Sarayevo

coğ. Sarajevo

saray
sarban
OBASTAN VİKİ
Sarayevo
Sarayevo ya da Saraybosna – Bosniya və Herseqovinanın paytaxtı. 2007-ci ilin statistik göstəricilərinə görə Sarayevo 460.000 nəfər əhali sayı ilə Bosniya və Herseqovinanın həm də ən böyük şəhəridir. Sarayevo bundan başqa Sarayevo kantonunun da mərkəzidir. Əhalinin 80% bosniyalılar, 12% serblər, 7% xorvatlar və 1%-ni digər millətlər təşkil edir.
Sarayevo FK
Sarayevo – Bosniya və Herseqovinanın futbol klubu.
Sarayevo Universiteti
Sarayevo Universiteti (bosn. Универзитет у Сарајеву ) — Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən dövlət universitetidir. Bu, ölkənin ən böyük və ən qədim universiteti olmaqla bərabər keçmiş Yuqoslaviyada ən qədim ali təhsil müəssisəsidir. Universitet 1537-ci ilə qədər İslam mədrəsəsi olaraq qurulmuşdur. İyirmi fakültə, üç akademiya və üç ilahiyyat fakültəsi olan universitet 2014-cü ildə 30.866 tələbə sayı ilə, qəbul baxımından Balkanların ən böyük universitetləri arasında yer alır. 1949-cu ildə qapılarını açandan bəri, ümumi 122,000 tələbə bakalavr, 3.911 tələbə magistr, 45 fərqli sahədə 2284 tələbə isə doktorluq dərəcəsi aldı. Hal-hazırda Bosniya və Herseqovinanın ən nüfuzlu universiteti olaraq qəbul edilir və mindən çox müəllim işçisi çalışır. Müasir Sarayevo Universiteti qurulmazdan əvvəl, 16-cı əsrdə Osmanlıların himayəsi altında Sarayevoda və Bosniya və Herseqovinada ilk ali təhsil məktəbləri quruldu. Bosniyadakı ilk mədrəsə, yəni Qazi Hüsrəv bəy mədrəsə və kitabxanası, Osmanlı ali məktəbi olaraq Qazi Hüsrəv bəy tərəfindən 1537-ci ildə Sarayevoda açıldı. [[Şəkil:National_Museum_of_BiH_Aerial.JPG|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:National_Museum_of_BiH_Aerial.JPG%7Cright%7Cthumb%7C198x198px%7C[[Avstriya-Macarıstan İmperiyası]] dövründə Bosniya və Herseqovina Milli Muzeyi]] Universitet, Avstriya-Macarıstan İmperiyası hakimiyyəti dövründə, bir çox ali təhsil və mədəniyyət təsisatının qurulduğu bir dövrdə Bosniya və Herseqovinanın Milli Muzeyi kimi inkişa etmişdir.
Sarayevo kinofestivalı
Sarayevo film Festivalı Cənub-şərqi Avropanın böyuk film festivallarından biri.
Sarayevo mühasirəsi
Sarayevo mühasirəsi — Bosniya və Herseqovinanın paytaxtı olan Sarayevonun demək olar ki, dörd il ərzində Yuqoslaviya Xalq ordusu və sonradan Serb Respublikası ordusu tərəfindən (Serbiyada daxil olmaqla) mühasirədə saxlanılmasıdır. Mühasirə 5 aprel 1992-ci ildə başladılmış və 29 fevral 1996-cı ildə başa çatdırılmışdır. Müharibə öncəsinə qədər Bosniya və Herseqovinada 1 905 829 nəfər müsəlman (43,7%), 1 369 258 nəfər serb (31,4%), 755 892 nəfər (17,3%) xorvat yaşayırdı. Ölkədə olan 106 icmadan 35-də, 32-də serblər üstünlük təşkil edirdi. Serblər əsasən qərb və şərq icmalarda, boşnaklar isə mərkəzi incalarda üstünlük təşkil edir. Xorvatlar isə bir necə icmada üstünlük təşkil edir. 240 min nəfər isə özünü yuqoslav hesab edir. Onlar əsasən serb və onların digər xalqlara qarışığından ibarətdir. 1991-ci il məlumatına görə ölkədə olan nikahların 27% qarışıq nikahlar idi. 18 noyabr 1990-cı ildə respublikada ilk çoxpartiyalı seçkilər keçirilmişdir.
Sarayevo qətli
Sarayevo qətli — 1914-cü il iyunun 28-də Sarayevoda serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsi. Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur. Qətlin arxasında Serbiya ordusunun zabitlərini birləşdirən milliyyətçi "Çrna Ruka" (azərb. "Qara əl"‎) təşkilatı dayanırdı. Təşkilat Avstriya-Macarıstanın hakimiyyəti altında olan serbləri azad etməyə, Bosniya və Herseqovina və Serbiyada gəncləri milli azadlıq hərəkatına cəlb etməyə çalışırdı. Təşkilatın rəhbəri serb əks-kəşfiyyat xidmətinin rəisi, "Apis" ləqəbli polkovnik Draqutin Dmitriyeviç idi. 1908-ci ildə Frans Ferdinandın təşəbbüsü ilə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaq edilməsi bosniyalıların və serblərin bu dövlətə qarşı nifrətini gücləndirmişdi. Serblərin həyata keçirdikləri terror aktları nəticəsində bir neçə Avstriya zabiti öldürülmüşdü. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi olan ershersoq Frans Ferdinandı öldürmək planı Serbiyanın baş nazirinə məlum idi. O, cinayətin törədilməsindən sonra Bosniya və Herseqovinanın tezliklə müstəqil olacağına ümid edirdi.
Sarayevo şəhəri
Sarayevo ya da Saraybosna – Bosniya və Herseqovinanın paytaxtı. 2007-ci ilin statistik göstəricilərinə görə Sarayevo 460.000 nəfər əhali sayı ilə Bosniya və Herseqovinanın həm də ən böyük şəhəridir. Sarayevo bundan başqa Sarayevo kantonunun da mərkəzidir. Əhalinin 80% bosniyalılar, 12% serblər, 7% xorvatlar və 1%-ni digər millətlər təşkil edir.
Şərqi Sarayevo
Şərqi Sarayevo (serb. Источно Сарајево) — Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasında şəhər. Ərazisi 1,450 km², əhalisi isə 2013-cü ilin məlumatlarına görə 61,516 nəfər olmuşdur. Şəhər əhalisinin etnik tərkibi belədir: Şəhərdə 1992-ci ildən bəri Şərqi Sarayevo Universiteti fəaliyyət göstərir. Şəhərin "Slaviya" futbol klubu Serb Respublikasının Birinci Liqasında, "Famos Voykoviçi" isə Serb Respublikasının İkinci Liqasında iştirak edir. "Slaviya" basketbol klubu milli çempionatda mübarizə aparır.
Jelezniçar Sarayevo FK
Jelezniçar Sarayevo – Bosniya və Herseqovinanın futbol klubu.
Olimpik Sarayevo FK
Olimpik Sarayevo – Bosniya və Herseqovinanın futbol klubu.
Sarayevo Beynəlxalq Aeroportu
Sarayevo Beynəlxalq Aeroportu (IATA: SJJ, ICAO: LQSA) — Butmir aeroportu kimi də tanınan, Bosniya və Herseqovinanın əsas beynəlxalq aeroportudur. 2014-cü ildə 709 901 sərnişin aeroportdan uçuş həyata keçirib ki, bu da 1996-cı ilə nəzərən 25 min nəfər çoxdur.
Slaviya Sarayevo FK
Slaviya Sarayevo – Bosniya və Herseqovinanın futbol klubu.
Şərqi Sarayevo Universiteti
Şərqi Sarayevo Universiteti (serb-kiril. Универзитет у Источном Сарајеву, serb. Univerzitet u Istočnom Sarajevu; qısaca UES) — Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasının Şərqi Sarayevo şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Mitar Novakoviçdir. Şərqi Sarayevo Universiteti 1992-ci ildə yaranmışdır. Universitetin kitabxana fondu var. Universitetdə təxminən 15,000 tələbə təhsil alır. Universitetə rəhbərliyi rektor edir.
Sarayevo Beynəlxalq Hava Limanı
Sarayevo Beynəlxalq Aeroportu (IATA: SJJ, ICAO: LQSA) — Butmir aeroportu kimi də tanınan, Bosniya və Herseqovinanın əsas beynəlxalq aeroportudur. 2014-cü ildə 709 901 sərnişin aeroportdan uçuş həyata keçirib ki, bu da 1996-cı ilə nəzərən 25 min nəfər çoxdur.
Sarayevo–Ploçe dəmiryolu xətti
Sarayevo—Ploçe dəmiryolu xətti — Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-Sarayevo və Osijek vasitəsilə Budapeştə qədər uzanır. Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dir. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və Brabina-Konis xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir. Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir..
Sarayevo—Ploçe dəmiryolu xətti

Müqəddəs İsa Qəlbi Katedralı (Sarayevo)
Müqəddəs İsa Qəlbi Katedralı (bosn. Katedrala Srca Isusova) — Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki katolisizm katedrali. Bura Vrhbosna arxiyeparxiyasının katedralıdır və memarlıq abidəsidir. Ölkənin əsas katolik kilsəsidir, Bosniyanın yeganə kardinalı Vinko Puliçin kafedrası burada yerləşir. 1881-ci ildə Vrhbosna yeparxiyası arxiyeparxiya statusunu aldı, eyni zamanda arxiyepiskopluq soboru statusuna uyğun yeni bir kafedralın tikilməsinə qərar verildi. Tikintinin əsas təşəbbüskarı, ilk Sarayevo arxiyepiskopu Yosip Stadler idi ki, hal-hazırda o, beatifikatsiyaya (müqəddəs adının verilmə prosesi) namizəddir. Katedral 1884—1889-cu illərdə memar Yosip Vantsaş tərəfindən neoqotika üslubunda tikilmişdir. Memarlıqda bir sıra neoroman elementləri var. Katedral, 14 sentyabr 1889-cu ildə Müqəddəs İsa Qəlbi adı naminə təqdis edilmişdir. 1932 və 1985—1989-cu illərdə kafedralda bərpa işləri aparıldı.
Sarayevoda yəhudi qəbiristanlığı
Sarayevo yəhudi qəbiristanlığı — Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təxminən 500 illik bir qəbiristanlıqdır. Ərazi Trebeviç dağının yamacında, şəhərin cənub-qərb hissəsində yerləşir. Cənub-Şərqi Avropadakı ən böyük yəhudi qəbiristanlıqlarından biridir. Qəbiristanlıq 16-17-ci əsrin əvvəlindən 1966-cı ilə qədər istifadə edilmişdir. Osmanlı dövründə Səfərad yəhudiləri tərəfindən qurulan qəbiristanlıq 19-cu əsrin sonlarında Avstriya-Macarıstan İmperiyası ilə Sarayevoya gələn Aşkenazi yəhudiləri üçün dəfn yeri olmuşdur. Qəbiristanlıq 3850-dən çox məzar daşını ehtiva edir və 31160 kvadrat metr sahəni əhatə edir. Burada faşizmin qurbanlarına həsr olunmuş dörd qəbir: Jahiel Finci tərəfindən hazırlanan və 1952-ci ildə inşa edilən bir səfərad, iki Aşkenazi yəhudi və bir ustaşa qurbanına həsr olunmuş abidə var. Bosniya müharibəsi zamanı yəhudi qəbiristanlığı cəbhədə idi və Bosniya serbləri tərəfindən artilleriya mövqeyi kimi istifadə olunurdu. Beləliklə, partlayışlar və atəş nəticəsində qəbiristanlıq ciddi ziyan görmüşdü. Ayrıca ağır bir şəkildə minalanmış, lakin 1996-cı ildə tamamilə təmizlənmişdir.
Sarayevonun mühasirəsi