SİV

I
(Cəlilabad)
balta sapının əyri hissəsində çıxıntı. – Baltanın dik yerü oley, özi də əgri olan yerü, biz ona deyüg siv
II
(Masallı)
künc
SİTMƏX’
SİVƏ
OBASTAN VİKİ
D.K.Sivçev adına Saxa Opera və Balet teatrı
D.K.Sivçev (Suorun Omollon) adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı — (saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра) — Saxa Respublikasının Dövlət Opera və Balet Teatrı (Yakutiya). Yakutskda yerləşir. D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı - Suorun Omollon SSRİ-də xüsusi olaraq tikilmiş binalardandır. Teatr binası 1982-ci ildə tikilib, son yenidənqurma 2000-ci ildə aparılıb. Teatrın tamaşa salonu 643 yer üçün nəzərdə tutulub. 1940-cı ildə balet truppası, musiqi və vokal qrupu Yakutiya dövlət xorunun bazasında fəaliyyət göstərməyə başladı. Truppa Yakutiya musiqi mədəniyyətinin banisi M.N.Jirkov tərəfindən təşkil edilmişdir. Yeni yaradılan trupanın üzvləri - xormeyster V.P.Popov, ümumi rəhbər T.P.Mestnikov, xoreoqraflar S.V. Vladimirov-Klimov və İ.A.Karenin, müşayiətçilər P.K.Rozinskaya və vokal müəllimi A. Kostin, həmçinin S. Djanqvaladze, G. Krivoşapko idi. Bu qrupun məşhur müğənniləri arasında A. Novqorodova, T. P. Mestnikov, M. N. Jirkov, A. Eqorova, E. Zaxarova, N. Karitonov, Q. M. Kokşarski olmuşdur. 1944-1948-ci illərdə ilk müstəqil Yakutiya musiqili teatr-studiyası fəaliyyət göstərmişdir.
Erigeron sivinskii
Erigeron sivinskii (lat. Erigeron sivinskii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Göy mədrəsə (Sivas)
Göy mədrəsə və ya Sahibiyə mədrəsəsi - bəzən adı bitişik olaraq yazılan bu tikili Anadolu Səlcuklu dönəminə aid bir mirasdır. Göy mədrəsə Sivasın mərkəzində yerləşir. Mədrəsənənin qərb hissəsində tikilinin inşası ilə bağlı bir daş kitabə vardır. Buradan göründüyü kimi tikilinin Ata Fəxrəddin Ali tərəfindən (ərəbcə: صَهِپ اتَ فَكهر ال ضِن الِ Sâhip Ata Fakhr al-Din Ali) 1271-ci ildə Kaluytan adlı meymara tikdirilmişdir. Qapının yan sütününda Göy mədrəsənin memarının Konyalı Kaluyan olması qeyd edilir. Qapı üzərində olan kitabədə belə yayılmışdır: عمر في ايام دولة السلطان الاعظم شاهنشاه المعظم غياث الدنيا و الدين كيخسرو بن قليج آرسلان خلد الله دولته "Ulu sultan, uca şahlar şahı, dünya və dinin yardımcısı Qılınc Arslan oğlu Key Xosrovun idarəçiliyi zamanında inşa edilmişdir. Allah dövlətini daim etsin." Əsas qapı və qapı üzərində olan incə işləmələr bu tikilinin ən görməli bölməsidir. Bəzəklərdə 12 növ hayvan başı, ulduz və həyat ağacı motifləri istifadə edilmişdir. Divarları oyma daşlarla işlənən minarələrin hündürlüyü 25 metrdir. Göy mədrəsə dördbucaqlı formasına sahibdir.
Kanqal (Sivas)
Kanqal (türk. Kangal) — Sivas ilinin ilçəsi.
Klassik Mayya sivilizasiyasının süqutu
Klassik Mayya sivilizasiyasının süqutu – inkişaf etmiş Klassik Mayya sivilizasiyasının VIII-IX əsrlərdə naməlum səbəblərdən süqut etməsi. Mayya xarabalıqlarına oyulmuş rəqəmlər Mayya mədəniyyətinin nə vaxt başa çatdığını göstərir. Kopanda qeyd edilən son tarix 820-ci ilə aiddir və digər Mayya şəhərləri də bunun ardınca tək-tək məhv olmuşdur: Naranxo 849-cu ildə, Karakol 859-cu ildə və Tikal 879-cu ildə. Süqut Xristofer Kolumbun Amerikaya gəlməsindən 600 il öncə baş verdiyindən və hansısa başqa xalqın onları məhv etməsi barədə izin olmaması Mayya mədəniyyətinin süqut etməsinin səbəbləri haqqında bir çox nəzəriyyələrin yaranmasına səbəb olmuşdur. Bir nəzəriyyəyə görə Mayya mədəniyyəti ekoloji problemlərə görə məhv olmuşdur. Məsələn, mayyalıların yerlərini genişləndirmək üçün meşələri məhv etdiyi irəli sürüldü. Bəzi alimlər zəlzələ, qasırğa, quraqlıq kimi təbii fəlakətlərin baş verdiyini irəli sürdülər. Hansısa xəstəliyin də mayyalılar arasında yayıldığı nəzəriyyələrdən biridir. 1995-ci ildə orta Yukatanda Çikankanub gölünün dibində 800-1000-ci illərə aid dövrdən qalan çpküntülərin tərkibində xeyli kalsium sulfat tapmışdırlar. Kalsium sulfat ancaq göldə çox az su varsa, xüsusilə quraqlıq zamanı dibə çökür.
Kolumbaqədərki sivilizasiya
Kolumbdaqədərki sivilizasiya — Şimali və Cənubi Amerika qitələrində mövcud olan və XV əsrdə Avropa kolonistlərinin regiona gəlməsindən əvvəl yoxa çıxan sivilizasiyalar. Hinduların və eskimosların əcdadlarının 30-20 min il əvvəl Şimal-Şərqi Asiyadan Berinq dənizi və boğazı vasitəsilə Amerikaya köç etdiyi güman edilir. İlk köçkünlərin mədəniyyət səviyyəsi Köhnə dünyanın Son Paleolit ​​və Mezolit mədəniyyətlərinə uyğun gəlirdi. Hinduların hər iki qitədə məskunlaşması və onlar tərəfindən yeni torpaqların mənimsənilməsi minilliklər boyu davam etmişdir. Avropa müstəmləkəçiliyindən əvvəl (XVI əsrdə başlamışdır) Şimali və Cənubi Amerikanın əksər qəbilələri kommunal-qəbilə sisteminin müxtəlif mərhələlərində idi: bəzilərində ana qəbilə (irokezlər, muskoqi, hopi, Amazonkanın bir çox qəbilələri) üstünlük təşkil edirdi. çay hövzəsi və s.), başqaları ata qəbiləsini (Şimali Amerikanın şimal-qərb və cənub-qərbindəki tayfalar, Cənubi Amerikanın bir çox tayfaları) təşkil edirdi. Bəzi xalqlar ümumi cəmiyyətdən sinfi cəmiyyətə keçidin müxtəlif mərhələlərində olmuşlar. Mərkəzi və Cənubi Amerika hinduları (asteklər, mayyalar, inklər) artıq sinfi cəmiyyətlərdə yaşayırdılar. Индейцы // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т.
Kristian Rubio Sivodedov
Kristian Rubio Sivodedov (7 noyabr 1997-ci ildə anadan olub) — Norveç Tippaliqaen təmsilçilərindən olan Stromsqodset klubunda yarımmüdafiəçi kimi çıxış edən İsveç futbolçusudur. Rubio Sivodedov öz futbol karyerasına Dyurqardens klubunda 6 yaşı olarkən başlamışdır. Rubio Dyurqardens klubundakı gənclik illərində Mançester Siti və Nyukasl Yunayted klublarının diqqətini cəlb etmişdir. O, Allsvenskan liqasında debütünü Dyurqardens klubu ilə 2014-cü il mövsümündə etmişdir. 29 yanvar 2015-ci ildə Rubio Almaniya təmsilçilərindən olan Şalke 94 klubu ilə müqavilə imzalamışdır. "Rubio" soyadı ona Kuba əsilli atası tərəfindən, "Sivodedov" soyadı isə Rusiya əsilli anası tərəfindən ona verilmişdir.
Maya sivilizasiyası
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsa da, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Mayya sivilizasiyası

Mikena sivilizasiyası
Mikena sivilizasiyası və ya Mikena mədəniyyəti — e.ə. II minillikdə Peloponnesdə inkişaf etmiş sivilizasiya. Təxminən e.ə. 2200-cü ildə yunan dilinin erkən formasında danışan hind-avropa xalqları yunan yarımadasını işğal etdi və e.ə. 1600-cü ildən etibarən öz kiçik şəhərlərini qurmağa başladılar. Minoylular ticarət əlaqələri sayəsində onların mədəni inkişafına təsir etdilər. Yunan və Minoy elementlərinin birləşməsi nəticəsində Mikena sivilizasiyası yarandı. Mikena e.ə. 1600 və 1200-cü illər arasında Yunanıstanın əsas şəhəri idi. Mikena təxminən e.ə.
Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.
Omar Sivori
Enrike Omar Sivori (isp. Enrique Omar Sívori, 2 oktyabr 1935[…] – 17 fevral 2005) — karyerası ərzində hücumçu mövqeyində çıxış etmiş italyan əsilli argentinalı keçmiş futbolçu və məşqçi. Klub səviyyəsində 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində İtaliyanın Yuventus klubundakı çıxışları ilə tanınır, bundan başqa vətəni Argentinada River Pleyt və İtaliyanın daha bir təmsilçisi Napolidə də oynamışdır.
Siva (oazis)
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Sivalı Bayek (Assassin's Creed)
Sivalı Bayek (misir , ing. Bayek of Siwa; e.ə. 85, Siva, Qədim Misir (Ptolemeylər) – ???) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, İsgəndəriyyəli Ayanın əri, "Gizli Olanlar"ın qurucularından biri, Qədim Misir mecayı, assasin. Bayek və Ayanın qurduğu "Gizli Olanlar" təşkilatı gələcəkdə "Assasinlər qardaşlığı"na çevrilir. Bayek "Origins"də Əbu Bəkr Səlim tərəfindən səsləndirilir. Övladları Xemunun ölümündən sonra, Bayek və Aya intiqam tapşırığını yerinə yetirmək üçün yaşamağa başlayırlar. Xemunun ölümünün səbəbkarı olan "Qədimlər Ordeni" adlı təşkilatın üzvlərinin əməlləri XIII Ptolomey və bacısı Kleopatra arasındakı İsgəndəriyyə vətəndaş müharibəsi ilə nəticələnmişdi. Bu mübarizə zamanı "Gizli Olanlar"ın əsasını qoyan və onlar üçün inam yaradan Bayek xalqa azadlıq və ordenə süqut gətirmək üçün bütün Misirdə bir qardaşlıq qurur. Bu hadisələrin nəticəsində, Bayek Misir qardaşlığının ilk müəllimi olur. Bayek e.ə.
Sivan
Sivan (Xoy)
Sivan (Vərziqan)
Sivan (fars. سيوان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (17 ailə).
Sivan (Xoy)
Sivan (fars. سيوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sivard
Sivard (ing. Seward) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sivas
Sivas — Türkiyənin Sivas ilinin inzibati mərkəzi.
Türk sivilizasiyası
Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşmışdır. Onlar köçəri, yarımköçəri və qismən də oturaq həyat tərzi sürmüşlər. Bütövlükdə XIX əsrdən miras qalmış konsepsiyaya görə yalnız oturaq xalqlar mütərəqqi sivilizasiya yaratmışlar. Türklər kimi köçəri xalqların yaşadıqları ərazilərdə durğunluq hökm sürmüşdür. Bu konsepsiyanın ən pis tərəfi onun mübahisəsiz elmi nəticə kimi təqdim olunması idi. XX əsrdə bu konsepsiya öz aktuallığını itirdi. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşmışlar. Türklərin "Böyük çöl"də məskunlaşması onların həyat tərzinə güclü təsir etmişdir. Müvəqqəti köçlər zamanı onlar rahat açılıb-yığılan alaçıq (çadır) və yurtalardan istifadə edir, əsasən, heyvandarlıqla məşğul olmuşlar. Türklərin yerdəyişməsi tarixi mənbələrdə “Xalqların böyük köçü” adlanır.
Uilyam Sivard
Vilyam Sivard (ing. William H. Seward) - Amerika Birləşmiş Ştatlarının XXIV Xarici İşlər Naziri, senator və keçmiş Nyu-York meri. Vilyam Sivardın dövlət orqanlarında xidmətə başlaması Avraam Linkolnun prezident seçilməsindən sonra baş vermişdir. Yüksək vəzifələrdə təmsil olunan Sivard, Linkolnun öldürülməsindən sonrada Endrü Consonun dövründə öz vəzifəsində saxlanılmışdır. Sivard quldarlığa qarşı olan fikirləri ilə tanınırdı, ABŞ Vətəndaş müharibəsi dövründə ABŞ-nin qalib gəlməsində böyük rolu olan Sivard abolisionizm hərəkatını hər zaman dəstəkləmişdir. 15 aprel 1865-ci ildə Avraam Linkolna sui-qəsd təşkil edilən axşam, Con Uilks But dövlətin xariçi işlər naziri və cənublular tərəfindən sevilməyən Sivarda qarşısda sui-qəsd planı təşkil etmişdir. Plana əsasən Sivardın qəstçilər Sivardın malikanəsinə gecə vaxtı daxil olmalı və onu boğaraq öldürməli idilər. Ancaq ev xidmətçisinin səsə oyanması və hayküy salması nəticəsində plan baş tutmamışdır. Vilyam Sivard ABŞ tarixinə Alyaska ştatını satın almaqla daxil olmuşdur. 1867-ci ildə Rusiya imperiyası ilə 7.2 milyon dollara imzalanan müqaviləyə əsasən Alyaska ABŞ-nin nəzarətinə keçirdi.
Vilyam Sivard

Yuxarı Sivəkədə (Piranşəhr)
Yuxarı Sivəkədə (fars. سيوه كده عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (9 ailə).
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Çibça (sivilizasiya)
Çibça (isp. Chibcha), Muiska və ya Moska — Cənubi Amerikada XII -XIV əsrlərə aid sivilizasiya. Aralıq vilayətinin digər məşhur mədəniyyətindən biri Çibça sivilizasiyası (b.e.-nın 1200-1500) idi. Çibçanın iqtisadi əsasını təsərrüfatçılıq təşkil edirdi. Onlar qarğıdalı, kartof, lobya, pomidor, ananas, tütün əkib-becərirdilər. Əti yalnız ovçuluq yolu ilə əldə edirdilər. Təsərrüfatda mübadilə əsas rol oynayan vasitələrdən idi. Onun başlıca əşyası duz, kətan, zümrüd, qızıl idi. Bu qiymətli daşlar Çivore, sumundoki şaxtalarından çıxarılırdı. Bu ərazidə qızıl olmadığından onu uzaq yerlərdən gətirirdilər.