1. Seyrək hala gəlmək, bir-birindən aralı olmaq; sıxlığı, qalınlığı azalmaq. Kollar getdikcə seyrəkləşirdi.
– …Yaz buludları sanki tankın gurultusundan qorxub seyrəkləşir, hürkür, qaçışırdı.
// Getdikcə seyrək olmaq, sıxlığı, qalınlığı azalmaq.
Qadir Zeynalın qışqırığını qalın meşəliyin çox seyrəkləşdiyi sarı qaya başlanğıcına yetişərkən eşitdi.
2. Azalmaq, ara-sıra olmaq, az-az nəzərə çarpmaq.
Gəlib-gedən seyrəkləşdi.