sərt külək

an icy wind ледяной ветер
sərrast göz
OBASTAN VİKİ
Külək
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Katabatik külək
Katabatik külək (yun. κατάβασις, katabasis - enmə, eniş), həmçinin düşmə - yer səthinin yamaclarına (dağ keçidlərindən) aşağı yönəlmiş sıx və soyuq hava axını, həmçinin kumulonimbus buludlarında enən soyuq hava axınları. Bütün enmə küləkləri katabatik deyildir. Məsələn, fön, şinuk və ya berqvind kimi küləklər yağış kölgələrinin küləkləridir, burada dağ silsiləsinin küləkli tərəfindən qalxdıqda hava nəmini itirir və quru və isti tərəfdən enir. Katabatik külək dağların ətəyinə soyutma gətirir ki, bu da hava kütlələri endikdə adiabatik proses ilə kompensasiya olunmur. Katabatik küləklər qasırğa sürətinə çata bilər - Mak-Murdonun quru vadilərində saatda 320 km-ə qədər sürətlənir. Enən küləklər bir çox dağlıq ölkələrdə və sahillərdə də bilinir. Norveçdə belə küləklər elvequst, Rio-de-Janeyroda terre-altos, Yaponiyada iros, Kaliforniyanın cənubunda Santa-Ana küləyi adlanır. Ən çox ifadə vasitələri isə bora, buzlaq küləyi, katabatik külək, mistral və başqalarıdır. Katabatik külək havanın yaylada, dağda, buzlaqda və hətta bir təpədə radiasiya ilə soyumasından qaynaqlanır.
Külək (dəqiqləşdirmə)
Külək
Külək (superqəhrəman)
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Külək enerjisi
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Xəzri (külək)
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.
Esra Sərt
Esra Sərt Köseoğlu(14 fevral 1976, Adapazarı[d]) — türkiyəli jurnalist, server. 1994-cü ildə Sakarya Atatürk Liseyindən məzun oldu. İstanbul Universiteti Ünsiyyət Fakültəsini bitirdi. 1999-cu ildə girdiyi NTV kanalında əvvəllər xəbər spikerliyi etmiş, daha sonra Yaxın Plan, Günün İçindən adlı gündüz qurşağı xəbər proqramlarını təqdim etmişdir. 2010-cu ildə NTV səhər xəbər qurşağı proqramı Günə Cihazın işə salınması aparıcılığını boynuna götürdü. Aprel 2011-də bu proqramdakı vəzifəsini təhvil edərək NTV-də nəşr olunan Seçkiyə Doğru proqramının aparıcılığını etmişdir. 2011-ci ilin son dövrlərində CNBC-də kamera arxasında başqa bir vəzifəyə təyin edilmişdir. Esra Sərt 2008-ci ildə evlənmiş, Ladin Köseoğlu adlı bir qız uşağı sahibidir. NTV-dən öz istəyiylə istefa edərək ayrılmış; Haber Türk qəzetində 2013-dən bu yana Ht Hayat adlı hissədə məqalələr dərc edir.
Sərt dağnanəsi
Sərt disk
Bərk disklər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) — kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur. 13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi. Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7–20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur. Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi. Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur.
Sərt güc
Sərt güc — Siyasətdə digər siyasi təşkilatların davranışlarına və ya maraqlarına təsir etmək üçün hərbi və iqtisadi vasitələrdən istifadə etməkdir. Siyasi hakimiyyətin bu forması çox vaxt aqressivdir (məcburiyyət) və bir siyasi orqan tərəfindən daha az hərbi və/yaxud iqtisadi gücə malik olan digərinə tətbiq edildikdə ən təsirli vasitə olur. Sərt güc, diplomatiya, mədəniyyət və tarixdən gələn yumşaq güc ilə ziddiyyət təşkil edir. Cozef Naya görə, sərt güc "başqalarını sizin iradənizi yerinə yetirmək üçün iqtisadi və hərbi gücün yerkökü və çubuqlarından istifadə etmək bacarığını" əhatə edir. Burada "yerkökü" ticarət maneələrinin azaldılması, ittifaq təklifi və ya hərbi müdafiə vədi kimi stimulları ifadə edir. Digər tərəfdən, "çubuqlar" təhdidləri – o cümlədən məcburi diplomatiyadan istifadəni, hərbi müdaxilə təhlükəsini və ya iqtisadi sanksiyaların tətbiqini təmsil edir. Ernest Wilson sərt gücü "başqasını həmin qurumun başqa cür hərəkət etməyəcəyi şəkildə hərəkət etməyə məcbur etmək" qabiliyyəti kimi təsvir edir. Sərt gücün mövcudluğu uzun bir tarixə malik olsa da, bu terminin özü Cozef Nye suveren dövlətin xarici siyasətində yeni və fərqli güc forması kimi yumşaq gücü icad etdiyi zaman yaranmışdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində realist məktəbə görə, hakimiyyət müəyyən maddi sərvətlərə, o cümlədən əhaliyə, əraziyə, təbii sərvətlərə, iqtisadi və hərbi gücə və başqalarına sahib olmaq ilə bağlıdır. Sərt güc bir millətin və ya siyasi qurumun digər aktyorların davranışlarına təsir etmək üçün iqtisadi stimullardan və ya hərbi gücdən istifadə etmək qabiliyyətini təsvir edir.
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Sərt quramat
Sərt quramit
Sərt quramit (lat. Lolium rigidum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Bu bitki 20-50 (60) sm hündürlüyündə taxıllar fəsiləsinin bir illik ot bitkisidir. Çox gövdəlidirlər, gövdələri nazik və dik qalxandırlar. Yarpaqları ensiz xətlidir. Aprel-may aylarında çiçəkləyirlər, iyunun əvvəlində meyvə verirlər. Efemerlik xüsusiyyətlərinə malik olub yovşanla fitosenoloji qruplaşma əmələ gətirirlər. Neftlə çirklənmiş torpaqların bioloji rekultivasiya mərhələsində yaxşı bitmə qabiliyətinə malik taxıl bitkisidir. Qara yonca ilə birlikdə sıx cəngəllik əmələ gətirməklə yüksək məhsuldarlığa (190 s/ha) malikdirlər.
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. A Wind Named Amnesia — Internet Movie Database saytında.
Külək:Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək (film, 1959)
"Külək" (rus. Ветер) — inqilab mövzusunda ağ-qara lentə çəkilmiş sovet filmidir. Aleksandr Demyanenkonun kinoda ilk roludur. Hadisə Rusiyada vətəndaş müharibəsi zamanı baş verur. Ağların (ağqvardiyaçıların) ərazisində olan parovoz deposunun fəhlələri Moskvaya komsomolun birinci qurultayına adlı 3 nümayəndə göndərirlər: Fyodor (E.Bredun), Nastya (T.Loginova) və Mitya (A.Demyanenko). Moskvaya qədər gedilməli olan 1500 km yol əsasən ağların əlində olan ərazidən keçir. Yolda Fyodoru ağqvardiyaçılar həbs edirlər, lakin o, dostların, eləcə də sahibsiz uşaq və Mari adlı yüngül əxlaqlı qadının (E.Lejdey) köməkliyi ilə azadlığa qaça bilir. Mari və sahibsiz uşaq nümayəndələrə qoşulur, sonradan Mari öz həyatı hesabına yerdə qalanların hamısını xilas edir. Moskvaya kimi yalnız 2 nəfər: Fyodor və uşaq gedib çatırlar, Mitya və Nastyanı isə ağlar öldürürlər. Fyodor qurultayda çıxış edir və odlu nitq söyləyir, bolşeviklər partiyasına sədaqətə and içir.
Külək - Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək elektrik stansiyası
Külək elektrik stansiyası (KES) — küləyin enerjisini elektrik enerjisinə çevirən stansiya.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.
Maksimal külək sahələri
Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Lilqrund külək ferması
Lilqrund külək ferması (ing. Lillgrund Wind Farm) — İsveçin cənub sahillərindən 10 km aralıda, Öresund körpüsünün yaxınlığında yerləşir. Orada küləyin orta sürəti saniyədə 8–10 metr təşkil edir. Bu, İsveçdə suda yerləşən ən böyük külək elektrik stansiyasıdır. Lilqrundda Siemens tərəfindən istehsal olunmuş 48 külək turbini mövcuddur. İsveçdən olan repçi Ecco2K "Peroxide" mahnısı üçün orada klip çəkdirmişdir.
Sərt diskin məhsuldarlığı
Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 — IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 — IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 — Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 — IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 — Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987–3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 — IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998–25 GB-lıq disklər bazara çıxdı.