O-Fenilendiamin
o- Fenilendiamin – formulası C6H8N2 olan üzvi birləşmə, aromatik diamin.
== Fiziki xassələri ==
o-Fenilendiamin - ağ, açıq çəhrayı və ya sarımtıl rəngli kristallardır.
== Alınması ==
Sənayedə o-fenilendiamin 2-nitroanilinin bərpası nəticəsində alınır, hansı ki 2-nitroxlorobenzolun aminləşmə reaksiyası zamanı sintez olunur.
Bərpa müxtəlif reagentlərin, məsələn, dəmir tozu, hidrazin və ya hidrogen sulfidin təsirindən həyata keçirilə bilər. Sənaye üsulu palladium katalizatorunun istifadəsi ilə keçirilir. Həmçinin, o-fenilendiamin 1,2-dixlorobenzolun və anilinin aminləşmə reaksiyası nəticəsində alınır.
Laboratoriyada o-fenilendiamin natrium hidrogen sulfitin 1% sulu məhlulundan kristallaşma yolu ilə təmizlənir, sonra maddə buzlu su ilə yuyulur, vakuumda qurudulur və və sublimasiya olunur.
== Kimyəvi xassələri ==
o-Fenilendiamin isti suda, etil spirtində, dietil efirdə, xloroformda həll olunur. İşıqda və havada kristallar tez qaralır.
o-Fenilendiamin, reaksiyalarda gələvi kimi özünü görsədərək duzlar əmələ gətirir, tipik aromatik aminlərə bənzər.