SÜRÜNƏN

ползучий, ползун, пресмыкающийся
SÜRÜNDÜRMƏK
SÜRÜNƏNLƏR
OBASTAN VİKİ
Sürünən
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürünən ayrıqotu
Elymus repens (lat. Elymus repens) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elymus cinsinə aid bitki növü. Kökləri uzun, üfqi uzanan, sapabənzər olub 5–15 sm dərinliyə qədər gedir. Gövdədinin hündürlüyü 40–150 sm olur. Bitkinin dibindən çixan və gövdədən 2–8,5 mm hündürlükdə olan yarpaqları uzunluğu 15–40 sm, eni 3–10 mm çılpaq düz xət şəklində olur. Çiçəyin formulu: ↑ P 2 A 3 G ( 2 ) _ {\displaystyle \uparrow P_{2}\;A_{3}\;G_{\underline {(2)}}} . Bitkinin vətəni Avropa, Şimali Afrika və Asiyadır olsa da, demək olar ki, hər yerə yayılmışdır və əksər yerlərdə alaq otu hesab edilir. Bostan şəraitində bu bitkiləri təmizləmək üçün torpağı çevirir və kökləri əllə çıxarılıb atılır. Torpaqdan kənarda tez quruyur və məhv olur. Düzənliklərdə və dağlarda bitir.
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Sürünən kəkrə
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Sürünən mahoniya
Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır. Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır. Quraqlığa davamlıdır.
Sürünən qarağac
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. Öz arealında quraqlı rayonlarında kol kimi bitir. Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Sürünən qaymaqçiçəyi
Sürünən qaymaqçiçəyi (lat. Ranunculus repens) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm olan çoxillik bitkidir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada rast gəlinir. Rütübətli və kölgəlik yerlərdə, su ilə gətirilmiş torpaqlarda – çayların sahilində, rütubətli çəmənliklərdə, kolluqların arasında, meşə bataqlıqlarında, sahələrdə və bostanlarda bitir.
Sürünən qaytarma
Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir.
Azərbaycanda yayılmış sürünənlərin siyahısı
Azərbaycanda yayılmış sürünənlərin siyahısı Azərbaycan ərazisində 3 növ Tısbağa, 29 növ və 3 yarımnöv Kərtənkələ, 30 növ ilan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Ermənistanda yayılmış sürünənlərin siyahısı
Ermənistanda yayılmış sürünənlərin siyahısı Ermənistanda (Əski Azərbaycan torpaqlarında) ərazisində 3 növ Tısbağa, 26 növdən az olmayan Kərtənkələ, 22 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Gürcüstanda yayılmış sürünənlərin siyahısı
Gürcüstanda yayılmış sürünənlərin siyahısı Gürcüstan ərazisində 3 növ Tısbağa, 29 növdən az olmayan Kərtənkələ, 24 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Sürünənlər
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürünənlər (Reptilia)
Sürünənlər sinfi

Значение слова в других словарях