saç

is. 1) cheveu m ; chevelure f ; 2) poil m ; crin m (at ~ı) ; ~larını yolmaq arracher (s’) les cheveux

◊ adamın başında ~ları bizbiz olur cela fait dresser les cheveux

sacayaq
saç-saqqal
OBASTAN VİKİ
Saç kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Saç köpüyü
Saç köpüyü və ya saç musu (ing. Hair mousse) — bir saç forma vermə məhsuludur ki əlavə həcm və parlaq üçün saça əlavə edilir. == Qaynaqlar == Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Saç
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Saç əkimi
Saç əkimi vəya Saç transplantasiyası saçlara edilən bir estetik cərrahiyə növüdür. Saç əkimi tökülmüş saç nahiyəsinə donor bölgə olan arxa bölgədən tüklərin alınıb, kanal açıldıqdan sonra yerləşdirmə prosedurudur. Saç transplantasiyası daha çox başa tətbiq edilsə də, kirpiklərə, qaşlara, saqqal tüklərinə, sinə tüklərinə, qasıq tüklərinə tətbiq edilə bilər.
Alek Con Saç
Alek Con Saç (ing. Alec John Such; 14 noyabr 1951, Yonkers[d], Nyu-York ştatı – 5 iyun 2022) — Bon Jovi qrupunun 1983–1994 illəri arasındakı bas gitaristidir. Alek Con Saç, 1994-cü ildə qrupdan öz istəyi ilə ayrılmış və o tarixdən etibarən Bon Jovi üzvləri, qrupa "rəsmi" bir bas gitarist dəvət etmədilər. Con Bon Covi, veridiyi bir reportajda "Alek hər zaman Bon Jovi qrupunun bir üzvüdür. Nə zaman istəsə geri gəlmə hüququna malikdir, buna görə onun yerini ayrı tutmaq üçün rəsmi bir üzvü qrupumuza daxil etmədik" demişdir. Albom və konsert hazırlığında Bon Jovi, bas gitarist olaraq Hugh McDonald ilə işləmişdir. Ancaq "rəsmi" bir üzv kimi heç vaxt qəbul edilməmişdir. Bu səbəbdəndir ki, foto çəkilişləri və kliplərdə Hugh McDonald'ın üzünə demək olar ki, heç rastlanılmır. Alek Con Saç eyni zamanda fəal olaraq Nyu-Yorkda bir motosiklet mağazası işlədir.
Qırmızı Saçlı Qadın
Qırmızı Saçlı Qadın — İlk məhəbbət bütün bir həyatı təyin edə bilərmi? Yoxsa, tale yolumuza sadəcə tarixin və əfsanələrin gücü yön verir? Orxan Pamuk "Qırmızı Saçlı Qadın"da bizi otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə bir lisey şagirdinin yaşadığı sarsıdıcı eşq hekayəsilə böyük bir insani günahın izincə sürükləyir. == Məzmunu == 1980-ci illərin ortasında ənənəvi üsulla quyu qazan Mahmud Ustayla köməkçisi "Kiçik bəy" Cem çətin bir ərazidə su axtarır. Qəsəbənin kənarında qurulan sarı teatr çadırında əsrarəngiz bir aktrisa hər gecə qədim nağıl və hekayələri nəql etməkdədir. Roman bir yandan gənc qəhrəmanın sevgi, qısqanclıq, məsuliyyət və azadlıq hisslərilə dərindən tanış olmasını nəql edərkən, digər tərəfdən də mədəniyyətlər vasitəsilə atalar və oğullar, "avtoritarlıq" və fərdilik mövzularını araşdırır. "Qırmızı Saçlı Qadın"da oxucu Qərbin və Şərqin iki təməl əfsanəsi – Sofoklun "Tiran Edip"i (atanı öldürmək) və Firdovsinin "Rüstəm və Söhrab"ıyla (oğulu öldürmək) yenidən rastlaşacaq və özünə sıradan olan həyatının əslində qədim mətnlərdən nə qədər təsirləndiyi sualını verəcək. "Qırmızı Saçlı Qadın" romanının qəhramanları: Cem: O, romanın baş qəhrəmanıdır. Onun gənclik illərində quyuçu şagirdi olması romanda mühüm yer tutur. Mühəndis-geoloq olmağı da bu səbəbdəndir.
Saçal Sarmast
Saçal Sarmast (1739–1827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu dilində: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد الوہاب فاروقی‎) indiki Pakistanın hüdudlarında yerləşən Sind vilayətində yaşayan Sufi şairi; Kalhoro/Talpur dövründə əsasən Sind dilində olmaqla 7 dildə şeirlər yazmışdır. Buna görə o "Şair-e həft zəban", yəni 7 dildə yazan şair kimi tanınmışdır. O hicri tarixi ilə 1152-ci ildə (miladi tarixi ilə 1739-cu ildə) Ranipur yaxınlığında Darazada anadan olmuşdur. == Saçalın ursu == Hal-hazırda Sind əyalətinin Xayrpur məntəqəsindən 40 km cənub qərbdə yerləşən Darazada Saçalın türbəsi mövcuddur. Hər il Saçal Sarmastın vəfatının ildönümünə həsr olunmuş, Ramazan ayının 14-dən başlayaraq Daraza Şərifdə keçirilən 3 günlük mərasim Saçalın ürsü adlanır. Onun poeziyasına əsaslanan ədəbi konfrans, musiqili konsert də keçirilir. Sindin baş naziri Sayed Qaim Əli Şah bu mərasimlə əlaqədar Ramazan ayının 14-də Daraza Şərifdə olur və Sind şairi və sufi müqəddəsinin məzarı üzərinə çələng qoyur. O həmçinin Urs mərasimini açaraq Məhfil-e Samanı ziyarət edir və Saçal Sarmastın ardıcıllarınan ənənəvi üslubda onun şeirlərinə bəslənən musiqiləri dinləyir. Daraza Şərifdə Saçal bağının təməl daşını qoyur və açıq Saçal Muzey guşəsi yaradır. Saçal Sarmastın tərəfdarları Hindistan, Banqladeş, İran, Türkiyə və digər ölkələrdən onu ziyarət etmək üçün bura təşrif buyururlar.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.
Saçaqlı meduzlar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Saçaqlı pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. == Coğrafiyası == Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. == Hazırlanması == Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. == Təsvir == Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Saçaqlıqanadlar
Saçaqlıqanadlılar və ya tripslər (lat. Thysanoptera) — buğumayaqlılar tipinin paraneopteralar dəstəüstünə aid olan dəstə. == Xarici quruluşu == 0,5-5,0 mm uzunluğunda uzunsov, yaraşıqlı, seyrək qıllarla örtülmüş bədəni olan xırda cücülərdir. Alnı güclü şəkildə çəpləşmiş, aşağıdan və arxadan ağız orqanları ilə ağız konusuna keçir və arxaya yönəlmişdir. Ağız konusunu üst və alt dodaqlar əmələ gətirir. Onun içərisində deşici qılların – şəklini dəyişmiş üst və alt çənələrin uc hissələri yerləşir. Öz əsası ilə onlar başın içərisinə çəkilmişdir, özü də bir yerə yığılan alt cüt sorucu borunu əmələ gətirir. Ağız orqanlarının asimmetrikliyi bundadır ki, yalnız sol üst çənə inkişaf etmiş, üst dodaq sağ və sol kənarlar üzrə eyni uzunluğa malik deyildir. Bunun nəticəsində üzlüyün alt sərhəddi düzgün deyil. Tripslərdə ağız orqanlarının və başın üz hissəsinin asimmetrikliyi onların yeganə özünəməxsusluğunu təşkil edir.
Saçaqlıqanadlılar
Saçaqlıqanadlılar və ya tripslər (lat. Thysanoptera) — buğumayaqlılar tipinin paraneopteralar dəstəüstünə aid olan dəstə. == Xarici quruluşu == 0,5-5,0 mm uzunluğunda uzunsov, yaraşıqlı, seyrək qıllarla örtülmüş bədəni olan xırda cücülərdir. Alnı güclü şəkildə çəpləşmiş, aşağıdan və arxadan ağız orqanları ilə ağız konusuna keçir və arxaya yönəlmişdir. Ağız konusunu üst və alt dodaqlar əmələ gətirir. Onun içərisində deşici qılların – şəklini dəyişmiş üst və alt çənələrin uc hissələri yerləşir. Öz əsası ilə onlar başın içərisinə çəkilmişdir, özü də bir yerə yığılan alt cüt sorucu borunu əmələ gətirir. Ağız orqanlarının asimmetrikliyi bundadır ki, yalnız sol üst çənə inkişaf etmiş, üst dodaq sağ və sol kənarlar üzrə eyni uzunluğa malik deyildir. Bunun nəticəsində üzlüyün alt sərhəddi düzgün deyil. Tripslərdə ağız orqanlarının və başın üz hissəsinin asimmetrikliyi onların yeganə özünəməxsusluğunu təşkil edir.
Saçi Kaqava
Saçi Kaqava — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Saçlar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Saçlarına gül düzüm (mahnı)
Saçlarına gül düzüm — sözlərinin müəllifi Yusif Həsənbəy, bəstəkarı isə Rauf Hacıyev olan Azərbaycan mahnısı. == Yazılma tarixi == == Sözləri == Nəqarət: Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Mehribanım, əzizim, Gəl, gülsün üzüm! Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Mehribanım, əzizim, Gəl, gülsün üzüm! Nəqarət: Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Sənsiz mən necə dözüm, Bilmirəm özüm… Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Mehribanım, əzizim, Gəl, gülsün üzüm! Gəl, gülsün üzüm! Gəl, gülsün üzüm!
Saçlı
Saçlı (Abaran)
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. == Tarixi == Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. == Qısa məzmunu == Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Saçqurudan
Saçqurudan və eləcə də danışıq dilində fen — sulu ya nəm vəziyyətdə olan saçların qurutma məqsədilə işlənən elektromexanik bir cihaz. Saçı qurutmaq üçün suyun buxarlaşmasını tezləşdirmək üçün nəm saça isti hava üfürərək işlənilir. Saçqurudan XIX əsrin sonlarında icad edilib. İlk sabit modeli Alexander F. Godefroy tərədindən Fransadakı salonunda yaradılıb. Əldə daşınan ev tipi saçqurudan ilk olaraq 1920-ci ildə ortaya çıxıb. Saçqurudanlar, gözəllik salonlarında peşəkar stilistlər tərəfindən və evdə istehlakçı tərəfindən işlənməkdədir.
Saçxere
Saçxere, (gürc. საჩხერე) – Gürcüstanın Saçxere bələdiyyəsinin mərkəzi == İdman == Şəhərdə futbol üzrə Gürcüstan Milli Futbol Çempionatda çıxış edən "Çixura" futbol klubu fəaliyyət göstərir.
Tanya Saçdev
Tanya Saçdev (hind. तानिया सचदेव; doğ. 20 avqust 1986, Dehli, Hindistan) — Hindistan şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2005), kişilər arasında beynəlxalq usta (2008). Şahmat şərhçisi kimi də tanınır. == Şahmat karyerası == Tanya Saçdev 20 avqust 1986-cı ildə Dehlidə anadan olub. Şahmat oynamağı 6 yaşında ikən anasından öyrənib. 1995-ci ildən 2006-cı ilə qədər Hindistanı müxtəlif yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatlarında təmsil edib. Burada ən yüksək uğuru 1998-ci ildə U12 yaş qrupunda qazandığı bürünc medal olub. 2000-ci ildə 14 yaşlı qızlar arasında, 2002-ci ildə isə gənclər arasında Asiya çempionu olmuşdur.
Tomson saçılması
Tomson saçılması — klassik elektromaqnetizmin təsvir etdiyi kimi, pulsuz bir yüklü hissəcik ilə elektromaqnit şüalanmanın elastik səpilməsidir. Bu, yalnız Compton səpilməsinin az enerji sərhədidir: ν ≪ m c 2 / h {\displaystyle \nu \ll mc^{2}/h} partikül kinetik enerjisi və foton frekansı səpilmə nəticəsində dəyişmir. Bu məhdudiyyət foton enerjisinin parçacığın kütlə enerjisindən daha az olduğu müddətdə etibarlıdır: işığın dalğa uzunluğunun parçacığın Compton dalğa uzunluğundan çox olduqda və ya bərabərdir. == Fənnin təsviri == Az enerji limitində, hadisənin dalğasının elektrik sahəsi (foton) yüklənmiş hissəcikləri sürətləndirir, bununla da hadisənin dalğası ilə eyni tezlikdə radiasiyanı yaymağa səbəb olur və dalğa dağılır. Thomson saçılması plazma fizikasında mühüm bir hadisədir və ilk fizik J. J. Thomson tərəfindən izah edildi. Parçanın hərəkəti qeyri-relativ deyil (yəni onun sürəti işıq sürətindən daha azdır), hissəciklərin sürətlənməsinin əsas səbəbi hadisənin dalğasının elektrik sahəsinin komponenti ilə bağlıdır. Birincisi, maqnit sahəsinin təsiri nəzərə alınmır. Parçacıq, elektromaqnit dipol radiasiyasına səbəb olan salınan elektrik sahəsinin istiqamətində hərəkət edəcəkdir. Hareketli parçacık, hızlandırmaya dik bir doğrultunda ən yüksek dərəcədə yayar və radiasyon hərəkətinin önündə polarize olacaqdır. Buna görə, bir müşahidəçinin yerləşdiyi yerə görə, kiçik həcmli elementdən səpilmiş işıq az və ya çox polarizə görünə bilər.
Veronikanın Saçları
Veronikanın Saçları (işarəsi Com (lat. Coma Berenices)) — göyün Şimal yarımkürəsində bürc. Misir çariçası II Veronikanın Afroditaya qurban edilmiş saçları ilə adlandırılmışdır. Ən parlaq ulduzu 4,4 vizual ulduz ölçülüdür (β-dır). Qalaktikanın Şimal qütbü Veronikanın Saçlarındadır. Azərbaycanda qışda, yazda və yayda görünür.
Veronikanın Saçları (bürc)
Veronikanın Saçları (işarəsi Com (lat. Coma Berenices)) — göyün Şimal yarımkürəsində bürc. Misir çariçası II Veronikanın Afroditaya qurban edilmiş saçları ilə adlandırılmışdır. Ən parlaq ulduzu 4,4 vizual ulduz ölçülüdür (β-dır). Qalaktikanın Şimal qütbü Veronikanın Saçlarındadır. Azərbaycanda qışda, yazda və yayda görünür.
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. == Həyatı == Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb.
Saçaqlı meduzalar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.

Значение слова в других словарях