SAY

dəniz, göl və ya çay dibinin, sahilə yaxın və yaxud sahildən uzaqda, ətraflara nisbətən dayaz sahələri. Отмель, мель, мелководье shoal, shallow, key, kay, cay
SAVANNA
SEBXA
OBASTAN VİKİ
Fazıl Say
Fazıl Say (türk: [faːˈzɯɫ saj], 14 yanvar 1970, Ankara) — Türk klassik musiqi pianoçusu və bəstəkarı. 1970-ci il yanvarın 14-də Ankarada anadan olub. Atası yazıçı, ədəbiyyatşünas və musiqişünas Əhməd Say, anası isə əczaçı Gürgün Saydır. Eyni adı daşıdığı babası Fazıl Say, Roza Lüksemburqun Spartakusbund müqavimət komandasında idi. Onun 4 yaşı olanda atası ilə anası boşanıb. Dodaq və damaq yarığı ilə doğulan Say, körpəlik dönəmində əməliyyata alındı və dodaq yarığı tikildi. Həkiminin nəfəs alətində ifa etmək üzrə tövsiyəsi ilə melodika çalmağa başladı. Dörd yaşında fortepiano çalmağa başlayan Say, Ankara Dövlət Konservatoriyasının İstedadlı Uşaqlar üçün Xüsusi Statusda təhsil alıb və 1987-ci ildə konservatoriyanın fortepiano və bəstəkarlıq bölmələrini bitirib. Almaniya təqaüdü ilə Düsseldorf Musiqi Məktəbində təhsilini davam etdirib. 1991-ci ildə konsert solisti diplomu alıb və 1992-ci ildə Berlin Dizayn İncəsənət və Musiqi Akademiyasında fortepiano və kamera musiqisi müəllimi vəzifəsinə təyin edilib.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
0 (say)
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
1000000000 (say)
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
1000000 (say)
Milyon (Qıs.şək. mln.) — min dəfə min, yanında altı sıfır olan ədəd 106. BS sistemində aşağıdakılara aid edilir: mega — milyonlar üçün (106) və mikro — bir milyon üçün (10−6). Azərbaycan dilində çox sayda və ya həcmdə olan nəyisə ifadə etmək üçün də istifadə edilir. Bir milyon mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 25, 32, 40, 50, 64, 80, 100, 125, 160, 200, 250, 320, 400, 500, 625, 800, 1000, 1250, 1600, 2000, 2500, 3125, 4000, 5000, 6250, 8000, 10.000, 12500, 15625, 20.000, 25.000, 31250, 40.000, 50.000, 62500, 100.000, 125.000, 200.000, 250.000, 500.000, 1.000.000 ədədlərinə qalıqsız bölünür. 1992-ci ildən Dauqavpilsdə (Latviya) " Milyon " adlı qəzet nəşr edilir.. 1990- cı illərin axırı və 2000-ci illərin əvvəlində milyon ədədini limon ara sözü ilə əvəz edirdilər.insta@huseynalizada01 takip edib bütün paylasimları bəyənməyi unutmayın!!!
1000 (say)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz.
10 (say)
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.
11 (say)
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
12 (say)
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
13 (say)
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
14 (say)
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
15 (say)
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
16 (say)
On altı — say sistemində ədədlərdən biridir. on beşdən sonra, on yeddidən əvvəl gəlir. On altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
17 (say)
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
18 (say)
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Say Tvombli
Say Tvombli (ing. Edwin Parker "Cy" Twombly, Jr.); 25 aprel 1928 - 5 iyul 2011)—ABŞ rəssamı, heykəltəraşı. Say Tvombli 1928- ci il aprel ayının 25-də ABŞ-nin Virciniya ştatında anadan olmuşdu. 1947 -1949-cu illərdə Bostonda oxumuşdu.Frans Klaynın şagirdlərindəndir. Amerika abstraktsionisti Say Tvombli özünəməxsus üsluba malikdir. Onun 1970-ci ildə çəkdiyi əsər 69.6 milyon dollara satılıb. Say Tvombli 2011-ci ilin 5 iyul tarixində Romada vəfat etmişdir. Gagosian Gallery Работы в музеях мира ArtNet ArtFacts Cy Twombly: Comprehensive collection of more than 150 images of artist’s works with biography, articles and exhibition information.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Say sistemi
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Say sistemləri
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Say (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Say (dəqiqləşdirmə)
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Say (qrammatika)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Danışanların sayına görə dillər siyahısı
Daşkəsən (Sayınqala)
Daşkəsən (fars. داش كسن‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (38 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Do I Have to Say the Words?
"Do I Have to Say the Words?" Brayan Adams tərəfindən ifa olunan, Adams, Robert Lunc ve Cim Uolens tərəfindən qələmə alınmış və bəstələnmiş soft-rok stilində bir mahnıdır. Mahnı Adamsın Waking Up the Neighbours (1991) adlı albomunda mövcüddür. Video klipi Adams Türkiyəyə konsert vermək üçün gələnda hələ orada İstanbulda çekmişdir. Mahnı olduqca uğurlu oldu. Billboard ümümi çartlarında nömrə 11, rok çartında isə nömrə 3 hiti olarkən, Adamsın vətəni Kanadada nömrə 4-ə qədər qalxdı. Mahnı Kanadada SOCAR mükafatı qazanmışdır. Billboard jurnalının məlumatına görə mahnı ilin ən çox qulaq asılmış 100 mahnısından biri olub (70-ci yer). Waking Up the Neighbours albomunun təqdimatı üçün dünyayı gəzməyə başlayan Brayan Adamsın ziyarət etdiyi ilk ölkələrdən biri Türkiyə oldu. Ölkə tarixindəki ilk stadyon konsertini verən müğənni bu mahnısına klipi də burada çekdi. Klipdə Brayan taksiyə minir.
Düləngir (Sayınqala)
Düləngir (fars. دولانقير‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 113 nəfər yaşayır (27 ailə).
Dəmirçi (Sayınqala)
Dəmirçi (fars. دميرچي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (19 ailə).
Dərab (Sayın dehistanı)
Dərab (fars. دراب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (19 ailə).
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Emi Saymetz
Emi Linni Saymetz (ing. Amy Lynne Seimetz; 25 noyabr 1981, Tampa, Florida) — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor. Saymetz 25 noyabr 1981-ci ildə Florida ştatının Tampa şəhərində anadan olmuşdur. Los-Ancelesə köçməmişdən əvvəl Florida Dövlət Universitetində film təhsili almışdır. Təhsil aldığı müddətdə dayə, ofsiant və dərzi olaraq işləmişdir. Saymetz 2016-cı ildə film istehsalçısı Şen Kerrat ilə nişanlanmışdır. 2019-cu ildə cütlük ayrılmışdır.
Ev quşlarının sayını artıraq (film, 1953)
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Filippe Sayve
Filippe Sayve (2 iyul 1971, Lyej, Valloniya[d]) — Belçikanı təmsil edən stolüstü tennisçi. Filippe Sayve Belçikanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Filippe Sayve Belçikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Filippe Sayve Belçikanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Frityof Saydel
Geri sayım: Inspiration4 kosmos missiyası (miniserial, 2021)
Geri sayım: Inspiration4 kosmos missiyası (ing. Countdown: Inspiration4 Mission to Space) — 2021-ci ildə Netflix platformasında yayımlanan SpaceX-in Inspiration4 missiyası haqqında çəkilmiş ABŞ istehsalı beş seriyadan ibarət sənədli serial. Netflix 3 avqust 2021-ci ildə rəsmi Twitter səhifəsində kosmos missiyası ilə əlaqəli sənədli serial istehsal etdiyini təsdiqlədi Inspiration4 öz səhifəsində paylaşıma cavab yazdı: "Heyətimizin həyəcanlı, dünya xarici səyahətini əhatə edən "Geri sayım: Inspiration4 kosmos missiyası" serialına @netflix-də baxmağa səbirsizlənirik". Serial işə qəbul prosesini, hazırlığı və mümkün qədər real vaxtda, İlon Maskın SpaceX şirkəti tərəfindən həyata keçiriləcək ilk mülki orbital uçuş haqqındadır. Sənədli serial Time Studios ilə ortaq istehsal edilmişdir. Serialın rejissoru Maykl Cordan haqqında çəkilmiş "Sonuncu rəqs" sənədli filminin rejissoru olan Ceyson Hehirdir. SpaceX şirkətinin təsisçisi İlon Mask insanları serialı izləməyə cəlb etmək üçün sosial media hesabından istifadə etmişdir. O, rəsmi Twitter səhifəsində Inspiration4-ün çıxdığı gün izləyicilərini serialı izləməyə dəvət etdi.[mənbə göstərin] İlk dört seriya 6-13 sentyabr tarixində yayımlandı. Sonuncu seriya isə 30 sentyabrda yayımlandı. The Daily Beast, The Guardian qəzetləri və MTİ serial haqda müsbət fikirlər bildirmişdirlər.
Geyger sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Gödəkli (Sayınqala)
Gödəkli (fars. گدكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (48 ailə).
Gözəlbulaq (Sayınqala)
Gözəlbulaq (fars. گوزل بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 667 nəfər yaşayır (136 ailə).
Hadi Sayi Binəkövül
Hadi Sayi Binəköhl (Farsca:هادی ساعی بنه كُهل) İranda - Azərbaycanın Təbriz şəhəri yaxınlığında yerləşən Baostanava bölgəsinin Qarakövül kəndində, 1976-ci il iyunun 10-da anadan olub. Tehranın Rey (Şabdüləzim) şəhərində böyümüşdür. Hadi Sayı Taekvondo üzrə 2000-ci il Olimpiya oyunlarının gümüş, 2004 və 2008-ci il olimpiya oyunlarının isə qızıl medallarına layiq görülmüşdür. Hazırda Tehran Şəhər Şurasına üzvlük üçün namizəddir. Hadi Sayi 2008-ci il Olimpiya oyunlarında qazandığı qızıl medalı azərbaycanlılara ithaf etmişdir.
Haçasu (Sayınqala)
Haçasu (fars. هاچاسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.522 nəfər yaşayır (399 ailə).
Hear What I Say (albom)
Hear What I Say (azərb. Eşidin mən nə deyirəm‎) – C. C. Catch-in 1989-cu ildə çıxardığı albomudur. Diter Bolen bu alboma prodüserlik etməmişdir.
Hisar (Sayınqala)
Hisar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (78 ailə).
Holasu (Sayınqala)
Holasu (fars. هولاسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.521 nəfər yaşayır (411 ailə).
Hulusi Sayın
Hulusi Sayın (28 aprel 1926, Elazığ – 30 yanvar 1991, Ankara) — Türk generalı. Maltəpə Hərbi Liseyindən 1945, Quru Qoşunlarının Hərb Məktəbindən 1948, Jandarma Zabit Məktəbi 1952-ci il, Hərb Akademiyasından 1964-cü ildə məzun oldu. 1974-cü ildə General-mayor, 1978-də Tümgeneral və 1983-də General-leytenant oldu. Fövqəladə Hal Bölgəsində yaradılan Asayiş Birlikləri Korpusu Komandirliyindən 1 sentyabr 1989 tarixində təqaüdə çıxmışdır. Baş nazirlik baş müşavir vəzifəsini icra edərkən 30 yanvar 1991-ci il tarixində Ankarada evinin qarşısında uğradığı silahlı hücum nəticəsində öldürülmüşdür. Qəzetləri axtaran bir adam hərəkəti qeyri-qanuni nəhəng-Sol Silahlı İnqilab Birlikləri Təşkilatı adına boynuna götürərkən, Təhlükəsizlik Ümumi Müdiri Nəcati Bilican isə hadisə yerində Kürdüstan Milli Qurtuluş təşkilatının bir məlumatının tapıldığını açıqlamışdır.
Həsənli (Sayınqala)
Həsənli (fars. حسنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (98 ailə).
Həsənövlan (Sayınqala)
Həsənövlan (fars. حسن اولان‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (6 ailə).

Значение слова в других словарях