– [Səfdərin arvadı:] Sir-sifətlərini boyamaq [Zivərgilin] heç yadlarından çıxmır.
Səməd diqqətlə … nə sir-sifətində, nə də xasiyyətində heç bir dəyişiklik olmayan Yusifə baxdı.
// Üzün ifadəsi.
Sir-sifətindən görünür… Sir-sifətindən bəllidir… – [Hacı Bayram:] Sir-sifətindən kamallı oğlana oxşayırdı.
◊ Sir-sifətini turşutmaq (yığmaq) – bax qaşqabağını sallamaq (turşutmaq, tökmək).
Alməmmədov indi də ağzında acı bir şey varmış kimi sir-sifətini yığıb tamsınatamsına stolun qırağındakı düyməni basdı.
[Məmməd] nə üçünsə sir-sifətini turşudub üzünü yana çevirdi.