SİYRİLMƏK

f.
1. Dərisi soyulmaq, dərisi qopmaq. Yerə dəyib dizi siyrildi.
// Sürtünüb getmək, yeyilmək.
Əyilmiş çəkmənin nalı, dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı.

2. Qınından çıxarılmaq. Qılınclar siyrildi.
3. Sürüşmək, sürüşüb düşmək.
…Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçları ilə oynayırdı. Ə.Əbülhəsən.

4. Bir şeyin arasından, altından görünmək, bir şeyi yararaq çıxmaq.
Kələ-kötür ocaq daşlarının arasından siyrilən ( f.sif. ) qırmızı dilli alov gecənin qaranlığını yararaq nəhayətsiz səhrada itirdi. M.İbrahimov.
Üçgünlük ay bulud bölüyünün altından siyrilib çıxırdı. B.Bayramov.

5. Açılmaq, aralanmaq.
Buludun pərdəsi siyrildi bir az. R.Rza.
Oyan, bu yatdığın yuxudan oyan! Siyrilsin pərdələr, açılsın müşkül. M.Rahim.

SİYRİLMƏ
SİYRİNTİ

Значение слова в других словарях