SIĞIMAQ
SIĞINACAQ
OBASTAN VİKİ
Sığın
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Cağoya sığınmışlar
Cağoya sığınmışlar — Mixeil Cavaxişvilinin romanı. Bu ilk (- № 7–8 və 1925-ci — № 1 1924-cü ildə) jurnalının Mnatobi nəşr edilmişdir. Bu roman yazmaq 20 il müəllif etdi. Gürcüstan 20-ci əsrin sosial problemlərin təsvir Bu roman, müəllifin bir Magnum opus olmaq tanınmış olunur.
Firuz-1 sığınacağı
Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə. == Arxeoloji tədqiqi == Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir. Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Nyu-York sığınacaq evi
Nyu-York sığınacaq evi (ing. New York House of Refuge) ― ABŞ-da azyaşlı cinayətkarlar üçün açılmış ilk islahedici müəssisə. Müəssisə 1824-cü ildə Nyu-York şəhərinin Manhetten borosunun Baueri küçəsində açılmışdır, 1839-cu ildə yanğın nəticəsində dağılmış və 23-cü küçəyə köçürülmüşdür, 1854-cü ildə isə Rendels adasında yerləşdirilmişdir. 111 illik tarixi ərzində islahedici müəssisə şəxsi mənbələrdən maliyyələşdirilirdi, dövlət qurumlarından ancaq rəhbərlik, nəzarət və əlavə maliyyə alırdı. 1901-ci ildən başlayaraq qadın məhkumlar yeni açılan qadınlar üçün Nyu-York sığınacaq evinə (ing. New York House of Refuge for Women), indiki Takonik islah müəssisəsinə köçürüldü. 1930-cu illərdə yaşca daha kiçik kişi məhkumlar (12 ilə 15 yaş arası) Vorikdə yerləşən yeni dövlət təlim məktəbinə köçürüldü, yaşca daha böyük oğlanlar isə yeni tikilmiş Koksaki dövlət həbsxanasına köçürüldülər. Sığınacaq evi 11 may 1935-ci ildə bağlandı.
Qafqaz sığını
Qafqaz sığını (lat. Alces alces caucasicus) — Sığın növünə aid yarımnöv.. Əsasən Qafqaz dağları, Şərqi Avropada və Kiçik Asiya yayılmışdı. Nəsli kəsilmişdir. Hazırda isə isə sığınlar Baltikyanı ölkələrdə və Skandinaviya yarımadası kimi ərazilərdə yayılıb. Qafqaz sığının izlərinə Şərqi Avropa və Qərbi sibirdə rast gəlinir. Artıq bu yarımnövün tamamən nəslinin kəsilməsi XIX əsrə təsadüf edir. Nəslikəsilmiş Qafqaz sığını. Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine (ing.) Caucasian Moose – Extinct Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine.
Siyasi sığınacaq
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Sığınacaq
Sığınacaq — əhalini və qoşunların şəxsi heyətini bütün qırğın vasitələrinin zədələyici təsirindən qorumaq üçün tikilən xüsusi qurğu. Sığınacaq mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növüdür. Sığınacaqdan ilk dəfə Birinci dünya müharibəsi zamanı istifadə edilmişdir. İkinci dünya müharibəsi illərində isə bomba və qaz sığınacaqları geniş tətbiq olundu. Sığınacaq mohkəm inşaat materiallarından tikilir (nüvə partlayışının zərbə dalğası təsirindən qorunmaq üçün), radioaktiv, kimyəvi, bakterioloji maddələrdən qorunmaq üçün hermetik olur, ventilyasiya qurğusu ilə təchiz edilir və burada adamların 2-3 gün qalması üçün şərait yaradılır. Sığınacaqlarda adamların yerləşdiyi əsas otaqlardan başqa ərzaq, su ehtiyatları saxlanan otaqlar, sanitariya qovşağı və digərləri üçün nəzərdə tutulan yardımçı otaqlar, kanalizasiya, isitmə sistemi, qəza halları üçün giriş və çıxış yolları və sığınacaq olur. Metropoliten stansiyaları, yeraltı qazmalar və digərlərindən də sığınacaq kimi istifadə edilə bilər.
Sığınacaq (film, 2007)
Sığınacaq (ing. Shelter) — 2007-ci ildə rejissor Conah Markovitz tərəfindən çəkilmiş ABŞ istehsalı olan dram filmi. Zak kolleci bitirmiş bir gəncdir. 4 ildir ki, sevgilisi ilə problemi var. Bütün vaxtını bacısının uşağı Kodiyə baxmaq, işləmək və küçə sənətçiliyi ilə keçirir. Kodi hər kəs tərəfindən azarlanır. Yalnız Zakı atası olduğunu fikirləşdiyinə görə onun sözünə baxır. Bu arada Zakın dostlarından biri öz dostu Şaunla birgə kəndə gəlir və onlar birgə gəzib dolaşırlar, dost olurlar. Şoun Zakın problemlərini görüb ona kömək etmək istəyir. Zakın bacısı Kodilə maraqlanmadığı halda Zakdan Kodiyə və xəstə atalarına baxmağı və Şaunla görüşməməyi tələb edir.
Sığınacaq axtaran
Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınacaq axtaran şəxs miqrantın bir növüdür və qaçqın və köçkünlər bu qrupa aid edilə bilər, lakin iqtisadi miqrantlar bura aid edilmir. Miqrantların sığınacaq axtaran olması tələb olunmur. Şəxs başqa ölkədə qalmaq üçün rəsmi müraciət etdiyi andan sığınacaq axtaran şəxs statusu qazanır və həmin müraciət nəticələndiyi vaxta qədər bu status qalır. Əgər şəxsin müraciəti qəbul edilərsə və şəxsə sığınacaq verilərsə, ona "sığınacaq almış şəxs" deyilir. Sığınacaq ölkəsinin miqrasiya məsələləri üzrə səlahiyyətli orqanları sığınacaq verilməsi ilə bağlı əsasların olub-olmadığını müəyyən edirlər. Buna uyğun olaraq, ya sığınacaq axtaran şəxs müdafiə ilə təmin olunur və rəsmi olaraq qaçqın (sığınacaq almış şəxs) kimi tanınır; ya da sığınacaq verməkdən imtina olunur və şəxs ölkəni tərk etməli olan, hətta deportasiya edilə bilən qanunsuz miqranta çevrilir. Əgər şəxsin vəziyyəti 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyada və ya sığınacaq üçün Avropa İttifaqına üzv dövlətlərə müraciət edildiyi halda tətbiq edilən Avropa İnsan Hüquqları Konvensiyası kimi qaçqınların hüquqi statusunu tənzimləyən digər beynəlxalq sənədlərdə qeyd olunan mənada "qaçqın" anlayışının təsir dairəsinə düşərsə, sığınacaq axtaran şəxs qaçqın kimi tanına və ona qaçqın statusu verilə bilər. Bununla belə, qaçqın konvensiyasına üzv dövlətlər sığınacaq axtaranların müdafiəsi ilə əlaqədar məsələləri öz siyasətləri çərçivəsində həll edirlər və barəsində sığınacaq verilməsindən imtina olunan şəxslərin sayı ölkədən ölkəyə və ildən ilə fərqlənir.
Sığınacaq hüququ
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Sığınaq
Sığınaq, Sığınacaq və ya Bunker (alm. Bunker‎) — nüvə silahı, adi silahlar, bioloji və kimyəvi hərb maddələrinin təsirlərindən və təbii fəlakətlərdən insanlar tərəfindən, insanların yaşaması və ölkənin müharibə vaxtı və ya sonrası varlıqları və əşyaları qorumaq məqsədi ilə inşa edilən qorunma yərləridir. Sığınaqlar məqsədinə görə iki yerə ayrılır: Özəl sığınaqlar: Evlərdə, rəsmi və özəl idarə, fabrika ve müəssəsələrin zirzəmilərində və ya baxçalarında qurulur. Buralarda oturan ailə, məmur və işçilərin qorunması üçün qurulan tikintilərdir. Geniş sığınaqlar: Əhali və nəqliyyat çox olduğu yerlərdə xalqın qorunması üçün qurulan tikintilərdir. Sığınaqlar istifafəsinə görə iki yerə ayrılırlar. Təzyiq sığınaqları: Nüvə silahların anı (işıq, istilik, təzyiq və ilk radiasiya) və onun qalığı (radioaktiv tullantılar) təsirləriylə, adi silahların təsirlərinə, kimyəvi və bioloji hərb maddələrinə qarşı qorunmaq məqsədi ilə dövlət tərəfindən inşa edilən sığınaqlardır. Səpinti sığınaqları: Nüvə silahların radioaktiv səpinti təsirlərinə qarşı qorunmaq məqsədi ilə inşa edilən sığınaqlardır. Bu sığınaqlar; kimyəvi və bioloji hərb maddələrinə, nüvə silahların zəifləmiş təzyiq və istilik təsirlərinə və adi silahların dəriyə tesirlərindən qorunması üçün inşa edilən sığınaqlardır.
Sığıncaq
Sığıncaq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Təklə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Sığıncaq kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 1943 nəfərdir.
Keçmişin sığınacağı
Keçmişin sığınacağı və ya Keçmişdən gələn partlayış (ing. Blast from the Past) — Rejissor Hyu Uilson tərəfindən 1999-cu ildə çəkilmiş romantik komediya filmidir. Filmdə baş rolları Brendan Freyzer və Alisiya Silverstoun ifa etmişdirlər. Filmin premyerası 12 fevral 1999-cu ildə baş tutmuşdur. Film PG-13 kimi qiymətləndirilmişdir.

Значение слова в других словарях