sel-eroziya
selab 2021
OBASTAN VİKİ
Sel
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
La-Sel (Alye)
La-Sel (fr. La Celle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03047. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 413 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 273 nəfər (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 63.6%). Aktiv olan 197 nəfərdən 174 nəfəri (101 kişi və 73 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 33 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İranda sel (2019)
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Yamba Tenmey Sel Muzeyi
Yamba Tenmey Sel Muzeyi (やんば天明泥流ミュージアム, Yanba Tenmey Deyryu Myuciamu) – Yaponiyanın Qunma prefekturasının Naqanohara qəsəbəsində yerləşən muzey. Muzey 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1994–2019-cu illərdə Qunma Prefektura Arxeoloji Tədqiqat Mərkəzi və qəsəbənin təhsil şurası tərəfindən Yamba su bəndinin tikintisi zamanı ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Əsasən Aqatsuma çayı boyunca aparılmış qazıntılar nəticəsində Comon dövrünə aid qalıqlar, eləcə də, 1783-cü ildə baş vermiş Tenmey püskürməsi nəticəsində torpağın altında qalmış kəndlərin xarabalıqlar tapılmışdır. Muzey aparılmış qazıntı işlərinin nəticələrini nümayiş etdirmək məqsədilə 3 aprel 2021-ci ildə açılmışdır. Muzeyin yaradılması üçün 1,86 milyar yen vəsait xərclənmişdir. == Ekspozisiya == Muzey 5 avqust 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə və hadisə zamanı burada yaşayan əhalinin gündəlik həyatına həsr olunmuşdur. Asama dağının püskürməsi nəticəsində baş verən bu insident yaxınlıqda yaşayan 1523 nəfərin nəfərin ölümünə və 2065 evin zərər görməsinə səbəb olmuşdur. Muzeydə bu hadisə nəticəsində torpaq altından çıxarılmış xarabalıqlar və əşyalar mühafizə olunur. Tonomiya, Nişinomiya və İşikavahara xarabalıqları qazıntılar zamanı kəşf edilmiş ən əhəmiyyətli xarabalıqlardır.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.

Значение слова в других словарях