sendast
sendviç-panel
OBASTAN VİKİ
Sendviç
Sendviç — çörək dilimləri üzərində, yaxud arasında yerləşən bir və ya daha çox inqredientlərdən ibarət qida növü.
Sendviç döyüşü
Sendviç döyüşü (ing. Battle of Sandwich) — 15 yanvar 1460-cı ildə York-Lankaster tərəfdarları arasında baş tutan dəniz döyüşü. == Mənbə == Richard Brooke, Visits to fields of battle, in England, of the fifteenth century (1857), p. 235 John Campbell, John Kent, Biographia Nautica (1785), p.
Cənubi Sendviç adaları
Cənubi Sendviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir. İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir. == Ümumi məlumat == Arxipelaq 310 km² sahəyə malikdir.
Cənubi Georgiya və Cənubi Sendviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. == Coğrafiyası == Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. == Cənubi Georgiya == Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.

Значение слова в других словарях