SENT
SENTİMENTALİST
OBASTAN VİKİ
Shunkan Sentimental
"Shunkan Sentimental" (瞬間センチメンタル, Shunkan senchimentaru, azərb. "Duyğulu anlar"‎) — Yaponiya pop-rok musiqi qrupu "Scandal"ın 5-ci əsas (ümumilikdə 8-ci) sinqlı. Mahnıdan 2010-cu ildə "Fullmetal Alchemist: Brotherhood" animesininin 39-50-ci seriyalarında dördüncü bağlanış mahnısı kimi istifadə olunmuşdur. Sinqlın iki versiyası mövcuddur: məhdud versiyası və daimi versiyası. İkinci B tərəfi olan "Yumemiru Koro wo Sugitemo" (Hillbilli Bopsun eyni adlı mahnısının qapağı) əvvəki sinql olan "Yumemiru Tsubasa" mahnısının cavab mahnısıdır. Mahnı Oricon həftəlik çartında 7-ci yerə çatmışdır və bu çartda 13 həftə qala bilmişdir. Bu müddət ərzində mahnının 32.624 nüsxəsi satılmışdır. 2010-cu ilin aprelinə qədər mahnının 100.000-dən çox nüsxəsi satıldığına görə YSSB tərəfindən qızıl sertifikasiya almışdır.
Sentimentalizm
Sentimentalizm (fr. sentimentalisme və fr. sentiment - hiss, duyğu) — əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfə və ədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul edilir. Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır. Sentiment - hissiyyat sözü ilk dəfə Lourens Stern "Sentimental səyahət" romanından götürülmüşdür. Dünya ədəbiyyatında sentimentalizimin ilk nümunəsini yaradan Samuel Riçardson olmuşdur.

Значение слова в других словарях