SİDQ

в сочет. sidqi-dillə, sidqi-dildən всей душой. Sidqi-dildən qulluq etmək служить кому-л. всей душой; sidqiürəklə, sidqi-ürəkdən от всего (чистого) сердца, от всей души. Sidqi-ürəkdən bağışlayıram дарю от чистого сердца
SİDİKLİK
SİDQLƏ
OBASTAN VİKİ
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.
Məhəmməd Tağı Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim. == Həyatı == Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. == Fəaliyyəti == Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir.
Məhəmmədtağı Səfərəlibəyov-Sidqi

Məmmədəli Sidqi Səfərov
Məmmədəli Sidqi Səfərov (tam adı: Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1956, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — müəllim, yazıçı, jurnalist. "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur. == Həyatı == Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür.1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim.
Sidqi Abbasov
Abbasov Sidqi Səməndər oğlu (4 may 1969; Basarkeçər rayonu, Qərbi Azərbaycan – 5 yanvar 1994, Füzuli rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.
Sidqi Ruhulla
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası – 5 may 1959, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949). == Həyatı == === Erkən illəri === 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi. Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir.
Cəmil Sidqi Zəhavi
Cəmil Sidqi Zəhavi (ərəb. جميل صدقي الزهاوي‎) (18 iyun 1863, Bağdad, Bağdad əyaləti[d] – 24 fevral 1936, Bağdad) — İraq şairi, pedaqoqu, filosofu. O, müasir dövrdə ərəb dünyasının ən böyük şairlərindən biri hesab edilir və qadın hüquqlarının müdafiəçisi kimi tanınır. == Həyatı == Cəmil Sidqi Zəhavi Bağdadda anadan olmuşdur. Atası İraq kürdlərindən idi və Bağdad müftisi vəzifəsində çalışmışdır.Osmanlı hakimiyyəti dövründə Bağdad Təhsil Şurasının üzvü olmuş və burada qadınlar üçün təhsil almaq hüququnu müdafiə etmişdir. O, Bağdaddakı yeganə qəzet olan "əl-Zəvrə"nin redaktoru kimi fəaliyyət göstərmiş, Yəmən və İstanbul Ali Məhkəməsinin üzvü olmuşdur. O, ərəb dünyasının aparıcı yazıçılarından biri idi. Əsərləri Beyrut, Qahirə və Bağdadda böyük qəzet və jurnallarda çap olunmuşdur. Bəhailik təlimlərinin təsiri ilə 1896-cı ildən Misir dövri mətbuatında bəşəriyyəti birləşdirməyə hesablanmış "bütün xalqlar üçün universal" yazısını yaymaq üçün kampaniya aparmışdır.

Значение слова в других словарях

воскреса́ть вы́хлоп климатологи́ческий лимита́ обозрева́тель огорче́ние разли́чие двуязы́чие до́хлый тра́ловый тромби́н упако́вывание anoxia bench dog cheese mite gliding flight grass-hook homologon palimpsest ski-course three-point turn upmost валяльня сокращать триместр