Rus Cəngavərləri

Rus Cəngavərləri (rus. Русские витязи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 5 aprel tarixində yaradılmışdır. Tək və qrup halında pilotaj fiqurları yerinə yetmək üçün çoxməqsədli yüksək manevr qabiliyyətinə malik Su-27 təyyarələrindən istifadə olunurdu. 2016-cı ildə komanda Su-30 təyyarələri əldə etdi. 2019–2020-ci illərdə Su-35 təyyarlərləri komandanın ixtiyarına verildi. Hal-hazırda komanda hər 3 model təyyarəyə sahibdir.[1]

Rus Cəngavərləri
Русские витязи
Loqonun şəkli
Növü Aerobatika komandası
Yaranma tarixi 5 aprel 1991 (1991-04-05) - Günümüz
Ölkə SSRİRusiya
Tabedir Rusiya Hərbi Hava Qüvvələri
Rəngləri Ağ, göy, qırmızı
            
Təchizatı 8 Su-27
8 Su-30
8 Su-35
russianknights.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci ilin əvvəllərində 6 təyyarədən ibarət komanda formalaşdı və həmin il aprelin 5-də "Rus Cəngavərləri" aerobatika komandası quruldu. Uçuşlar üçün istifadə olunan təyyarələr Rusiyanın dövlət bayrağının rənglərinə boyanıb.

  • Əvvəlcə aviasiya qrupu "Mavi Şimşəklər" adlanırdı, lakin sonradan məlum oldu ki, Yaponiya Hərbi Hava Qüvvələrinin aerobatika komandası "Mavi İmpuls" adlanır. Buna görə də komandanın adı dəyişildi. Əvvəlki ada uyğun hazırlanmış şevronlar isə suvenirə çevrildi.[2]
  • 2004-cü ildə şou planına Rus Cəngavələrinin və Uzunqanadların 9 təyyarədən ibarət komanda ilə (5 Su-27 və 4 MİQ-29) romb düzülüşündə uçuşu əlavə olundu.[3]
  1. http://russianknights.ru/istoriya/
  2. "Arxivlənmiş surət". 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-23.
  3. "Arxivlənmiş surət". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]