Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ver Sözə Ehya ki... (1989)
== Məzmun == Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Ver sözə ehya ki... (film, 1989)
== Məzmun == Filmdə dahi şair Məhəmməd Füzulinin söz hikmətindən söhbət açılır. Filmdə iştirak edən alim və xanəndələr məşvərət məclisində Füzulinin qəzəllərindəki mənaları açmağa çalışırlar.
Enya
Enya (ing. Eithne Pádraigín Ní Bhraonáin) - İrland müğənni, mahnı yazarı və prodüser. 1961-ci ilin 17 may tarixində İrlandiyanın Doneqal knyazlığında anadan olmuşdur. Ailə qrupu ilə bir müğənni idi Clannad.
Eyya-fiord
Eyya-fiord (isl. Eyjafjörður — Ada fiordu) — İslandiya sahillərində yerləşən fiord. Eyya-fiord İslandiyanın şimalında, Tryodlaskaqi yarımadasının şərqində yerləşir. Sahillərini Qrenland dənizi yuyur. Fiordun uzunluğu 60 km, eni isə 24 km təşkil edir. Qərb istiqamətdə Hendis-fiord və Olafs-fiord adlı kiçik fiordlara bölünür. Aküreyri şəhəri fiordun cənub qutaracağında yerləşir. Qərb sahillərində isə Dalvik və Oulafsfordur şəhərçikləri qərarlaşır. Fiordda Hrisey adası yerləşir.
Kəhya
Kəhya (az.-əbcəd کهیا‎, fars. کهیا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 582 nəfər yaşayır (177 ailə).
Yəhya
Yəhya ibn Zəkəriyya (ərəb. يحيى ابن زكريا‎) — İsa ibn Məryəmin peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmiş islam peyğəmbəri. İncildəki Vəftizçi İohanna uyğun gələn Zəkəriyya peyğəmbərin oğlu. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya İsanın peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi. Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində çəkilir. Yalnız "Məryəm" surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. "Ali-İmran" surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi sadalanır. Bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) Yəhyanın İsaya imanı və onun peyğəmbərliyini təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
Əşya
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Aşıq Yəhya
Aşıq Yəhya — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Yəhya Məmmədov 1931-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Ustadı Aşıq Avdı Qaymaqlı olmuşdur. Aşıq Cəlal Qəhrəmənov, Aşıq Sədi və Aşıq Sadıx Avdıyevlə yaxından dostluq etmişdir. Aşıqlıq sənətinə 16 yaşından başlamışdır. Çox məlahətli səsə, yüksək avaza malik olub. Dastan və rəvayətlər danışmaqla məclisi ələ alar, Borçalıda, Gəncədə, Qazaxda bir çox el şənliklərini və məclisləri yüksək səviyyədə idarə edərdi.Aşıq Yəhya 1994-cü ildə vəfat edib. Qaymaqlı kəndində dəfn olunmuşdur.
Harun Yəhya
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. == Həyatı == Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. === Təhsili === Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. == Elmi-dini fəaliyyəti == Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Lətif Yəhya
Lətif Yahia — İraq əsilli yazıçı və İran-İraq müharibəsində döyüşmüş keçmiş əsgərdir. İraq diktatoru Səddam Hüseynin oğlunun Uday Hüseynin dubloru olduğunu iddia etdiyi bilinir. == Həyatı == İraqda kürd ailəsinin uşağı olaraq anadan olub. İran-İraq müharibəsinin başlamasından sonra Udayın dubloru olduğunu iddia etdi. 23 yaşında ikən prezident sarayına çağrıldı, burada Uday sinif yoldaşlarının məktəbdə ikən arasındakı oxşarlıqları xatırladığını başa düşdü. Yahia'ya məlumat verildi ki, təhlükəli bir vəziyyət gözlənildiyi zaman Uday'ın xalqa kütləvi şəkildə çıxması üçün Uday qurbanı olacaq. Yahia əvvəlcə işə başlamaqdan imtina etdi və daha sonra təkbətək həbsxanaya salındı. Həbs edildikdən və işgəncəyə məruz qaldıqdan sonra Lətif ailəsinin də işgəncəyə məruz qalacağı ilə hədələyərək Udayın stuntman olmasını qəbul etməli oldu. Altı ay ərzində Udayın nitq tərzini və tərzini təqlid etmək üçün təlim keçdi. Görünüşünün daha bənzər olması üçün əməliyyat və diş müalicəsindən keçdi.
Qulam Yəhya
Qulam Yəhya oğlu Danişian (1906, Sərab, Şərqi Azərbaycan ostanı – 2006, Bakı) — General-mayor. == Həyatı == Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olmuşdu. Qulam Yəhya Sarab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olmuş, Hezbe Tudeyi İranın Sarab, sonra isə Miyana təşkilatına başçılıq etmiş, 1945-ci ilin Sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş, Firqənin I qurultayında iştirak etmiş, Mərkəzi Təftiş Komissiyonunun üzvlüyünə seçilmiz, Miyanada başlanan hərəkata rəhbərlik etmiş və hərəkatın qələbəsinə nail olmuşdur. Miyana fədailəri 21 Azərə doğru gedən yolun ilk qalibləri kimi milli azadlıq hərəkatı tarixində öz layiqli yerini tutmuşlar. Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır. Qulam Yəhya milli hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilmiş, Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılmışdır. Qulam Yəhya Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nə􀁝əri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirmiş və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını almışdır. Zəncan fədailəri Azərbaycana durmdan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq, kəndlilərə paylamışlar. Azərbaycan Milli hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri əsas rol oynamışlar. Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri idi.
Taşlıcalı Yəhya
Taşlıcalı Yəhya Bəy — XVI əsrdə Osmanlı İmperiyası yaşamış divan ədəbiyyatı şairi. Yaşadığı dövrdə Füzulidən sonra ən böyük məsnəvi şairi olaraq tanınmışdır. Qanuninin əmri ilə boğdurulan Şahzadə Mustafa üçün yazdığı "Şahzadə Mərsiyəsi", ən məşhur əsəridir. == Həyatı == Doğum tarixi qəti olaraq naməlum. 1488-1489 illərindən birində doğulduğu iddia edilər. Doğum yerinin Albaniya olduğu və soyunun oranın əhəmiyyətli soylu ailələrindən biri olan "Dukagin" sülaləsinə söykəndiyi sanılmaqdadır. Kiçik yaşda yığma olaraq Yeniçəri Ocağına əsgər olaraq alındı və Osmanlı İmperiyası tabeçiliyində əsgər olaraq yetişdirildi. Yeniçəri Ocağına bağlı Əcəmioğlanlar Ocağında ikən əsgərilik qabiliyyəti ilə birlikdə ədəbiyyata uyğunluğu və yazdığı şeirlər fərqinə varıldı və özünə Kamal Paşazadədən, Qədri Əfəndidən, Fənarizədə Muhyiddin Çələbidən dərslər aldırtıldı.Onun bu uyğunluğu və aldığı dərslər əhəmiyyətli dövlət adamları ilə tanış olmasını və kömək görməsini yüksəlməsini təmin etdi. Yavuz Sultan Səlim dövründə Misir və Çaldıran ilçəsi səfərləri ilə Sultan Süleyman Qanuni dövründəki bir çox döyüşə də əsgər olaraq qatıldı. Gərək gördüyü kömək və maraq, gərəksə əsgərlik sahəsindəki cəsarəti əldə etdiyi dostlar qədər qısqanclıqlara və düşmən qazanmasına səbəb oldu.
Vəftizçi Yəhya
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان‎ Yuhanna Al-Ma'madan,arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim erm. Yovhannēs Mkrtičʿ, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir.İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur. Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.
Yəhya Abdullayev
Abdullayev Yəhya (12 iyun 1972 – 6 avqust 1993) — Azərbaycanlı şəhid. == Həyatı == Abdullayev Yəhya Şahbaz oğlu 12 iyun 1972-ci ildə Gədəbəy rayonunun Hacıələkbərli kəndində anadan olmuşdur və 1979-cu ildə Dəyirmandağ kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə çağırılmışdır. 6 avqust 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli rayonunun Mənəcanatlı kəndində şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Yəhya Cammeh
Yəhya Cammeh (ing. Yahya Abdul-Aziz Jammeh) — Qambiya Respublikasının ikinci prezidenti, Qambiyalı dövlət xadimi. Cammeh 1994-cü ildən 2017-ci ilə qədər Qambiyanın rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən prezident seçkilərində rəqibinə məğlub olduqdan sonra öz postunu tərk etmək istəməməsi səbəbindən ölkədə siyasi böhran baş verib. 2017-ci ilin 21 yanvar tarixində Yəhya Cammeh öz vəzifəsindən seçkilərdə məğlub olduğu adama Barrounun xeyrinə imtina etdiyi açıqlayaraq ölkəni təyyarə ilə tərk etmişdir. == Həyatı == Əsil adı (ing. Abdul-Aziz Jemus Junkung Jammeh) olan Yəhya Cammeh 1965-ci ilin 25 may tarixində Qambiyanın kiçik Kanilai kəndində anadan olmuşdur. Dialo etnik qrupuna mənsub olan ailəsi ölkənin tək qonşu dövləti olan Seneqaldan köç etmişdir. Cammeh təhsil aldığı dövrdə təhsilini yarımcıq qoyaraq Qambiya ordusuna qoşulur. Əvvəlcə Qambiya Milli Ordusunda, daha sonra isə Qambiya Milli Jandarmasında xidmət keçir.
Yəhya Dövlətabadi
Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi (1862, İsfahan – 1940) — İran tarixçisi, şairi, siyasətçisi. == Həyatı == Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi 1862-ci ildə İsfahan şəhərində doğulmuşdu. Yəhya Dövlətabadi İranın məşhur ziyalılarından idi. O, İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Seyid Həsən Tağızadə və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs vermişdi. Yəhya Dövlətabadi publistik fəaliyyəti ilə məşğul idi. Daha xalq minbərdən idarə olunmurdu. Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına yol açdı. Müxtəlif qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar.
Yəhya Kərimov
Yəhya Şəfi oğlu Kərimov (1927, İlisu, Şəki qəzası – 13 avqust 2021) — pedaqogika üzrə elmlər doktoru, professor. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü == Həyatı == Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir. 13 avqust 2021-ci il tarixində, 94 yaşında vəfat etmişdir. Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb. == Elmi fəaliyyəti == 1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin, uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir. == Əsas elmi naliyyətləri == Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s.
Yəhya Musayev
Yəhya Musayev(Yəhya Musa oğlu Musayev; d. 1959, Bakı ş.) — "Tərəqqi" medal mükafatçısı, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirinin müavini. == Həyat və fəaliyyəti == 1959-cu ildə Bakı şəhərində anadan olmuş; 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş; 1979-1980-ci illərdə fəhlə işləmiş; 1980-1982-ci illərdə «Azneftyoltikintitəmir» trestində mühəndis və iqtisadçı olmuş; 1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləmiş; 1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib işləmiş; 1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib olmuş; 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləmiş; 2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi olmuş; 2004-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilir. === Ailəsi === Ailəlidir, bir oğlu var. == Mükafatları == 2012-ci ilin 11 dekabrda "Tərəqqi" medalına layiq görülmüşdür.
Yəhya Məmmədov
Yəhya Cəfər oğlu Məmmədov — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan SSR əməkdar elm xadimi (1980). Yəhya Məmməd oğlu Məmmədov — dövlət xadimi, Azərbaycan KP Sumqayıt Komitəsinin ilk birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Yəhya Paşazadə
Yəhya Paşazadə (tam adı : Paşayev Yəhya İsfəndiyar oğlu; 1955,Ağcabədi) — şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "525-ci qəzet"in xüsusi müxbiri. == Həyatı və təhsili == 12 mart 1955-ci ildə Ağcabədi şəhərində anadan olub.Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirib.1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. == Əmək fəaliyyəti və uğurları == Əvvəllər partiya–sovet orqanlarında, ADPU Şuşa filialinda çalışıb,1998-ci ildən "525-ci qəzet"in xüsusi müxbiri vəzifəsində çalışır.2001-ci ildən Azərbayca Yazıçılar Birliyinin üzvüdür.2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2018-ci ildə AYB-nin təşkil etdiyi "Uluslararası misra yarışı"nın qalibi olub. == Nəşr olunmuş kitabları == "Bənövşə",Bakı,Azərbaycan Tərcümə Mərkəzi,1999-cu il,84 səh "Ürəyim doludur vir sevgi ilə",Bakı,Azərbaycan Tərcümə Mərkəzi,2002-ci il.90 səh "Dünya məhəbbətsiz yaşaya bilməz",Bakı,"Vektor" Nəşrlər evi,2005-ci il,186 səh "Sənə oxuduğum nəğmələr",Bakı,"Vektor" Nəşrlər evi,2007-ci il,172 səh "Pəncərəmdən baxır səhər",Bakı,"Vektor" Nəşrlər evi,2010-cu il,185 səh "Şimşəklər,Bakı,"Mütərcim",2013-cü il,208 səh “Ağcabədi lətifələri”,Bakı,2010-cu il, ”Ağcabədi dindarları”,Bakı,"Mütərcim",2012-ci il,120 səh ”Ağcabədinin işıqlı adamları”,Bakı,2017-ci il Ürəyimdən keçənlər",Baki,"Gənclik" nəşriyyatı,2019-cu il,səh.133 == Publisistik və elmi fəaliyyəti == Uşaq yaşlarından şeir yaradıcılgı ilə məşğuldur."Çölllərimizdə”adlı ilk şeiri 1970-ci ildə “Sürət” qəzetində işıq üzü görüb. Respublika mətbuatında şeir və məqalələrlə müntəzəm çıxış edir. Əsərləri “Ulduz”, "Kirpi”, ”Azərbaycan”, ”Multikulturalizm” jurnallarında ,”525-ci qəzet”,”Ədalət”,”Kaspi”,”Aran” və s.qəzetlərdə çap olunub. Y.Paşazadənin elmi fəaliyyəti də vardır : "Şah qapısı sirrini açır", "Bir sözün izi ilə", "Talesiz şair","Qalatəpənin sirri açılacaqmı?" adlı məqalələri "Aran" və "525-ci qəzet"də,"Adlar da doğulur" məqaləsi isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi münasibəti ilə nəşr olunan yubiley toplusunda dərc edilib . Şairin sözlərinə bəstəkar Məhbubə Bəşirqızı "Ağcabədinin" mahnısını bəstələyib. == Həmçinin bax == Rəşad Məcid == Xarici keçidlər == Yəhya Paşazadənin şeirləri Yəhya Paşazadənin yaradıcılığına dair, Yəhya Paşazadənin kitabı barəsində,Əbülfət MƏDƏTOĞLU ,"Ədalət",25 iyun 2014,Səh.,6.
Yəhya Qarayev
Yəhya Qarayev (Qarayev Yəhya Hüsən oğlu; d. 1 aprel 1951. Mərcanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Kənd təsərrüfatı elmləri doktoru, fizika‑riyaziyyat elmləri namizədi. “ASK‑da Elmi‑Tədqiqat İnformasiya Texnologiyaları İnstitutu” MMC‑nin direktoru. == Həyatı == Qarayev Yəhya Hüsən oğlu 1951-ci il aprelin 1-də Azərbaycanın Cəbrayıl rayonunun Mərcanlı kəndində kolxozçu-kəndli ailəsində anadan olub. 1973-cü ildə “tətbiqi riyaziyyat” ixtisası, “riyaziyyatçı” kvalifikasiyası üzrə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini “tətbiqi riyaziyyat” ixtisası, “riyaziyyatçı” kvalifikasiyası üzrə bitirib. 1999-cu ildə Y.Qarayev “qeyri-maddi aktivlər və intellektual mülkiyyətin qiymətləndirilməsi” proqramı üzrə hazırlıq, 2005-2006-cı illərdə isə RF hökuməti nəzdində Maliyyə Akademiyasının Peşəkar Qiymətləndirmə İnstitutunda “Müəssisənin (biznesin) dəyərinin qiymətləndirilməsi” proqramı üzrə peşəkar təkrar hazırlıq keçib. Y.Qarayev 1979-cu ildə SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinin ixtisaslaşmış şurasında SSRİ Elmlər Akademiyasının akademiki N.N.Moiseyevin rəhbərliyi altında “Kənd təsərrüfatında resursların səmərəli istifadəsinin bəzi qeyri-xətti məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə “Yem istehsalı və çəmənçilik” ixtisası üzrə kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almaq üçün “ASK-da texnoloji proseslərin optimallaşdırılmış modelləri əsasında elmi əsaslandırılması və təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edib. Müdafiə Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının V.R.Vilyams adına Ümumrusiya Elmi-Tədqiqat Yem İnstitutunun nəzdində dissertasiya şurasında baş tutub.
Yəhya bəy
Yəhya bəy — Azadciran hakimi == Haqqında == 1824-cü ildə Azadciran hakimi olub. Azərbaycan şahzadəsi Abbas Mirzənin ona ünvanladığı reskript məlumdur. Bu reskriptdə Naxçıvan əhalisinin (Kəngərli bəylərinin) Varakerd və Qarakerd kəndlərindəki mülklərinin ermənilər tərəfindən qeyri-qanuni şəkildə zəbt olunması haqda məlumat verilir və məsələnin ayırd edilməsi Yəhya bəyə tapşırılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 581. ISBN 5-8066-1468-9.
Yəhya peyğəmbər
Yəhya ibn Zəkəriyya (ərəb. يحيى ابن زكريا‎) — İsa ibn Məryəmin peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmiş islam peyğəmbəri. İncildəki Vəftizçi İohanna uyğun gələn Zəkəriyya peyğəmbərin oğlu. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya İsanın peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi. Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində çəkilir. Yalnız "Məryəm" surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. "Ali-İmran" surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi sadalanır. Bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) Yəhyanın İsaya imanı və onun peyğəmbərliyini təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
Yəhya xan
General Ağa Məhəmməd Yəhya xan Qızılbaş (4 fevral 1917 – 10 avqust 1980, Ravalpindi, Pəncab) — 1969-cu ildan 1971-ci ilədək Pakistanın prezidenti, Eyyub xanın istefasından sonra. == Gəncliyi == Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə anadan olub və əslən Qızılbaşdır. Yəhya xan Nadir şahla 1738-ci ildə Hindistana gəlmiş xanların nəslindəndir. Yəhya xan urdu dili ilə bərabər olaraq etnik Pəncabi dilini bilirdi. O, Pəncab universitetini bitirmişdi. == Ordu karyerası == Yəhya xan Britaniya Ordusuna yazıldı. 4-cü piyada qoşun bölməsində zabit kimi xidmət etdi. İkinci dünya müharibəsində iştirakçısı idi. O İraqda, İtaliyada və Şimalı Afrikada qulluq etdi. == Baş komandanlıq yolunda == 1947-ci ildə o Hindistanın bölünməsindən sonra Pakistan ordusunda vəzifə tutdu.
Yəhya Şeyda
Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan "Yüzbaşı" ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948–51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.
Yəhya Şərfədinov
Yəhya Şərfədin oğlu Şərfədinov ( krımtat. Yaya Şerfedinov; 1894, Feodosiya, Tavriya quberniyası[d] – 29 yanvar 1975, Daşkənd) — SSRİ, Krım Tatar bəstəkarı, musiqiçi, şair. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar incəsənət xadimi (1971). == Həyatı == 1894-cü ildə Feodosiyada anadan olmuşdur. Yəhya Şərfədinov uşaqlıqdan xalq mahnılarını sevir, skripka çalmağı erkən yaşlarından öyrənmişdir. Simferopol Tatar Müəllimlər Məktəbini bitirdikdən sonra kənddə dərs demişdir. 1921-ci ildə gənc istedadlı musiqiçinin ifasında Krım tatar melodiyalarının skripka motivlərini eşidərək musiqisini davam etdirməyi məsləhət görən məşhur musiqiçi və tədqiqatçı A. Spendiarovla tanış olmaq şansını qazanmışdır. 1927-ci ildə Moskva Dövlət Konservatoriyasının Elm və Bəstəkarlıq fakültəsinə daxil olur və 1931-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Yəhya dərhal evə qayıdır və Krım Radio Komitəsində musiqi redaktoru işləyir. 1937-1938-ci illərdə Simferopolda Krım Tatar Akademik Musiqi və Dram Teatrının bədii rəhbərinin müavini vəzifəsində çalışır..
Yəhya Ədl
Yəhya Ədl (1 yanvar 1908, Təbriz – 2002, Tehran) — azərbaycanlı cərrah, İranın "cərrahı atası" adlanır. Bir müddət İran Senatında senator vəzifəsində işləyibdir. 1899-cu ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Yusif xan Mükərrəmülmülk bir müddət Azərbaycanın "Nayibüləyalə"si idi. Məhəmmədvəli mirzə Fərmanfərma və Həbib Nəfisi onun bacılarının həyat yoldaşları idilər. Onun əmisi oğlu Mustafa Ədl isə İranın müasir ədliyyəsinin banisi sayılırdı.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Alya
Alya (fr. Alliat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09006. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 64 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 48 nəfər (15-64 yaş) arasında 30 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə 70,7%). Fəal olan 30 nəfərdən 25 nəfər (14 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. 18 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
BHNA
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
EBay
eBay — İnternet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
ECPA
ECPA (Electronic Communications Privacy Act) – ABŞ-də müvafiq order olmadan istintaq agentliklərinə elektron poçtu hər hansı formada ələ keçirib oxumağı qadağan edən federal qanun. 1986-cı ildə qəbul olunub. Qanun başqa agentliklərə və həmişəlik arxivlərdə saxlanılan elektron məktublara aid edilmir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017.
Ebla
Ebla, İbla - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir. == Ümumi məlumat == E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi. Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Ekyu
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
Elba
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Ella
Ella — rus qadın adı. Bu adı olan tanınmışlarElla Leya — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Yaqubova — Azərbaycanın teatr və kino aktrisası, Ella Fitscerald — amerika cazmeniDigərTilsimlənmiş Ella (film, 2004) — Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı film.
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı.
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Abya-Paluoya
Abya-Paluoya (est. Abja-Paluoja) — Estoniyanın cənubunda, Vilyandimaa bölgəsində şəhər. 1950–1962-ci illərdə Abya rayonunun mərkəzi idi.
Abya mühafazası
Abya mühafazası — == Ərazisi == Abya mühafazasının ərazisi 21 939 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Anthemis chia
Anthemis chia (lat. Anthemis chia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Asya (müğənni)
Asya — türk müğənni. Musiqiyə meyli ibtidai məktəb illərində başlayan orta məktəb illərində Türk Xalq musiqisi xoruna davam edən Tülay Keçialan,Əskişəhər / Əhməd Qanadlı Liseyində oxuyarkən Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışmasında Türk Xalq musiqisi filialında solist olaraq birinci seçilmişdir. Liseydən məzun olduqdan sonra musiqi həyatına Bodrumda başlayan və daha sonra Ankarada davam edən Tülay Keçialan, Nilüfer prodüserliyində hazırladığı ilk albomuna qədər səhnə adı olaraq Tülay Saygın adını istifadə etmişdir. == Albomları == Asya (1994) (1994) Asya (1996) (1996) Günahsız (1999) Dönməm yolumdan (2002) Eşqdir məni gözəl edən (2007) == Digər işləri == Eurovision Mahnı Yarışması Türkiyə Finallarında Selmi Andak Bəstələri (1975 - 1995) , (TRT/2003) , Asiya bu albomda "Zamanda Gəzinti" adlı mahnını şərh etmişdir. Beynəlxalq Mükafatlı Selmi Andak Mahnıları, (Sakman Musiqi/2003) , Asiya bu albomda "Dinlə" adlı mahnını şərh etmişdir. Summer In Turkey, (Sony Musiqi Türkiyə/2003) , Asiya bu albomda "Boşver Həyat Qısa (Remix) " adlı mahnını şərh etmişdir. == Nəşr olunmayan işləri == Qışqır Sevda dağlarına Səhv kimdə (remiks) == Mükafatları == Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışması Türk Xalq musiqisi budağında birincilik; 1992 Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında birincilik.
Ayya burnu
Ayya (ukr. Айя, yun. Άγια, krımtat. Ayya, Айя) — Ukraynada, Krımın cənub sahilində, Balaklavanın cənub-şərqində, 13 kilometr uzunluğunda sahil burunu. Ərazi Sevastopolun Balaklavski rayonunun bir hissəsidir. Ayya burnu Krımın cənub sahillərini qərbdən məhdudlaşdırır. Burunun adı yunanca "aios" (άγιος – müqəddəs) sözündəndir. Ehtimal olunur ki, yunanlar bu yerləri müqəddəs hesab etmiş və öz əcdadlarını burada dəfn etmişlər. == Ədəbiyyatda və incəsənətdə == Bəzi tədqiqatçılar hesab edirlər ki, Ayya burnu qədim yunan və Roma coğrafiyaçılarının haqqında bəhs etdiyi əfsanəvi Kriumetopondur. Burun "Ayya burnunda fırtına" (1875) rəsm əsərində rəssam İvan Ayvazovski tərəfindən təsvir edilmişdir.
Benya Anisimov
Benya Anisimov — aktyor, kino bəstəkarı. == Həyatı == Maxaçqala Avaraları Şən və Hazırcavablar Klubunun üzvüdür. Dağıstanda, Rusiyada və Azərbaycanda bir sıra filmlərə çəkilmişdir.