SƏKSƏNCƏ

s. only / just eighty

SƏKSƏN
SƏKSƏNDİRMƏK
OBASTAN VİKİ
Səksəncək döyüşü
Səksəncək döyüşü - 1526-cı ildə Ustaclı tayfasından olan Köpək sultan Ustaclı ilə rumlulardan Div sultan Rumlu arasında vəkalət müharibəsi nəticəsində baş verən döyüşlərdən biri. Şah İsmayılın vəfatından sonra oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin bu zaman Təhmasib Mirzə 10 yaşında idi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div sultan ələ keçirdi. Lakin ustaclı tayfasının Köpək sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca sultan Təkəli,Məşhəd hakimi Burun sultan Təkəli, Şiraz hakimi Əli sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək sultan Ustaclı əleyhinə ittifaq bağladı. Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi Durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div sultana qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər. Div sultan bununla da kifayətlənmədi.

Значение слова в других словарях