Aleksandr Myasnikov (siyasətçi)
Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան, rus. Алекса́ндр Фёдорович Мяснико́в; 28 yanvar (9 fevral) 1886, Naxçıvan-na-Donu, Rusiya imperiyası – 22 mart 1925, Tiflis) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib.
== İlk illəri ==
Aleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur.
== Siyasi fəaliyyəti ==
Myasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur.