SEYRƏKLƏŞMƏK

f.
1. Seyrək hala gəlmək, bir-birindən aralı olmaq; sıxlığı, qalınlığı azalmaq. Kollar getdikcə seyrəkləşirdi.
– …Yaz buludları sanki tankın gurultusundan qorxub seyrəkləşir, hürkür, qaçışırdı. M.Hüseyn.

// Getdikcə seyrək olmaq, sıxlığı, qalınlığı azalmaq.
Qadir Zeynalın qışqırığını qalın meşəliyin çox seyrəkləşdiyi sarı qaya başlanğıcına yetişərkən eşitdi. Ə.Əbülhəsən.

2. Azalmaq, ara-sıra olmaq, az-az nəzərə çarpmaq.
Gəlib-gedən seyrəkləşdi. S.Rəhimov.

Синонимы

  • SEYRƏKLƏŞMƏK azalmaq
  • SEYRƏKLƏŞMƏK işıqlaşmaq — açılışmaq

Антонимы

  • SEYRƏKLƏŞMƏK SEYRƏKLƏŞMƏK – SIXLAŞMAQ Arabir sıxlaşır səyyar buludlar (Ə.Kürçaylı); Getdikcə soldatlar seyrəkləşir, dəhliz tez-tez lap boş qalırdı (C
SEYRƏKLƏŞMƏ
SEYRƏKLƏTDİRMƏ

Значение слова в других словарях