Nəhəng yapon salamandrası
Nəhəng yapon salamandrası (lat. Andrias japonicus) — Andrias cinsinə, Suda-quruda yaşayan quyruqlular fəsiləsinə aid olan növ. Ölçülərinə görə dünyanın ikinci ən böyük salamandralarıdır. Rekord isə 1,8 m uzunluqlu Nəhəng çin salamandrasıdır
İlk dəfə 1820-ci ildə alman realist janrında əsərlər yazan Filip Frans fon Zimbold tərəfindən qeydə alınmışdır. Bu zaman o, Yaponiyanın Naqasaki prefekturasına daxil olan Deşima adasında yaşayırdı. O, ovlanmış salamandranı Hiderlandın Leyden şəhərinə göndərmişdir.
Yaponlar onların ətindən yararlanır və onu dilekates hesab edirlər
Bu növ salamandralar Yaponiya adalarının endemik canlısıdır. Onlar əsasən Honşu adasının qərbi, Şikoku bütün ərazisində və Kyuşuda yayılmışlar.
Nəhəng yapon salamandrası xariçi görünüş baxımından Nəhəng çin salamandrasına (lat. Andrias davidianus) bənzəsədə yalnız başında olan ziillərinə görə fərqlənir.