Saplaqlı bulaqotu
Hündürlüyü 40 sm-ə qədər, gövdəsi kök hissədən başlayaraq çoxsaylı olub, əyilib qalxandır, yaşıl rəngli, bəzən iki cərgəli qısa qıvrım tüklü olan çoxillik ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qısa saplaqlıdır, yumurtaşəkilli,nadir halda uzunsovdur, iri dişli və yaxud kəsilmiş şəkildədir, uzunluğu 1,5-3 (4) sm-dir,hər iki tərəfdən, əsasən alt tərəfdən tüklüdür.
== Çiçək ==
Salxımları qoltuqda yerləşmiş,uzuntəhərdir. Tac ağımtıl olub, qırmızımtıl və ya tutqun mavi rəngli damarı vardır.
== Meyvə ==
Qutucuq 4-5 mm uzunluqdadır, qısa tüklü və ya çılpaqdır, köndələn-ovaldır, az yumulmuş, demək olar ki, bitişikdir, kasacığa bərabər və ya ondan qısadır. Toxumları hər yuvada 2-3 ədəd olmaqla yerləşmiş,yumurtaşəkillidir, uzunluğu 1,5 mm-dir.
== Çiçəkləməsi ==
May-İyul (Avqust)
== Meyvə verməsi ==
İyun-Avqust
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQşərq, BQ qərb, KQ şimal (nadir halda). Orta dağ qurşağında, subalp qurşağına qədər(1800 m-ə qədər d.s.y.)
== Yaşayış mühiti ==
Meşələrdə və kolluqlarda,subalp çəmənlərində, çaqıl daşlı çay yataqlarında, qayalarda və daşlı töküntülü yerlərdə rast gəlinir.