seçkilərin (referendumun) nəticələri

Dairə seçki komissiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə seçkiləri zamanı müəyyən edilmiş səsvermənin nəticələri

seçkilər
seçkilərin ümumi yekunları
OBASTAN VİKİ
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və ya qısaca SMDT — Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının və demokratik dəyərlərin uca tutulması, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. == Tarixi == SMDT, 24 iyul 2001-ci ildə təsis olunmuş Seçkilərin Monitorinq Mərkəzinin (SMM) qeydiyyatı 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edildikdən sonra SMM-in təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. 2021-ci ildə bu iş üzrə qərar qəbul edən Avropa İnsan Hüquqları Məhkəməsi SMM-in qeydiyyatının ləğvini qanunsuz hesab edib. 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra SMDT siyasi təzyiqlərə məruz qalaraq uzun müddət öz hüquqlarının müdafiəsi ilə məşğul oldu. Belə ki, 27 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun başladığı cinayət işi əsasında əvvəlcə SMDT-nin Bakı şəhərində yerləşən ofisində axtarış aparıldı. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olunub. SMDT rəhbərliyində təmsil olunan Anar Məmmədli və Bəşir Süleymanov həbs həyatı yaşayıblar. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi "Anar Məmmədli Azərbaycana qarşı" işində Azərbaycan hökumətini konvensiyada nəzərdə tutulmayan məqsədlərlə, yəni siyasi rəqiblərin susdurulması üçün cinayət-ədalət sistemindən sui-istifadə etməkdə günahkar bilib. == Fəaliyyəti == SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur: Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi Vətəndaşların siyasi hüquqlarının müdafiəsi Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması SMM 2001–2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib. 2008-ci ildən sonra SMDT kimi faəliyyət göstərən təşkilat isə müvafiq olaraq 2015 və 2020-ci illərdə keçirilən parlament, 2018-ci il keçirilən prezident və 2019-cu ildəki bələdiyyə seçkilərini müşahidə edib.
Azərbaycan qadın milli voleybol komandasının nəticələri
Azərbaycan qadın milli voleybol komandasının nəticələri — Azərbaycan qadın milli voleybol komandasının göstərdiyi nəticələr.