Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Sərgi sahəsi
Sərgi sahəsi, konqres mərkəzi, konfrans mərkəzi və ya sərgi salonu — müəyyən bir mütəxəssislik sahəsində yığıncaqların və konqreslərin keçirilməsinə imkan verən böyük binalara verilən addır. Bu binalarda ümumiyyətlə minlərlə insana xidmət edə biləcək və bir neçə mərtəbəyə yayılmış xidmət vahidləri mövcuddur. Bu məkanlarda geniş ticarət sərgiləri və ya yarmarkalar da keçirilir. Bu strukturlarda auditoriya, konsert salonu, iclas otaqları, konfrans salonları kimi funksiyalar yer ala bilər. Bunlar bir çox böyük otellərin daxilində də yerləşdirilə bilər.
Sərgi Qalereyası (Bakı)
Sərgi qalereyası— Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində fəaliyyət göstərən qalereya; == Tarixi == === Muzey mərkəzi === Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. == Ekspozisiyası == Sərgi qalereyası, Muzey Mərkəzinin dördüncü mərtəbəsində yerləşir. Beş zaldan ibarət olan (ümumi sahəsi 400 m²) Sərgi Qalereyası, ekspozisiya sahəsi 700 m², lazımi işıq və səs avadanlıqları ilə təchiz olunmuşdur. Bu məkanın unikallığı ondadır ki, gündüz eksponatlar yuxarıdan düşən təbii işıqla işıqlandırılır. == Sərgilər == Sərgi Qalereyası – rəngkarlıq, qrafika, foto, heykəltəraşlıq, dizayn, müasir və konseptual sənət, uşaq yaradıcılığı və xalq tətbiqi sənəti sərgilərinin keçirilməsi üçün nəzərdə tutulmuş məkandır. Qalereyada ən müxtəlif profilli sərgilər böyük müvəffəqiyyətlə keçmişdir: “Ayna” birinci Bakı foto-festivalı, “Bakı-Abşeron” memarlıq abidələri sərgisi, “Xalı”, Bakıda Polşa memarlarının yaradıcılığı, müasir və konseptual sənətə həsr olunmuş “Alüminium” sərgiləri, “Kişi və Qadın”, ingilis rəssamı Frensis Liçin “Süvenir” xeyriyyə sərgisi, qaçqınlara həsr olunmuş foto və bədii əsərlər sərgisi, Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin fəsilləri” silsilə sərgilər çərçivəsində “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri , 2007-ci ilin son xüsusi layihəsi olan “Məhəbbət göy qurşağı” sərgisi, “5+” müasir rəngkarlıq sərgisi, “Mozalan” sərgisi, məşhur “Ralf Loren”, “Kartye” və başqa brendlərlə əməkdaşlıq edən alman fotoqrafı Klaus Vikratın sərgisi (sərgi “Beş istiqamət” adlanırdı və müəllifin ən yaxşı işlərindən ibarət idi ki, bu da 5 qrupa bölünürdü: çiçəklər, qadınlar, uşaqlar, zinət əşyaları və Kosta-Rika), N.Tusi adına İncəsənət gimnaziyasının uşaq sərgisi, məşhur bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun himayəsi altında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan fərdi sərgisi.
Tenerife sərgi sahəsi
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Xidmət Boruları Sərgi Binası
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. == Tarixi == Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır.1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır.K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. == Memarlıq == Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir. Binanın altında yerləşən su təchizatı stansiyasının üzəri qara daşlar və kafellərlə örtülmüşdür, bu da binanın qara dalğaların üzərində üzdüyü görüntüsünü yaradır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda K-Muzey ilə əlaqəli mediafayllar var.
Sərgiz (Üşnəviyyə)
Sərgiz (fars. سرگيز‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (75 ailə).
Almaniya Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və ya "ADEX" — regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradan tədbirdir.ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. == Məqsəd == "ADEX" sərgisi məhsullarınızı birbaşa alıcılar, sifarişçi firmalar, nüfuzlu tövsiyə mənbələri və son istehlakçılar vasitəsi ilə sata biləcəyiniz meydança olmaqla yanaşı, dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin "ADEX" sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır. == Sərgi bölmələri == == Tədbirlər == Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev "ADEX" sərgilərinin daimi ziyarətçisidir. Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilk dəfə 2014-cü ildə keçirilib. Sərgidə 33 ölkədən 170-dən artıq şirkət iştirak etmişdir. Müasir silah və texnikaların nümayişi, Müdafiə Sənayesi Bakı Ekspo Mərkəzində təşkil olunmuşdur. 2016-cı ildə ADEX sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çex Respublikası və Estoniya kimi ölkələrin hesabına genişlənib.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (qısaca: AITF) — Hər il Azərbaycan Respublikasında keçirilən, sənayenin aparıcı üzvlərini bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.. İşgüzar turizm qovşağı ("hub") kimi fəaliyyət göstərən "AITF" sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Təşkilatçısı "Caspian Event Organisers" şirkəti olan "AITF" sərgisi yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. == Tarixi və iştirakçıları == Keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2500 şirkət iştirak edib. === AITF 2016 === AITF 2016 sərgisində Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim ediblər. === AITF 2017 === AITF 2017 sərgisində 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edib. İştirakçılar arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə, Çexiya kimi ölkələrin milli stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol əyalətinin (Rusiya) regional stendləri də var idi. === AITF 2018 === AITF 2018 sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. === AITF 2019 === AITF 2019 sərgisində ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər.
Azərbaycan kənd təsərrüfatı sərgisində (film, 1938)
Azərbaycan kənd təsərrüfatı sərgisində filmi 1938-ci ildə Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Məzmun == Film Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açır.
Bakı Kitab Sərgisi
Bakı Kitab Sərgisi (ing. Baku Book Fair) və ya Bakı Kitab Yarmarkası – hər ilin payızında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən beynəlxalq kitab sərgisi. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutur. İndiyə kimi 8 dəfə keçirilib. COVID-19 pandemiyasından əvvəl hər iki ildən bir keçirilsə də, 2021-ci ildə hər il keçirilməsi qərara alınmışdır. == Məqsəd == Kitab sərgisinin məqsədi kitab və mütaliəni təbliğ edib populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların məhsulları ilə tanış etmək, nəşriyyat işini dəstəkləmək, nəşriyyatları əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini həyata keçirməkdir. == Tədbirlər == I Bakı Kitab Sərgisi 10-12 sentyabr 2009-cu ildə Muzey Mərkəzində təşkil olunmuşdur. Tədbirdə 60 yerli, 30 xarici nümayəndə iştirak etmişdir.II Bakı Kitab Sərgisi 28-30 sentyabr 2011-ci ildə Bakı İdman Sarayında keçirilmişdir. Sərgidə 100-dən çox yerli, 20-dən çox xarici nəşriyyat iştirak etmişdir.III Bakı Kitab Sərgisi 23-25 sentyabr 2013-cü ildə açıq havada baş tutmuş və sərgiyə 25 ölkədən 120-yə yaxın nəşriyyat qatılmışdır.IV Bakı Kitab Sərgisi 16-18 sentyabr 2015-ci ildə Bakı İdman Sarayında keçirilmiş və sərgidə 120 nəşriyyat iştirak etmişdir.V Bakı Kitab Sərgisi 28-30 sentyabr 2017-ci ildə Bakı İdman Sarayında baş tutmuşdur.VI Bakı Kitab Sərgisi 27-29 sentyabr 2019-cu ildə Bakı İdman Sarayında keçirilmiş və İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri iştirak etmişdir.VII Bakı Kitab sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub və 6-10 oktyabr 2021-ci ildə Bakı Ekspo Mərkəzində baş tutmuşdur.
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ing: International Defence Industry Fair, IDEF), Türkiyədə təşkil edilən bir müdafiə sənayesi sərgisidir. Sərgi 1993-cü ildən bəri Türk Silahlı Qüvvələrinə kömək fondu tərəfindən təşkil olunur və ümumiyyətlə Ankara və ya İstanbulda keçirilir. IDEF, müdafiə sənayesi şirkətləri üçün əhəmiyyətli bir beynəlxalq marketinq arenası olan və əsas müdafiə sənayesi sahələrini və tabeliyində olanları bir araya gətirən yüksək texnologiya məhsullarının sərgiləndiyi bir müdafiə sənayesi sərgisidir. IDEF Avrasiya bölgəsindəki ən böyük müdafiə sənayesi sərgisidir və iştirakçı ölkələr, nümayəndə heyətləri və şirkətlər üçün artan tendensiyaya malikdir. Hər bir sərgidən əvvəl Türk Silahlı Qüvvələrinə kömək fondu tender elan edərək təşkilatçı şirkəti və sərgi yerini seçir.
Beynəlxalq Sərgilər Bürosu
Beynəlxalq Sərgilər Bürosu (fr. Le Bureau International des Exposition (BIE)) — 1928-ci ildə Parisdə imzalanan müqavilələr nəticəsində quruldu. == Məqsədləri == Vaxtın, nominasiyaların, seçimlərin təşkili və idarə edilməsi. Milli pavilyonlarda ev sahibi olan ölkə və iştirakçı ölkələr arasında əməkdaşlıq.
DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində (film, 1940)
== Məzmun == Filmdə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin əmək qabaqcıllarının təsərrüfat sahəsində qazandıqları nailiyyətlərdən və onların Moskvaya Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinə yola salınmalarından bəhs olunur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissorlar: L. Martirosov, Qəmər Salamzadə Ssenari müəllifi: L. Martirosov Operator: L. Martirosov Səs operatoru: Y.Qomerov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66-67.
Frankfurt Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Frankfurt Kitab Sərgisi
Frankfurt Kitab Sərgisi (alm. Frankfurter Buchmesse‎) — hər il Almaniyanın Frankfurt şəhərində təşkil olunan kitab sərgisi. İştirakçı nəşriyyat şirkətlərinin və sərgiyə gələnlərin sayına görə dünyanın ən böyük kitab sərgisi hesab olunur. Bu sərgi beynəlxalq sazişlərin bağlanması və ticarət əlaqələrinin yaranması sahəsində də liderdir. Beş günlük sərgi oktyabr ayının ortalarında keçirilir. Sərginin ilk üç günü məhz qonaqlar üçün nəzərdə tutulur, ictimaiyyət nümayəndələri isə adətən həftəsonu sərgiyə gəlirlər. == Haqqında == Frankfurt Kitab Sərgisi 600 ildən çox tarixə malikdir. Alman ixtiraçı Yohan Qutenberq tarixdə ilk dəfə metal lövhələrin köməyi ilə kitab çapı üsulunu tətbiq edib. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Bu ixtiradan təxminən on beş il sonra, 1454-cü ildə yerli kitab satıcıları Frankfurtda ilk kitab sərgisi təşkil etdilər.
Leipzig sərgisi
Leipzig sərgisi (alm. Leipziger Messe‎) — dünyanın əhəmiyyətli ticarət sərgilərindən biri. == Tarixi == === Orta əsrlərdə sərginin təməli === Leypsiq şəhəri iki əhəmiyyətli ticarət, keçmiş Romanın kəsişməsində yerləşirdi, yollar: (lat. Via Regia) (Sileziyaya Reyndən) kral yolu və (lat. Via imperii) (Baltika dənizinə İtaliyadan) İmperiya yolu. Belə vəziyyət sənətlərin və ticarətin inkişafına imkan yaradırdı, xüsusilə xarici. Müasir yarmarka üçün əsas 1190-cı ildə maysenskim markqraf Ottonu qoyulmuşdu (girov qoyulmuşdu), hansı ki, yaz və payız yarmarkalarının keçirilməsinə Leypsiğin hüququnu (haqqını) təsdiq etdi. XV əsrdə, şəhərə üçüncünü keçirməyə icazə vermiş (həll etmiş) Fridrix II-in əvvəlcə Saksoniya kurfürstü — yeni il yarmarkasını, və (amma) sonra 1497-ci ildə Maksimillian I-in Müqəddəs Roma imperiyasının imperatoru, leyptsiq yarmarkalarına imperiyaların statusunu vermiş (bu status üzrə (görə) heç bir başqa şəhərə, radiusda təxminən Leypsiqdən 115 kilometr yerləşdirilmişə belə ticarətlərin keçirilməsi həll edilmirdi (icazə verilmirdi)), Leypsiqdə bu işin inkişafına imkan yaradırdılar. Bütün istiqamətlərdə ticarət əlaqələrini qaydaya salmağa icazə verən xüsusi status və əlverişli coğrafi mövqe və gələcəkdə ona imkan yaradırdılar ki, bir neçə yüzillik sonra leyptsiq yarmarkaları Avropada ən əhəmiyyətli oldu. === Sərgi keçidinə nümunə === 1895-ci ildə, ilk dəfə dünya tarixində, Leypsiqdə yarmarkaların keçirilməsi prinsipi dəyişdi, satışın yerinə yalnız nümunələri qoyulmağa başladılar, və (amma) artıq bağlanmış sazişlər üzrə (görə) mal, lazımlı miqdarda və müzakirə edilmiş keyfiyyət, bilavasitə istehsalçıdan nəqliyyatla sifarişçilərə yola düşürdü.
Leypsiq Kitab Sərgisi
Leypsiq Kitab Sərgisi — (alm. Leipziger Buchmesse‎) — Frankfurtdan sonra böyüklükdə ikinci kitab sərgisi, Leyptsiq yarmarkası tərkibində ən məlum (məşhur) sərgilərdən biri. Hər il mart ayının ortasında keçirilir. == Sərginin tarixi == Leyptsiq kitab yarmarkası XVII əsrdə yaradıldı. XVIII əsrə Leypsiq Almaniyanın kitab ticarətinin mərkəzinə çevrildi. Yarmarka həmçinin İkinci dünya müharibələri dövründə keçirilirdi (aparılırdı), amma onun coğrafiyası onda kəskin azaldı. 2–7 mart 1941 ildə keçirilmiş Leyptsiq yarmarkasında SSRİ, Bolqarıstan, İtaliya, Almaniya, Türkiyə, İsveçrə, İran, İspaniya, Yuqoslaviya, Rumıniya, Slovakiya, Yaponiya, həmçinin Almaniyayla işğal edilmiş Belçika, Niderlandlar, Danimarka və Norveç iştirak etdi. Bu halda yarmarkada 1941-ci il yalnız çap nəşrləri təqdim edilməmişdi . Almaniyada SSRİ-in səfirliyin üçüncü katibi Aleksandr Kapustin bildirirdi ki, ən böyük maraq sərginin adi ziyarətçiləri "xalçalara, körüklərə, şərablara, şirniyyat məmulatlarına və tütünə" göstərdilər. == Müasirlik == Yarmarkada Almaniyadan və dünyanın başqa ölkələrindən çoxsaylı naşirlər müxtəlif növün (nəsilin) ədəbiyyatını, məktəb dərsliklərini, qəzetləri və jurnalları təqdim edirlər, təqvimlər, bədii albomlar, audiokitablar.
Leypsiq sərgisi
Leipzig sərgisi (alm. Leipziger Messe‎) — dünyanın əhəmiyyətli ticarət sərgilərindən biri. == Tarixi == === Orta əsrlərdə sərginin təməli === Leypsiq şəhəri iki əhəmiyyətli ticarət, keçmiş Romanın kəsişməsində yerləşirdi, yollar: (lat. Via Regia) (Sileziyaya Reyndən) kral yolu və (lat. Via imperii) (Baltika dənizinə İtaliyadan) İmperiya yolu. Belə vəziyyət sənətlərin və ticarətin inkişafına imkan yaradırdı, xüsusilə xarici. Müasir yarmarka üçün əsas 1190-cı ildə maysenskim markqraf Ottonu qoyulmuşdu (girov qoyulmuşdu), hansı ki, yaz və payız yarmarkalarının keçirilməsinə Leypsiğin hüququnu (haqqını) təsdiq etdi. XV əsrdə, şəhərə üçüncünü keçirməyə icazə vermiş (həll etmiş) Fridrix II-in əvvəlcə Saksoniya kurfürstü — yeni il yarmarkasını, və (amma) sonra 1497-ci ildə Maksimillian I-in Müqəddəs Roma imperiyasının imperatoru, leyptsiq yarmarkalarına imperiyaların statusunu vermiş (bu status üzrə (görə) heç bir başqa şəhərə, radiusda təxminən Leypsiqdən 115 kilometr yerləşdirilmişə belə ticarətlərin keçirilməsi həll edilmirdi (icazə verilmirdi)), Leypsiqdə bu işin inkişafına imkan yaradırdılar. Bütün istiqamətlərdə ticarət əlaqələrini qaydaya salmağa icazə verən xüsusi status və əlverişli coğrafi mövqe və gələcəkdə ona imkan yaradırdılar ki, bir neçə yüzillik sonra leyptsiq yarmarkaları Avropada ən əhəmiyyətli oldu. === Sərgi keçidinə nümunə === 1895-ci ildə, ilk dəfə dünya tarixində, Leypsiqdə yarmarkaların keçirilməsi prinsipi dəyişdi, satışın yerinə yalnız nümunələri qoyulmağa başladılar, və (amma) artıq bağlanmış sazişlər üzrə (görə) mal, lazımlı miqdarda və müzakirə edilmiş keyfiyyət, bilavasitə istehsalçıdan nəqliyyatla sifarişçilərə yola düşürdü.
Paris Beynəxalq Sərgisi (1900)
Paris Beynəxalq Sərgisi (fr. Exposition universelle) 1900-cü il 15 aprel - 12 noyabr tarixləri arasında Fransanın Paris şəhərində keçirilmişdir. Sərginin simvolu yeni XX əsrin gəlməsi idi. Sərgidə ən populyar ar-nuvo üslubu oldu. Yeddi ay boyunca sərgidə 50 milyondan çox insan iştirak etdi, bu rekord yalnız 1967-ci ildə Monrealda (55 milyon nəfər) təşkil olunan Dünya Sərgisi və Şanxayda keçirilən EXPO 2010-da ikinci dəfə (70 milyondan çox insan) "vuruldu". 35 ölkə ekspozisiyaları 18 tematik bölmələrdə təqdim olundu. O dövrdə Fransanın ən yaxın müttəfiqi olan Rusiya İmperiyasının iştirakı xüsusilə əhəmiyyətli idi. == Sərgi == Sərgi 1900-cü il aprelin 15-dən 12-dək davam etdi. Sərgini 50 milyondan çox insan (o dövrdə dünya rekordu) ziyarət etdi, bu da Fransa xəzinəsinə 7 milyon frank gəlir gətirdi. Sərgiyə 76 mindən çox iştirakçı qatıldı, sərgi sahəsi 1.12 km² idi.
Peşə-Texniki Təhsil Sistemi Şagirdlərinin Texniki Yaradıcılıq Sərgisi (film, 1974)
== Məzmun == Filmdə Bakıdakı 68 saylı peşə-texniki təhsil məktəbində sərginin açılması, Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin həmin sərgidə iştirak etməsi, peşə-texniki təhsil komitəsinin sədri T. Allahverdiyevin qonaqları Bakı şəhəri peşə-texniki məktəb şagirdlərinin texniki yaradıcılıq sərgisinin ekspozisiyası ilə tanış etməsi öz əksini tapmışdır.
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi
Sərgizə (Marağa)
Sərgizə (fars. سرگزه‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,233 nəfər yaşayır (261 ailə).
Sergi Samper
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Arizona sərvi
Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir. Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsi ilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsi ilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Himalay sərvi
Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir. Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. Azərbaycanda bağ və parklarda rast gəlinir. Abşeron da boz-qonur, karbonatlı torpaqlarda. Quru səhra iqlimli şəraitdə zəif böyüyür. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük”ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış “Kərkük“ daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı “Kərkük” 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Luzitaniya sərvi
Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır. Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5-2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır. Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır. Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. == Məlumat == 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Qoven sərvi
Vətəni Kaliforniyadır. 12–15 m hündürlükdə, geniş çətirli ağacdır. Açıq-yaşıl budaqlı və tünd-yaşıl rəngli pulcuğa oxşar yarpaqlara malikdir. Yarpaqlarını sürtüb əzdikdə kamfora iyi verir. Qozaları yoğun ayaqcıqlar üzərində yerləşir, kürəşəkilli, parlaq-qəhvəyi rəngdədir. Yaxşı böyüyür, kölgəyədavamlıdır, torpağa tələbkar deyil. Yazda və yayda düzünə düşən günəş şüalarından qorunmalıdır, qışda işıqlı yerdə yetişdirmək olar. May ayından avqust ayına qədər bitki bol suvarılmalıdır. Oktyabr ayından aprel ayına qədər hava şəraitindən asılı olaraq suvarılma dayandırılmalıdır. Mart ayından sentyabr ayına qədər 14 gündən bir, qışda isə ayda bir dəfə gübrə verilir.
Su sərfi
Su sərfi — axının canlı en kəsim sahəsindən bir saniyədə keçən suyun həcminə sərf deyilir. == Hesablanması == Su sərfi aşağıdakı düsturla hesablanır: Q = W ⋅ V m 3 / s a n {\displaystyle Q=W\cdot V{m}^{3}/san} (Q-su sərfi, W- en kəsiyi , V- suyun sürəti) Böyük sərflər adətən m 3 / s a n {\displaystyle {m}^{3}/san} , kiçik sərflər isə l / s a n {\displaystyle {l}/san} ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Müxtəlif hidrotexniki qurğuların, suvarma kanallarının layihələndirilməsində sərf məlumatlarından geniş istifadə olunur. Suvarma sistemləri üzrə su tələbatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövriyyəsi planlarında sərf əsas göstərici kimi qəbul olunur.Sərf haqqında olan ölçmə məlumatlarına əsasən onun bir sıra hesabat göstəriciləri təyin edilir. Bu səciyyəvi göstəricilərə orta gündəlik, orta aylıq, orta illik, orta və ekstremal çoxillik sərflər daxildir. Bunlarla yanaşı, çayın daşqın, gursulu, azsulu fazalarına xas olan maksimal və minimal sərf göstəriciləri də təyin olunur. Axımı səciyyələndirən əsas göstəricilərdən biri də onun həcmidir. İstənilən vaxt üçün axımın həcmini sərf məlumatları əsasında müəyyən edilə bilər. == Maksimal sərf == Maksimal sərf çayların gursulu və daşqın dövrlərində əmələ gəlməklə ani vaxt və ya qısa müddətdə davam edir.
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. == Tarixi == Svinoy adı donuzla hec bir əlaqəsi yoxdur. S vinoy yəni günahkar quldurların məskəni.
Sərdi (Meşkinşəhr)
Sərdi (fars. سردي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 57 nəfər yaşayır (12 ailə).
Türkmaneli (dərgi)
"Türkmaneli" (dərgi) — türk dilində nəşr olunmuş siyasi qəzet. == Haqqında == "Türkmaneli" dərgisi İraq Türkman Cəbhəsinin İnformasiya Dairəsi tərəfindən üç ayda bir türk dilində işıq üzü görmüş siyasi və mədəni mövzuları əhatə edən dərgidir. Dərginin 2003-cü ildən sonra nəşri dayandırılıb. 2007-ci ildə isə yeni bir heyətlə təkrar fəaliyyətə başlayıb.
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. == Məlumat == İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
Səri-Pul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Səri Pul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Adi bataqlıq sərvi
İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü. Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır.
Şərq boğazı (Şərqi Sibir dənizi)
Şərq boğazı (rus. Восточный пролив(Восточно Сибирское Море ) - Lısov və Leonteva adalarını Cetrexstolovoqo adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın eni 20 km , dərinliyi 9 - 12 metr təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya muxtar respublikasının Nijnekolıma rayonuna daxildir. Boğaz Medvedjıy arxipelaqına daxil olan adaları ayırır.
Sevgi, sevgi, sevgi
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. == Film haqqında == Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Hüseyn Şərqi
Hüseyn Şərqi Soytürk — Zəncan Universitetinin professorudur. İranda Azərbaycan və fars dillərində nəşr olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru == Həyatı == Azərbaycanda nəşr olunan "Güney Azərbaycan türkologiyası" (2013), "Güney Azərbaycan dramaturgiyası" (2014), eləcə də Cənubi Azərbaycanda nəşr olunan "Azərbaycan ədəbi dil tarixi" (1997), "Azərbaycan ədəbiyyat tarixi" (1997), "Məsihi divanı" (Tehran), "Əski türk kitabları" (Ərdəbil), "Müsəlman-Türk dünyası", "Ədəbi örnəklər" (Tehran) kitabları bunlardan bir neçəsidir. Hüseyn Soytürk Misirin "Xədiviyyə" kitabxanasında saxlanılan, Nizaminin əlyazması şəklində olan anadilli şeirlərini 2006-cı ildə Azərbaycanın "Nurlar" nəşriyyatında nəşr etdirmişdir. Bu şeirlər İranda da nəşr edilmişdir. Nədənsə, Azərbaycanda bu kitab böyük sensasiyaya səbəb olmuş, ancaq diqqətdən yayınmışdır. Görünür, gələcək tədqiqatçılar bu nadir tapıntıya bir daha müraciət etməli olacaqlar. İndiyə qədər İranda onlarla kitab nəşrinə imza atan Hüseyn Soytürk Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox əsərləri, o cümlədən prof. Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti" kitabını fars dilinə tərcümə edib nəşr etdirmişdir. == Əsərləri == Divani-Nizami (Gəncəli) : qəsidələr-qəzəllər: Xədiviyyə nüsxəsi - Tehran nəşri əsasında / tərt.: Eloğlu, H.Ş Soytürk. - Bakı : Nurlar NPM, 2006.
Nijniye Serqi
Nijniye Serqi — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Şərqi Berlin
Şərqi Berlin — Soyuq müharibə dövründə Berlinin SSRİ-nin təsiri altındakı bir hissəsidir. 1961-ci ildə Berlin divarı ilə Qərbi Berlindən ayrıldı. Şərqi Almaniyanın paytaxtı idi. Şərqi Berlin əhalisi 1,2 milyon nəfər təşkil etmişdir. 1990-cı ildə Berlin divarı dağıdılmış və Qərbi Berlin ilə Şərqi Berlin birləşdirilmişdir.
Şərqi Bəyazid
Şərqi Bəyazid (türk. Doğubayazıt) — Ağrı ilinin ilçəsi. Avropa E-yolu Anadolunun şərqindəki E80 tranzit yolunda qurulmuşdur. Mərkəzi rayondan 93 km şərqdə, İrandan isə 35 km məsafədə yerləşir. İlçə əraziləri ümumiyyətlə təpəli və kələ-kötürdür. Lakin, ilçə mərkəzi düzənlikdə qurulmuşdur. Ağrının ən qədim, tarixi və inkişaf etmiş bir bölgəsidir. Adını daşıyan düzənliyin cənub şərqində qurulmuşdur. == Tarixçə == Ağrı tarixi ilə əlaqəli "Ağrı tarixi" olaraq adlandırılan isim əslində uzun müddət şəhər mərkəzi olan Şərqi Bəyazid ilçəsinin tarixidir. Şərqi Bəyazidin İran sərhədində Türkiyə-İran tranzit yolunun keçid nöqtəsində olması, tarixi baxımdan buranın əhəmiyyətini artırmışdır.
Şərqi Ermənistan
Şərqi Ermənistan və ya Qafqaz Ermənistanı tarixi Ermənistan ərazisinin şərq hissəsini əhatə etdiyi iddia edilən bölgədir. İndiki vaxtda, Türkiyənin Qars vilayəti və Ermənistanın İrəvan şəhərini əhatə edir. Keçmişdə müvafiq olaraq Qədim Ermənistan Krallığı, Sasanilər İmperiyası, Pakraduni sülaləsi, Böyük Səlcuq İmperiyası və Osmanlı İmperiyası bu bölgəyə sahib idi. 1828–1829-cu illər Osmanlı-Rus müharibəsindən sonra Rusiya İmperiyasına birləşdirilmişdir. Brest-Litovsk sülh müqaviləsindən sonra bölgə sərhədləri içində olan Qars Türkiyəyə verilmişdir. Sovet İttifaqı 1991-ci ildə dağılandan bəri İrəvan Ermənistan sərhədləri daxilindədir.
Şərqi Flandriya
Şərqi Flandriya (nid. Oost-Vlaanderen, fr. Flandre orientale, alm. Ostflandern‎) —Belçikanın 10 əyalətindən biri olub, flaman bölgəsinə aiddir. Qərbi Flandiriya ilə Belçikanın arasında yerləşir. Həmçinin Antverpen, Flaman Brabantı, Eno və Niderlandlar sərhədlənir. İnzibati mərkəzi-Qent şəhəridir. == Əsas göstəriciləri == Sahəsi: 2942 кm² Ən hündür nöqtəsi: 157 metr Əsas çayları: Şelda, Lis, Durma, Dandr Əhali: 1 432 326 nəfər. (2010) == Tarixi == 1795-ci ildə Avstriya Niderlandları Fransa tərəfindən mühasirəyə alındıqdan sonra bu ərazilərdə Esko departamenti quruldu. Napaleonun dağıntısından sonra Niderlandla birləşdirən krallıq, departament Esko Şərqi Flandiriya adını aldı.
Şərqi Folklend
Şərqi Folklend (ing. East Falkland, isp. Isla Soledad) — Folklend adaları arxipelaqının tərkibinə daxildir. Adanın qərbində yerləşən Qərbi Folklend adasından onun Folklend boğazı ayırır. Atlantik okeanın cənubunda yerləşir. Adanın şimal-şərqində Folklend adalarının paytaxtı olan Port-Stenli şəhəri yerləşir. Adalara Argentina iddia edir == Coğrafiyası == Arxipelaqın ən iri adasıdır, sahəsi 6605 km²; sahil xətdinin uzunluğu 1036,9 km təşkil edir. Adanın cənub və şimal eni 2,4 km olan bərzəx birləşdirir. Adanın şimalı təpəlikdir və burada adanın və arxipelaqın ən hündür nöqtəsi yerləşir. Asborn dağı 705 metr hündürlüyə malikdir.
Şərqi Frakiya
Şərqi Trakiya (türk. Doğu Trakya və ya sadə olaraq Trakya; bolq. Източна Тракия, Iztochna Trakiya; yun. Ανατολική Θράκη, Anatoliki Thraki) və ya Türkiyə Trakiyası - Müasir Türkiyə Respublikasının tərkib hissəsidir, coğrafi baxımdan Cənub-Şərqi Avropanın bir hissəsidir. Tarixi Trakiyanın şərq hissəsindədir. Türkiyənin Ədirnə, Təkirdağ və Kırklareli illərinin ərazilərini, həmçinin Çanaqqala və İstanbul illərinin Avropa qitəsində olan ərazilərin ehtiva edir.
Şərqi Hindistan
Şərqi Hindistan (hind पूर्वी भारत, benq. পূর্ব ভারত) — Hindistanın regionlarından biri. Qərbi Benqaliya, Bihar, Carkhand və Orissa bölgələrini əhatə edir. == Tarixi == Şərqi Hindistan Maqadha və Mauriya İmperiyası kimi qədim dövlətlərin ana yurdudur. Buddizmin beşiyidir.
Şərqi Kürdüstan
İran Kürdüstanı və ya Şərqi Kürdüstan (kürd. Rojhilatê Kurdistanê/ڕۆژھەڵاتی کوردستان‎) — İranın İraq ilə sərhədlərində yerləşən şimal-qərbi ərazilərində, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. İran Kürdüstanı Qərbi Azərbaycan ostanı, Kürdüstan ostanı və Kirmanşah ostanını əhatə edir.Kürdlər İranın şimal-qərbi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya) Şimali Kürdüstan (Türkiyə) və Cənubi Kürdüstan (İraq) aiddir.2006-cı ildə keçirilən sonuncu əhalinin siyahıyaalmasında əldə edilən məlumatlara görə, kürd əhaliyə malik üç ostanı – Kürdüstan, Kirmanşah və İlam ostanlarında ümumilikdə və habelə Qərbi Azərbaycan ostanı'nın cənubi şəhərlərində ümumilikdə 6.730.000 nəfər yaşayır. İlam ostanının cənubunda əsasən lurlar yaşayır. İran kürdləri İran əhalisinin təxminən 7–10 %-ni təşkil edir. Bir sıra mənbəyə görə, İran kürdlərinin əksəriyyəti şiədir, lakin başqa mənbələr əksinə, onların əksəriyyətinin sünni olduğunu iddia edir. İran İslam İnqilabı zamanı kürd siyasi partiyaları muxtariyyət ilə maraqlanmayan şiə kürdləri öz tərəflərinə çəkməkdə uğursuz olmuşdurlar. Buna baxmayaraq, 1990-cı illərdən bəri kürd milliyətçiliyi şiə kürdlərə də yayılmışdır. Buna əsas səbəb şimaldakı kürdlərin zorakılıq ilə yatırılmasıdır.
Şərqi Miyo
Şərqi Miyo (fr. Millau-Est) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1217. Şərqi Miyo kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Miyo kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 9 331 nəfər təşkil edirdi.
Şərqi Pakistan
Şərqi Pakistan (benq. পূর্ব পাকিস্তান urdu مشرقی پاکستان, hal-hazırda Banqladeş) — 1955-ci ildən 1971-ci ilə qədər, Cənubi Asiyanın şimal-şərqində Benqal vilayətində mövcud olmuş Pakistanın əyalət dövləti.1947-ci ildə Hindistanın parçalanması zamanı Britaniya imperiyası Benqal vilayətini müsəlmanların çoxluq təşkil etdiyi Şərqi və əksəriyyətini hindlilərin təşkil etdiyi Qərbi Benqala böldü.
Şərqi Pireney
Şərqi Pireney (fr. Pyrénées-Orientales) — Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən departament. Fransa departamentlərinin sıra sayına görə Şərqi Pireney 67-ci sırada yer almışdır. 2010-cu ilin departamentlər arasındakı siyahıya alınmasına əsasən əhalinin sayı 457.238 nəfərə çatmışdır. == Coğrafiyası == Departament ərazisi 4116 km²-dir. Pireney sistemində, şərq hissəsi Aralıq dənizi ilə, cənubda isə İspaniya ilə sərhəddədir. Departamentə 3 rayon, 31 kanton və 226 kommuna daxildir. Şərqi Pireney, 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir. Katalan dili bu ərazidə geniş yayılmış və buna görə də departament çox zamalar Katalon torpaqları adlanmışdır.
Şərqi Polesye
Şərqi Polesye — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Respublikanın cənub-şərq hissəsində yerləşir. Polesye düzənliyinin böyük hissəsini əhatə edir. Regiona Qomel, Minsk və Brest vilayətlərinin əraziləri daxildir. Region şərqdən Podnepr (Dneprin sağ sahili və Berezinenin aşağı axarları), şimaldan Mərkəzi Belarus (Pariçi-Lyuban-Starobin-Çudin xətti üzrə), qərbdən Qərbi Polesye ilə həmsərhəddir. Şimaldan region suayrcı xətlə Mərkəzi Belarusun meşəli düzənliklərində ayrılır. Belarus dilinin mozır dialektinə məxsusdur. Regionda etnik baxımdan polyanilər (şimalda) və poleşukilər (cənubda) məskunlaşmış. == Tarixi == Dəmir dövründə Şərqi Polesye miloqrad mədəniyyətinin (E.ə. III-VII) və zarubines mədəniyyətinin (E.ə.
Şərqi Prussiya
Şərqi Prussiya (alm. Ostpreußen‎, pol. Prusy Wschodnie, lit. Rytų Prūsija) — Prussiyanın tarixi vilayəti. Şimali Alman İttifaqının keçmiş üzvü. Almaniya imperiyasının aqrar bölgəsi. 1945-ci ildə Potsdam konfransının qərarı ilə Köniqsberq şəhəri daxlolmaqla ücdə bir hissəsi SSRİ-yə verildi, hal-hazırda Rusiyanın anklav vilayətidir. Şərqi Prussiyanın üçdə iki hissəsi həmin Potsdam konfransının qərarı ilə Litva və Polşa arasında bölünüb və hal-hazırda o dövlətlərin bir hissəsidir.
Şərqi Qazaxıstan
Şərqi Qazaxıstan (qaz. Шығыс Қазақстан) — müasir Qazaxıstan Respublikasının, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. 1997-ci il islahatından sonra o, böyümüş Şərqi Qazaxıstan vilayətindən ibarətdir. Bundan əvvəl isə onun tərkibində ləğv olunmuş Semipalatinsk vilayəti də var idi. Şimalda Rusiya, şərqdə isə Çin ilə həmsərhəddir. == Əhali == Şərqi Qazaxıstan orta juz qazaxlarının yaşadıqları ərazidir.Şərqi Qazaxıstan 1932-1933-cü illərdəki aclıqdan ən çox zülm çəkən region idi. Orada yaşayan qazaxların sayı 64,5% azalmışdı.
Şərqi Qüds
Şərqi Qüds və ya Şərqi Yerusəlim ( Ərəbcə : Ərəbcə : القدس الشرقية , Əl-Qudlar Ash-Sharqiya ; İbrani , Mizraḥ Yerushalayim ) , Qərb sektorundan fərqli olaraq 1948 Ərəb-İsrail müharibəsi əsnasında İordaniya tərəfindən işğal edilmiş Yerusəlimin sektorudur şəhərin, İsrail tərəfindən işğal edilmiş Qərbi Qüds . 1967-ci il Ərəb-İsrail müharibəsindən bəri Şərqi Qüds beynəlxalq ictimaiyyət tərəfindən İsrail tərəfindən işğal edilmiş hesab olunur . Bu əraziyə Qüdsün Köhnə Şəhəri və İudaizm , Xristianlıq və İslamın ən müqəddəs yerlərindən bəziləri , məsələn, Məbəd dağı , Qərb divarı , əl-Əqsa məscidi , Qaya günbəzi və Müqəddəs Qəbiristanlıq Kilsəsi daxildir. eləcə də bir sıra qonşu məhəllələr. İsrail və Fələstin tərifləri fərqlidir. Fələstinin rəsmi mövqeyi 1949-cu il atəşkəs sazişlərinə əsaslanır, İsrailin mövqeyi isə əsasən Qüdsün mövcud bələdiyyə sərhədlərinə əsaslanır. Bunlar 1967-ci ilin İyun Altı Günlük Müharibədən bəri İsrail bələdiyyə orqanlarının qərar verdiyi bir sıra inzibati genişlənmələrlə müəyyən edilib . Adına baxmayaraq, Şərqi Qüds İçəri Şəhərin şimalında, şərqində və cənubunda və terminin daha geniş tərifində, hətta Qərbi Qüdsün bütün bu tərəflərindəki məhəllələri əhatə edir. Beynəlxalq ictimaiyyət Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni hesab edir . İsrail bu şərhə etiraz edir.
Şərqi Rennel
Şərq Rennell YUNESKO-nun Ümumdünya İrs mirası olaraq təyin olunan Solomon adalarındakı Rennell adasının cənub hissəsidir. Rennell dünyanın ən böyük mərcan atoludur və bir çox endemik növ Teqano gölü ətrafındakı Rennellin şərq hissəsindədir. 2013-cü ildə Ümumdünya İrs Komitəsi, Şərq Rennellini Ümumdünya İrsi mirasına daxil etdi. == Ərazisi == Rennell Qərbi Sakit okean bölgəsində yerləşir və Solomon adalarının cənubundadır, təqribən 86 ilə 15 km məsafədədir. Dünyadakı ən böyük mərcan atollu 37.000 hektar ərazini tutur. Ərazi sıx meşə ilə örtülmüşdür və adanın cənub mərkəzində bir vaxtlar atoll olan Teqano gölüdür vardır. Gölün səthi dəniz səviyyəsindədir və əsasən kələ-kötürdür. Şərqi Rennel qayalıqlarla əhatə olunmuş və bir sıra kiçik əhəng daşı adalarından ibarətdir. 1998-ci ildə Dünya İrsi mirası olaraq təyin olunan Şərqi Rennell adanın cənub ucundadır. Ərazi siklonlar tərəfindən zərər görməyə həssasdır və "elmi tədqiqat üçün əsl təbii laboratoriya" hesab olunur.
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.