saçlatmaq
saçlı-bığlı
OBASTAN VİKİ
Saçlı
Saçlı (Abaran)
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Qırmızı Saçlı Qadın
Qırmızı Saçlı Qadın — İlk məhəbbət bütün bir həyatı təyin edə bilərmi? Yoxsa, tale yolumuza sadəcə tarixin və əfsanələrin gücü yön verir? Orxan Pamuk "Qırmızı Saçlı Qadın"da bizi otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə bir lisey şagirdinin yaşadığı sarsıdıcı eşq hekayəsilə böyük bir insani günahın izincə sürükləyir. 1980-ci illərin ortasında ənənəvi üsulla quyu qazan Mahmud Ustayla köməkçisi "Kiçik bəy" Cem çətin bir ərazidə su axtarır. Qəsəbənin kənarında qurulan sarı teatr çadırında əsrarəngiz bir aktrisa hər gecə qədim nağıl və hekayələri nəql etməkdədir. Roman bir yandan gənc qəhrəmanın sevgi, qısqanclıq, məsuliyyət və azadlıq hisslərilə dərindən tanış olmasını nəql edərkən, digər tərəfdən də mədəniyyətlər vasitəsilə atalar və oğullar, "avtoritarlıq" və fərdilik mövzularını araşdırır. "Qırmızı Saçlı Qadın"da oxucu Qərbin və Şərqin iki təməl əfsanəsi – Sofoklun "Tiran Edip"i (atanı öldürmək) və Firdovsinin "Rüstəm və Söhrab"ıyla (oğulu öldürmək) yenidən rastlaşacaq və özünə sıradan olan həyatının əslində qədim mətnlərdən nə qədər təsirləndiyi sualını verəcək. "Qırmızı Saçlı Qadın" romanının qəhramanları: Cem: O, romanın baş qəhrəmanıdır. Onun gənclik illərində quyuçu şagirdi olması romanda mühüm yer tutur. Mühəndis-geoloq olmağı da bu səbəbdəndir.

Значение слова в других словарях