SİYASƏTCİL
SİYASƏTÇİLİK
OBASTAN VİKİ
Bitərəf siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Azər Qasımlı (siyasətçi)
Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru. Azər Ağaqasım oğlu Qasımlı 1975-ci il martın 31-də Bakı şəhərində anadan olub. Atası Ağaqasım Qasımov geologiya üzrə elmlər namizədi, Azərbaycan Neft və Kimya İnstitutunun pedaqoqu, anası Şəfiqə Nəsrullayeva isə fioloq olub. Azər Qasımlı 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii sənaye bölməsinə daxil olmuşdur. İncəsənət adamı ola bilməyəcəyini anlayaraq bir il sonra, 1994-cü ildə Sosial İdarəetmə və Politologiya İnstitutuna imtahan vermişdir. 1998-ci ildə həm İncəsənət İnstitutundan, həm də Sosial İdarəetmə və Politologiya İnstitutundan (fərqlənmə diplomu ilə) məzun olmuşdur. 2000-ci ildə İzmirdə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölməsində bir illik proqramını tamamladıqdan sonra 2001-ci ildə İstanbulda Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər bölməsinə daxil olan Azər Qasımlı, burada Əhməd Davudoğlundan dərs almış, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə etmiş və nəticədə magistr dərəcəsinə yiyələnmişdir. Ardınca isə o, 2009-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimin formalaşması” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasət üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. Evlidir. 3 övladı var.
Azər Qasımov (siyasətçi)
Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; (1966-cı il 22 iyun, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.
Azər Qasımzadə (siyasətçi)
Azər Qasımzadə — Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçisi geologiya-minerologiya elmləri namizədi, müstəqil Azərbaycanda ilk siyasi partiya olan Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı, daha sonra isə Azərbaycan Xalq Dirçəliş Partiyasının sədri. Azər Qasımzadə 1955-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Geologiya-minerologiya elmləri namizədi olub. 1972-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Tuneltukinti İdarəsində fəhlə işləyib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Azərbaycan Kənd Tikinti Nazirliyində fəhlə işləyib. 1981-ci ildə Universiteti mühəndis-geoloq ixtisası ilə bitirdikdən sonra Azərbaycan EA Geologiya İnstitutuna işə daxil olub. 1984–1988-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxuyub və 1989-cu ilin iyununda Düşənbə şəhərində disssertasiya mövzusunu müvəffəqiyyətlə müdafiə edərək geologiya-minerologiya elmləri namizədi elmi-dərəcəsini alıb.
Azər Zeynalov (siyasətçi)
Azər Yadulla oğlu Zeynalov (1970, İliç) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı. Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulmuşdur. 1977–1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987–1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil almışdır. 1992–1993-cü illərdə ordu sıralarında xidmət etmişdir. Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışmışdır. Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışmışdır. Ailəlidir, iki övladı var. Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir.
Billi Vulf (siyasətçi)
Vilyam Katbertson Vulf (ing. William Cuthbertson Wolfe; 22 fevral 1924, Batqeyt[d] – 18 mart 2010, Hamilton) — Şotlandiya mühasibi, sənayeçisi və siyasətçisi. O, 1969–1979-cu illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) milli təşkilatçısı (lideri) olmuşdur. Vulf ŞMP-nin müasir, proqressiv siyasi hərəkata çevrilməsində və ŞMP-nin sosial-demokrat siyasi hərəkatının inkişafında mərkəzi rol oynamışdır. Vilyam Vulf 1953-cü ildə Arna Dinviddi ilə evlənmişdir və cütlüyün dörd övladı olmuşdur. O, 2010-cu ilin martında 86 yaşında Hamiltondakı Oudston Xəstəxanasında vəfat etmişdir. Aleks Salmond və İan Qrey ona başsağlığı verən siyasi liderlər arasında idi. Salmond Vulfun "ŞMP-ni müasir siyasi partiyaya çevirdiyini" bildirmişdi.
Bəxtiyar İslamov (siyasətçi)
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991). Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi. Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir. Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir. 1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.
Bəxtiyar Əsgərov (siyasətçi)
Bəxtiyar Əsgərov (Əsgərov Bəxtiyar Hüseynalı oğlu; 10 fevral 1981, Noraşen, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri (2014-indi). Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Yeni Azərbaycan Partiyasının üzvü (1999). Filologiya üzrə fəlsəfə doktoru (2010). Bəxtiyar Əsgərov 1981-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2001–2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004–2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır. 2010-cu ildə "M. S. Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi "XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi" adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır. 5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir.
Cavanşir Məmmədov (siyasətçi)
Cavanşir Məmmədov (1932, Əhmədbəyli, Qaryagin rayonu) — Jdanov rayonu Partiya Komitəsinin birinci katibi. 10 sentyabr 1930-cu il tarixində Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1953-cü ildə ADPU –nun tarix fakültəsini, 1968-ci ildə AKTA –nın aqronomluq fakültəsini, 1972-ci ildə isə Moskva ALİ Partiya Məktəbini bitirmişdir. Cavanşir Məmmədov 1953–1954-cü illərdə Beyləqan rayon Komsomol Komitəsində təşkilat müdiri vəzifəsində çalışmış, 1954–1959-cu illərdə həmin qurumun ikinci və birinci katibləri vəzifəsinə yüksəlmişdir. 1959–1961-ci illərdə C. Məmmədov Azərbaycan SSR KP Beyləqan rayon Komitəsinin katibi vəzifəsində çalışmış, 1961–1963-cü illərdə Beyləqan rayon XDS İcraiyyə Komitəsinin sədri, 1963–1965-ci illərdə İmişli rayon İstehsalat Partiya Komitəsində katib, 1965–1978-ci illərdə Beyləqan rayon Partiya Komitəsinin birinci katibi, 1978–1988-ci illərdə Tərtər rayon Partiya Komitəsinin birinci katibi, 1988–1990-cı illərdə isə Füzuli rayon Partiya Komitəsinin birinci katibi vəzifələrin müvəffəqiyyətlə çalışmışdır. VII, VIII, IX, X, XI çağırış Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 4 dəfə "Qırmızı Əmək Bayrağı" (30.04.1966; 08.04.1971; 12.12.1973; 23.02.1981) və "Oktyabr inqilabı" (27.12.1976) ordenləri ilə təltif edilmişdir.
Ceyhun Məmmədov (siyasətçi)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Ceyms Stüart (siyasətçi)
Ceyms Stüart (d. 1531 — ö. 23 yanvar 1570) — Şotlandiya kralı V Ceymsin illeqal oğlu kimi Stüartlar sülaləsinin bir üzvüdür. Bundan başqa ögey bacısıoğlu olan I Ceymsin səltənət naibi kimi 1567–1570-ci illərdə ölkəni idarə etmişdir.
Cəbrayıl Əhmədov (siyasətçi)
Cəbrayıl Rəşid oğlu Əhmədov (8 may 1952, Dəvəçi) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Cəbrayıl Əhmədov 1952-ci il mayın 8-də Dəvəçi şəhərində (Şabran) anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Cəbrayıl Əhmədov ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 93 nömrəli Xaçmaz-Dəvəçi dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Cəbrayıl Əhmədov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Cəbrayıl Əhmədov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuşdur. 1998-ci ildə YAP-dan istefa edərək Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olmuşdur.
Cəlal Əliyev (siyasətçi)
Cəlal Əlirza oğlu Əliyev (30 iyun 1928, Naxçıvan – 31 yanvar 2016, Bakı) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor, AMEA Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisinin I, II, III və IV çağırış üzvü. Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Cəlal Əliyev ailəli və bir qız atası idi. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiat-coğrafiya üzrə orta, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə biologiya üzrə ali təhsil alıb. Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib. Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. Azərbaycan,Rus və ingilis dillərini bilirdi. 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Donald Farquharson (siyasətçi)
Donald Farquharson (27 iyul 1834, Lot 48[d] – 26 iyun 1903, Şarlottaun) — Şahzadə Edvard adasının səkkizinci baş naziri. Mermeyiddən olan Farquharson müəllim, sonra isə topdansatış və daşınma ilə məşğul olan iş adamı olub. O, 1876-cı ildə Liberal olaraq qanunverici orqana seçildi və gələn il Davies administrasiyası hakimiyyətdən gedənə qədər 1878-ci ildə Louis Henry Davies hökumətinə qoşuldu. Farquharson 1891-ci il seçkilərində Liberallar qalib gələnə qədər müxalifət oldu. O, 1898-ci ilin avqustunda Baş nazir oldu, lakin 1901-ci ildə o, federal İcmalar Palatasına əlavə seçkilərdə iştirak etməyə inandırıldı, çünki PEI Liberalları keçmiş Baş nazir kimi adanın Kanadada təmsil olunmasına zəmanət verən Kanada Nazirlər Kabinetinə yüksəldiləcəyinə ümid edirdi. Farquharson əlavə seçkilərdə qalib gəldi, lakin Ser Wilfrid Laurier 1903-cü ildə ölümünə qədər Farquharsonu arxa kürsülərdə buraxaraq kabinetə bir qərbli təyin etdi.
Eldar Quliyev (siyasətçi)
Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda), Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir.
Eldar Səfərov (siyasətçi)
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət,hərbi siyasi və ictimai xadimi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013). Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır. 1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur. Rus, erməni, türk dillərini bilir. 2 övladı var. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?). 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Eldar İsmayılov (siyasətçi)
Eldar Vəkil oğlu İsmayılov (25 yanvar 1949, Qaymaqlı, Qazax rayonu) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), "Şöhrət" ordeni laureatı. Eldar İsmayılov 1949-cu il yanvar ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Sumqayıt Kimya Kombinatına göndərilmişdir. 1971-ci ilin avqust ayında aparatçı kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ildən 1975-ci ilə kimi sex rəisinin müavini işləmişdir. 1976-cı ildə Ali Komsomol məktəbini, 1990-cı ildə isə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Komsomol komitəsinin katibi seçilir. 1978–1981-ci illərdə "Kimyasənaye" birliyində Baş direktorun müavini, 1981–1983-cü illərdə "Azkimyatəmir" trestində müdir müavini işləyib. 1983-cü ildə "Sintetik kauçuk" zavodunda partiya komitəsinin katibi seçilir. 1985-ci ilin yanvar ayından 1988-ci ilin sentyabr ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və Kimya şöbəsində təlimatçı vəzifəsində işləyir.
Elman Məmmədov (siyasətçi)
Elman Camal oğlu Məmmədov (18 oktyabr 1950, Xocalı, DQMV) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı. Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir. Evlidir, 7 övladı var. 1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir.
Elmira Axundova (siyasətçi)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).
Elmira Qasımova (siyasətçi)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Elmira Qasımova ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elşad Həsənov (siyasətçi)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var. Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Siyasətçi
Siyasətçi — siyasi fəaliyyətlə məşğul olan şəxs. Siyasi fəaliyyətlə icraedici hakimiyyətdə (prezident, baş nazir, nazir), qanunverici hakimiyyətdə (müxtəlif səviyyədə parlament deputatı və bələdiyyə üzvü), siyasi partiya funksioneri kimi fəaliyyət göstərmək olar.
Siyasətçi (Platon)
Siyasətçi(qəd. yun. Πολιτικός) — Platonun yaradıcılığının yekun mərhələsinə yaxın yazılmış və bir növ "Sofist" dialoqunun davamı kimi dəyərləndirilən dialoqdur. Dialoqun iştirakçıları: Sokrat və Feodor yalnız əsas iştirakçıları təmsil edirlər və onların iştirakı yalnız bir neçə giriş frazasının səsləndirilməsi ilə məhdudlaşır. Əsas dialoq iştirakçıları gənc Sokrat və Eleydən gəlmiş gəlmədir.
Partiyasız siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Virtual siyasətçi
Virtual siyasətçi və ya Sİ siyasətçisi — dövlət idarəsində fəaliyyət göstərən qeyri-insani varlıq. Virtual siyasətçi eyni vəzifədə xidmət edən bir insanla oxşar gücə sahib olur, lakin süni intellekt alqoritmi əsasında seçim etmək üçün proqramlaşdırılır. Süni intellekt yaranandan bəri maşınlar müxtəlif səbəblərə görə əvvəllər insanların tutduğu müxtəlif vəzifələrdə işə salınmışdır. Bunlar əsasən insanların iş yükünü yüngülləşdirmək üçün təkrarlanan tapşırıqlara aid edilmişdir. Süni intellekt getdikcə daha çox insan xüsusiyyətləri tələb edən empatiya kimi vəzifələrdə işə salınır, lakin insan qüsurlarını əvəz etmək üçün istifadə olunur. Bəziləri hesab edirlər ki, düzgün verilənlər üzərində proqramlaşdırılmış süni intellekt güclü bir mövqeyə yerləşdirilsə, o, tez məlumatlı qərarlar qəbul edə, səlahiyyəti olan hər kəsin perspektiv və ehtiyaclarına diqqət yetirə bilər. "SAM" ümumiyyətlə ilk virtual siyasətçi hesab edilən proqrama verilən addır. SAM Yeni Zelandiyalı proqram tərtibatçısı Nik Gerritsen tərəfindən yaradılmış və Yeni Zelandiyada insanların fikirlərini və istəklərini təmsil etmək üçün hazırlanmışdır. SAM-ın 2020-ci ildə Yeni Zelandiyada keçirilən seçkilərdə namizəd kimi irəli sürülməsi nəzərdə tutulmuşdu. "Yandex" tərəfindən qurulmuş "Alice" və ya "Alisa" çatbotu 2018-ci ildə Rusiyada prezident seçkilərində Vladimir Putinə qarşı namizəd olaraq göstərilmişdir.
Bəxtiyar İslamov (siyasətçi, 1936)
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991). Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi. Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir. Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir. 1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.
Elxan Süleymanov (siyasətçi)
Elxan Sirac oğlu Süleymanov (1940, Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir. E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
Elşad Nəsirov (siyasətçi)
Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Elşən Musayev (siyasətçi)
Elşən Məmmədhənifə oğlu Musayev (11 avqust 1979, Vartaşen) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. 1979-cu il avqustun 11-də Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, ingilis və alman dillərini bilir. 2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir. 2015 və 2020-ci ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Значение слова в других словарях