Glycyrrhiza sergievskiana
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biyan cinsinə aid bitki növü.
== Arealı ==
Qafqazda (Ön Qafqaz, Şərqi Qafqaz, Cənubi Qafqazda xüsusilə), Rusiyanın Avropa hissəsində, Mərkəzi Asiyada, Mərkəzi Avropada, Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada, İranda, Armavirdə və digər ərazilərdə bitir.
== Botaniki xarakteristikası ==
60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur.