Sintetik Hesablar

müəssisə vasitələrinin tərkibi və hərəkəti, onların mənbəyi, təsərrüfat proseslərinin vahid pulla ölçülməsi üçün nəzərdə tutulan iriləşdirilmiş, ümumiləşdirilmiş qrupların və uçotun hesablarıdır.
Sintetik Göstəricilər
SİP-“Daşınma və Sığorta Ödənilmişdir”
OBASTAN VİKİ
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sintetik yağlar
Sintetik sürtkü yağları -porşenli və qazturbinli mühərriklərdə kompressor və soyuducu maşınlarda , dişli ötürücü reduktorlarda (ilk növbədə vintli), dəqiq cihazlarda , hidravlik sistemlərdə və başqa mexanizmlərdə, həmçinin də istilik daşıyıcısı kimi və elektroizolyasiya, konservasiya sürtkü yağlarının alınmasında və yüksək keyfiyyətli texnoloji, plastik qatı yağların alınmasında baza əsası kimi tətbiq olunan üzvi (o cümlədən element-üzvi) birləşmələrdir. Sintetik yağların istehsalının inkişaf tarixi bir amerikan tədqiqatçısının sözünə görə, sərt rus qışında Stalinqrad döyüşlərində meydanda alman texnikasının hərəkətinin donduğu(iflic etdiyi) vaxta təsadüf edir. Döyüş texnikasının soyuqda hərəkət edə bilməməsi almanları təcili olaraq aşağı temperaturlarda donan sürtkü yağları işləıyib hazırlamağa təhrik etdi. Bunun üçün Almaniyanın Düsseldorf şəhərində sintetik sürtkü yağı istehsal edən zavod tikilmişdi. Almanlar sintetik yağ almaq qərarına bir neçə min kimyəvi birləşmələr sintez edərək sınaqdan keçirdikdən sonra gəlmişdilər. Seçim isə dikarbon turşularının efirləri(Diizooktilsebasinat)olmuşdur. Buna baxmayaraq, yeni sintetik yağları aviasiyada tətbiq etmək almanlara nəsib olmamışdı. Düsseldorf şəhəri amerikalılar tərəfindən işğal edilmiş, zavod isə Amerikaya köçürülmüşdü. Sovetlər ölkəsində sintetik yağlar və bu yağlara aid məsələlərlə əsasən, aviasiya sənayesi, istehsalla isə Neft Kimya sənayesi nazirliyi məşğul idi. Keçən əsrin 60-cı illərinə yaxın təcrübi-sənaye miqyasında pentaeritrit efiri bazası əsasında sintetik yağ buraxılmışdı.
Sintetik corab
Sintetik corablar — ayaqdan dizə qədər və ya budun bir hissəsini və ya beldən ayaq barmaqlarına qədər tam örtən, müxtəlif elastik corabdır. Adi corabdan rəngi, dizaynı və şəffaflığı ilə fərqlənir. Hazırda corablar əsasən moda və estetika üçün ətəklərlə birlikdə geyinilir. == Tarixi == 1920-ci illərədək corablar əvvəllər, təkcə soyuqda qorunmaq üçün geyinilirdi. 1920-ci illərdən paltarların ətəkləri qısaldığı üçün və istilik ayaqlara geniş yayılmadığından, qadınlar açıq qalan ayaqlarını örtmək üçün dəri rəngli corablar geyinməyə başladılar. Bu corablar şəffaf idi, əvvəlcə ipəkdən 1940-cı ildən sonra sintetik materialdan hazırlanmışdır. 1939-cu ildə DuPont kimya şirkəti tərəfindən sintetikin tətbiqi Amerikada bir gündə 4 milyon cütə qədər sintetik corablara yüksək tələbat yaratdı. Sintetik corablar pambıq və ipəklə müqayisədə ucuz, şəffaf və həddindən artıq möhkəm idi. Amerikada İkinci Dünya müharibəsinə görə DuPont şirkəti sintetik corabların istehsalını dayandırdı. Paraşüt, təyyarə şnurları və çadır kəndirləri istehsal etmək üçün fabriklərini yenidən təchiz etdi.
Milli Hesablar Sistemi
Milli hesablar sistemi — bаzаr iqtisаdiyyаtı şərаitində mаkrоiqtisаdi prоsesləri özündə əks etdirən bir-biri ilə qаrşılıqlı əlаqəli оlаn və 150-dən çох ölkədə tətbiq edilən ikitərəfli göstəricilər sistemidir. Bu sistemin metоdоlоji əsаslаrı tədiyə bаlаnsının və sаhələrаrаsı bаlаnsın metоdоlоji əsаslаrı ilə sıx bağlıdır. Аzərbаycаndа bu sistemin tətbiqi beynəlхаlq stаtistikа təşkilаtlаrının Milli hesаblаr sisteminin prоblemlərinə dаir hаzırlаdıqlаrı metоdiki təlimаtlаr əsаsındа аpаrılır və hesаblаmаlаrın nəticələri vaxtaşırı İqtisаdi Əməkdаşlıq və İnkişаf Təşkilаtı Beynəlхаlq Vаlyutа Fоndu və statistika sahəsində fəaliyyət göstərən digər beynəlхаlq təşkilаtlаr tərəfindən ekspertizа оlunur. Milli hesаblаr sistemi (MHS) istehsаl ilkin və təkrаr bölgü və sоn istifаdə prоseslərini bir-biri ilə qаrşılıqlı əlаqəsi оlаn аyrı-аyrı hesаblаrdа (sаhələr və institusiоnаl bölmələr üzrə) qruplаşdırır. Tоplu MHS-ə аşаğıdаkı hesаblаr dахildir: Məhsul və хidmətlər hesаbı İstehsаl hesаbı İlkin gəlirlərin yаrаnmаsı hesаbı İlkin gəlirlərin bölüşdürülməsi hesаbı Gəlirlərin təkrаr bölüşdürülməsi hesаbı Sərəncamda qalan gəlirlərin istifаdəsi hesаbı Kаpitаllа əməliyyаtlаr hesаbı. Milli hesаblаr sistemində funksiyаlаrı və mаliyyələşmə mənbələri eyni оlаn iqtisаdi vаhidlər aşağıdakı sektorlar (bölmələr) üzrə qruplаşdırılır: Qeyri-mаliyyə korporasiyaları sektoru Mаliyyə korporasiyaları sektoru Dövlət idarəetməsi sektoru Ev təsərrüfаtlаrınа хidmət edən qeyri-kоmmersiyа təşkilаtlаrı sektoru Ev təsərrüfаtlаrı sektoru. Bundаn əlаvə MHS-də bu sektorların (bölmələrin) xarici ölkə rezidentləri ilə əlaqəsini əks etdirən "Qаlаn dünyа" sektoru və eyni аdlı hesаb mövcuddur. Bu sektor (hesаb) qeyri-rezident vаhidlərin ölkə rezidentləri ilə həyata keçirdikləri iqtisadi əməliyyatların nəticələrini özündə birləşdirir. Milli hesabların inkişaf etdirilməsi və məşğulluğun sistematik şəkildə ölçülməsi üçün ilkin motiv ümumi iqtisadi fəaliyyətin dəqiq ölçülməsinə ehtiyac idi. Bu, Böyük Depressiya nəticəsində daha da gücləndi və Keynes siyasətinin makroiqtisadi sabitləşmə və müharibə dövründə iqtisadi planlaşdırma siyasətinə əsas oldu.
Yeni hesablar planı
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80–85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir. Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132) Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək, q araciyərinə mənfi təsir edir. Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır.
Avropa Milli Hesablar Sistemi
Avropa Milli Hesablar Sistemi (AMHS-1995) — Avropa İttifaqının üzvləri tərəfindən istifadə edilən milli hesablar və regional hesablar sistemi. Bu, ardıcıl, dəqiq və müqayisə edilə bilən statistik məlumatlardan istifadə etməklə üzv ölkələrin iqtisadiyyatının kəmiyyət baxımından ifadəsini təsvir etmək üçün zəruri uçot qaydalarını müəyyən edir. == Strukturu == AMHS-in strukturu sektor hesabları və xərclər-buraxılış olmaqla iki əsas cədvəllər qrupundan ibarətdir. Sektor hesabları institusional sektorlar üzrə iqtisadi prosesin müxtəlif mərhələlərinin sistemli təsvirini təqdim edir. Sektor hesablarına həmçinin hesabat dövrü ərzində aktivlərin, öhdəliklərin və şəxsi kapitalın xalis dəyərinin olub-olmamasını müəyyən etmək üçün aktiv və passiv balansı daxildir. Xərclər-buraxılış cədvəli və sahələr üzrə hesablardır. İstehsal prosesini, məhsul və xidmətlərin hərəkətini daha ətraflı təsvir edir. AMHS həmçinin əhali və məşğulluq anlayışlarını özündə birləşdirir. Bu anlayışlar həm sektor hesabına, həm də xərclər-buraxılış cədvəlinə uyğundur. AMHS illik milli hesablarla məhdudlaşmır, həm də rüblük və regional hesabları əhatə edir.
Mühasibat uçotunun hesablar planı
Sumqayıt sintetik kauçuk zavodu
Sumqayıtda "Sintezkauçuk" sintetik kauçuk zavodu (azərb-kiril. Синтезкаучук) — Azərbaycan SSR-də sintetik kauçuk istehsal edən yeganə və Cənubi Qafqazda ilk belə sənaye müəssisəsi. Sintetik etil spirti butadien rezin kombinatından ibarət tikintinin birinci mərhələsi 1940–1941-ci və 1945–1952-ci illər arasında baş tutmuşdur. İkinci mərhələ 1955–1957-ci illərdə n-butandan butadien sintetik kauçuku kombinatı tikilmişdir. Son hissə Oneşti Sintetik Kauçuk və Neft-Kimya Məhsulları Kombinatı ilə eyni layihəyə uyğun olaraq hazırlanmışdır. Beləliklə, "Sintezkauçuk" SSRİ-də neft əsaslı kauçuk istehsalı ilə ilk kombinatı olmuşdur. Cənubi Qafqazda ilk, Azərbaycan SSR-də ən böyük neft-kimya müəssisəsi olan Sumqayıt "Sintezkauçuk" sintetik kauçuk zavodu 1939-cu ildə layihələndirilmiş və tikinti işlərinə 1940-cı ildə başlanmışdır. İkinci Dünya müharibəsinin başlaması 1941-ci ildə tikinti prosesinin dayandırılmasına səbəb olmuşdur. 1944-cü ilin fevralında yenilənmiş layihələr hazırlanmış və 1945-ci ilin sentyabrında butadien-stirol rezin istehsalı üzrə ixtisaslaşmış müəssisənin tikintisi davam etdirilmişdir. Burada Sergey Lebedeyevin üsuluna əsasən etilenin sulfat turşusu ilə nəmləndirilməsi reaksiyası ilə etil spirtindən butadien alınmışdır.