Fazıl Say

Fazıl Say (türk: [faːˈzɯɫ saj], 14 yanvar 1970[1][2], Ankara[3]) — Türk klassik musiqi pianoçusubəstəkarı.

Fazıl Say
türk. Fazıl Say
Doğum tarixi 14 yanvar 1970(1970-01-14)[1][2] (54 yaş)
Doğum yeri
Təhsili
  • Hacəttəpə Universiteti Ankara Dövlət Konservatoriyası[d]
Fəaliyyəti pianoçu, bəstəkar
Fəaliyyət illəri 1984-cü ildən
fazilsay.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq və təhsil

[redaktə | mənbəni redaktə et]

1970-ci il yanvarın 14-də Ankarada anadan olub. Atası yazıçı, ədəbiyyatşünas və musiqişünas Əhməd Say, anası isə əczaçı Gürgün Saydır. Eyni adı daşıdığı babası Fazıl Say, Roza Lüksemburqun Spartakusbund müqavimət komandasında idi.[4] Onun 4 yaşı olanda atası ilə anası boşanıb. Dodaq və damaq yarığı ilə doğulan Say, körpəlik dönəmində əməliyyata alındı və dodaq yarığı tikildi. Həkiminin nəfəs alətində ifa etmək üzrə tövsiyəsi ilə melodika çalmağa başladı.[5]

Dörd yaşında fortepiano çalmağa başlayan Say, Ankara Dövlət Konservatoriyasının İstedadlı Uşaqlar üçün Xüsusi Statusda təhsil alıb və 1987-ci ildə konservatoriyanın fortepiano və bəstəkarlıq bölmələrini bitirib. Almaniya təqaüdü ilə Düsseldorf Musiqi Məktəbində təhsilini davam etdirib. 1991-ci ildə konsert solisti diplomu alıb və 1992-ci ildə Berlin Dizayn İncəsənət və Musiqi Akademiyasında fortepiano və kamera musiqisi müəllimi vəzifəsinə təyin edilib.

23 aprel 1979-cu ildə Müjdət Gezen, Sezən AksuErol Evgin kimi adların qonaq olduğu uşaq şənlik proqramında öz bəstəsini ifa edərək səhnə və televiziyada debüt etdi.[6] 1994-cü ildə Avropanın Gənc Konsert Solistləri müsabiqəsində birinci yeri qazanan Say, konsert karyerasına 1995-ci ildə Nyu Yorkda keçirilən qitələrarası müsabiqənin qalibi olmaqla başlayıb. Digər tərəfdən oratoriyalar, fortepiano konsertləri, müxtəlif formalarda orkestr, kamera musiqisi və fortepiano əsərləri, səs və fortepiano üçün mahnılar bəstələməyə başladı. Bu əsərlər arasında NazımMətin Altıox mərsiyəsi adlı oratoriyalar, 4 fortepiano konserti, Sürix Universitetinin sifarişi ilə Albert Eynşteynin xatirəsinə yazılmış orkestr əsəri və Vyanada Volfqanq Amadey Motsartın 250 illik yubileyində qeyd etmə komitəsinin sifarişi ilə bəstələnmiş Patara balet musiqisi var.

Fazil Say karyerası ərzində Nyu-York Filarmoniyası, Sankt-Peterburq Filarmoniyası, Amsterdam Konsertgebouw,[a] Vyana Filarmoniyası, Çexiya Filarmoniyası, İsrail Filarmoniyası, Fransa Milli Orkestri, Tokio Simfoniyası kimi orkestrlərlə konsertlər verib. 2007-ci il Florensiya Festivalının bağlanış konsertində o, Zubin Mehtanın idarə etdiyi Florensiya Orkestri ilə açıq havada iyirmi min adamın izlədiyi konsert təqdim etdi. Həmin ildə Montrö Caz Festivalında fortepiano münsiflər heyətinin sədrliyini icra edən Sayın, türk saz şairi Aşıq Veysəlin "Qara torpaq" xalq mahnısından ilhamlanaraq bəstələdiyi piano parçası da daxil olmaqla eyni adlı CD, ABŞ-da Billboard hit-paradlarında 6-cı yerə yüksəldi. 2008-ci il istehsalı olan Sivas — 93 teatr tamaşasının musiqiləri də sənətçiyə məxsusdur.[7]

  1. Hollandiyanın Amsterdam şəhərindəki konsert zalı.
  1. 1 2 Fazil Say // Salzburgwiki (alm.).
  2. 1 2 Fazil Say // Munzinger Personen (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #132551365 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Say, Ahmet. Ağaçlar Çiçekteydi. Evrensel Basım Yayın. s. 124.
  5. Bildirici, Faruk. "Devrik rönesansın çocuğu Fazıl Say". www.hurriyet.com.tr (türk). 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  6. Fazıl Say 8 Yaşında. (ingilis), 2020-10-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-09-21
  7. Fazıl Say. 7 sentyabr 2013-cü il tarixində Wayback Machine tərəfindən arxivləşdirilib.