkişafına qayğı ilə yanaşılmalıdır; əhalinin maariflənməsi və mədəniyyətinin inkişafı sahəsində tədbirlər görülməlidir.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Slavyan Bazarı
Slavyan Bazarı (belar. Славянскі Базар у Віцебску) — Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışmalarından biridir. 1992-ci ildən bəri keçirilir. Müxtəlif illərdə bu yarışmanın qalibləri arasında Rumıniya, Xorvatiya, Rusiya, Ukrayna, Serbiya, Makedoniya, Belorus təmsilçiləri olub. Bu il keçiriləcək "Slavyan bazarı" vokal festivalında Azərbaycanı "Eurovision 2011″in milli seçim turlarının finalçısı Aynişan Quliyeva təmsil edəcək.
Slavyan dilləri
== Şərqi slavyan dilləri ==
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. == Tarixi == Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
Slavyan qrupu
== Şərqi slavyan dilləri ==
Slavyan tayfaları
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Slavyan təqvimi
Bir çox slavyan dilləri Qriqori təqvimində ilin ayları üçün Latın mənşəli adlardan rəsmi olaraq istifadə etsələr də, Slavyan mənşəli olduqlarına görə on iki ay üçün latın adlarından fərqli olan köhnə adlar dəsti də mövcuddur. Bəzi dillərdə, məsələn serb dilində bu ənənəvi adlar arxaikləşmişdir və buna görə nadir hallarda istifadə olunur. Slavyan dillərində ilin aylarının orijinal adları hava şəraiti və bu dövr üçün ümumi olan xüsusiyyətlər, habelə kənd təsərrüfatı fəaliyyətləri kimi təbii hadisələri yaxından izləyir. Bir çox ayın fərqli bölgələrdə bir neçə alternativ adı var. == Adlar == == Xorvat adları == Xorvat ayları Qriqorian təqvimində istifadə olunan Latınca ay adlarından fərqlənir: Bəzi adlar, standart Xorvat lüğətlərində artıq olmayan arxaik xorvat-slavyan sözlərindən yaranmışdır. Buna görər də bu sözlərin mənası da birmənalı deyil. == Çex ayları == Çex aylarının adları, Polşa, Xorvat, Ukrayn və Belaruscada da olduğu kimi, əksər Avropa dillərində istifadə olunan Latın adlarına əsaslanmır. -en şəkilçisi ayların çoxuna əlavə olunur. Yanvar - leden ( led – buz) Fevral - únor (yəqin ki, nořit sözündən törəmiş nor-kök sözündən yaranmışdır və göl səthinin altındakı buz kütləsi mənasında işlənmişdir) Mart - březen (ağcaqayın mənasını verən bříza və ya hamiləlik mənasını verən březí sözündən götürülmüşdür – bu dövrdə bir çox meşə heyvanları, xüsusən də dovşanlar hamilə olur) Aprel - duben ( dub – palıd sözündən götürülmüşdür) May - květen ( květ – çiçək sözündən törəmişdir ) İyun - červen (qırmızı mənasında işlənən červený və ya soyuq mənasını verən červ sözündən törəmişdir və hər iki məna meyvə ilə bağlıdır) İyul - červenec (červen ilə eyni mənadadır, sadəcə -ec şəkilçisi qəbul edib) Avqust - srpen ( srp – oraq sözündən ) Sentyabr - září (lİşıq saçır) Oktyabr - říjen (říje- adət sözündən törəyib) Noyabr - listopad ("yarpaqların düşməsi" deməkdir) Dekabr - prosinec (yalvarmaq, soruşmaq mənasında işlənən prosit və ya daha böyük ehtimalla prosinalý–solğun sözündən törəyib. Çünki bu ayda səma solğun olur.) == Makedon ayları == Makedon dilində Qreqori təqviminin aylarının iki dəst adları var.
Şərqi slavyan
Şərqi Slavyan sözü üçün aşağıdakılara müraciət edilə bilər: Şərqi slavyan dilləri — slavyan dillərinin üç qolundan biridir Şərqi slavyanlar — Şərqi slavyan dillərində danışan və slavyan xalqlarının alt qrupu olan xaqlar.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Rus (dəqiqləşdirmə)
Rus (xalq)
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Rus Amerikası
Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır. == İlk kəşflər == Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır. == Tarixi == Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.
Rus Borisi
Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb. == Toponimikası == Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.
Rus Cəngavərləri
Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir. == Tarixi == 1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb. == Faktlar == Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır.
Rus Gərgəri
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Rus Lavale
Rus Lavale (12 iyul 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Rus Lavale Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Rus Lavale Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Rus Lavale Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Rus Ordusu
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Rus Pişiyi
Rus Pişiyi dili — dil Çukot Muxtar Dairəsi ərazisində, Klinovstryon buxtasını Anadır limanından ayırır. == Tarix == Dil ilk dəfə 1651-ci ildə Semyon Dejnyov tərəfindən kəşf edilmiş bə adlandırılmışdır. Rus dənizçiləri Koşka sözünü dil mənasında işlədilirdi. == Fiziki-coğrafi xüsusiyyətləri == Dil şimal-şərqdən cənub-qərbə 16 km məsafədə uzanır. Eni 2 km, hündürlüyü 2-3 metr arasında dəyişir. Dil ərazisinin böyük hissəsi bataqlıqlaşmışdır. Güçlü fırtınalar zamanı dalğalar onu bir sahiiindən digərinə keçirlər. Qabarmanın hündürlüyü bir metrdir. Sıldırımlı sahil hissəsində Klinovstrom körfəzi yerləşir. Dilin qutaracağına yaxın Protoçnoe gölü yerləşir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.