Son prospekt

Final prospectus Potensial investorlar arasında yayılan və ilkin emissiya prospektindən fərqli olaraq, yeni emissiya haqqında qiymət, çatdırılma müddəti və anderrayterlərin mükafatlarının məbləği kimi bütün təfsilatlı məlumatları özündə əks etdirən emissya prospektinin son variantı.
Son ödəmə tarixi
Son ticarət günü
OBASTAN VİKİ
Prospekt
Prospekt – 1)şəhərdə böyük enli küçə; 2)nəşr olunmağa hazırlanan, gələcək elmi əsərin, dərs vəsaitinin, jurnalın və s. ətraflı, müfəssəl planı, məzmunu; 3)nəfis tərtibatlı broşur formasında çap reklamı və kommersiya təbliğatı vasitəsi. Bir qayda olaraq, prospekt yüksək poliqrafik səviyyədə hazırlanır və reklam verən, onun əməkdaşları və buraxılan məhsullar haqqında məlumatları özündə əks etdirir. Təbliğat prospektləri də mövcuddur; 4)nəyi isə reklam edən gözəl nəşr. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Beşinci Prospekt hoteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər. Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi. Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Beşinci Prospekt oteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər. Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi. Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Yeddinci prospekt (Manhetten)
Yeddinci prospekt (ing. Seventh Avenue) — Manhetten borosunun Vest Sayd rayonunda yerləşən küçə. Yeddinci prospekt Varik və Klarkson küçələrinin kəsişməsindəki Qrinviç Villicdə başlayır, Mərkəzi Parkın cənub sərhədi olan 59-cu küçə ilə məhdudlaşır və şimaldan parkın sərhədi olan 110-cu küçə boyunca davam edir və Harlem çayı üzərindəki Makomba dambasında bitir. Mərkəzi Parkın cənubundan küçədəki yol hərəkəti bir tərəflidir və şimaldan cənuba yönəlib, parkın şimalından isə ikitərəflidir. Yeddinci prospekt və Brodveyin kəsişməsində Tayms-skver yerləşir. Prospektin şimal hissəsinə Adam Kleyton Pauell kiçiyin Bulvarı (ing. Adam Clayton Powell Jr. Boulevard) adı verilib. Yeddinci prospekt 1811 Manhettenin baş planına uyğun olaraq inşa edilmişdir. Əvvəlcə küçənin cənub sərhədi 11-cü küçə sayılırdı.
Üçüncü prospekt (Manhetten)
Üçüncü prospekt (ing. Third Avenue) — Manhetten borosunun İst Sayd rayonunda və Cənubi Bronksda yerləşən küçə. Üçüncü prospekt Aşağı Manhettendaki Kuper Skverdən başlayır, eyniadlı körpüyə qədər davam edir, Cənubi Bronksu keçir və Fordem Roud magistral yolu ilə kəsişmədə bitir. Üçüncü prospekt, Cənubi Bronksun sosial-mədəni nüvəsi olan "Hab"ı təşkil edən dörd küçədənbiridir. 1960-cı ilin iyul ayından Kuper Skverdən 24-cü küçəyə qədər Üçüncü prospekt ikitərəfli yoldan ibarətdir. Sonra Üçüncü prospekt körpüsünə qədər küçədəki yol hərəkətı birtərəfli olur və cənubdan şimala yönəlir. Körpüdə hərəkət də birtərəflidir, ancaq şimaldan cənuba yönəlir. Bronksda prospekt bütövlüklə ikitərəflidir. 19-cu əsrdə Üçüncü prospekt boyunca estakada dəmir yolu tikildi. O, 1878–1955-ci illərdə Manhettendə və 1973-cü ilə qədər Bronksda fəaliyyət göstərmişdir.
Henschel & Son
Henschel (Die Henschel-Werke 1957-ci ilə qədər Henschel und Son), Kasseldə yaradılmış olan Almaniya şirkəti olub XX əsrdə qatar, avtobus, trolleybus və kamaz kimi avtomaşınlar istehsal edən şirkət olmuşdur. Ayrıca olaraq İkinci Dünya müharibəsində hərbi təyinatlı texnikalar və silahlar istehsal etmişdir. Georg Christian Carl Henschel 1810-cu ildə zavodu Kassel şəhərində yaratmışdır. Oğlu Carl Anton Henschel 1837-ci ildə başqa bir zavod yaratmışdır. 1848-ci ildə şirkət lokomotiv istehsalına başlamışdır. XX əsrdə şirkət Almaniya imperiyasının ən böyük lokomotiv istehsalçısına çevrilmişdir. == Nasist Almaniyası dövründə şirkət == Şirkət 1935-ci ildə Panzer I tankını istehsal etməyə başlamışdır. İkinci dünya müharibəsinin 1939–1940-cı illər mərhələsində şirkət çox sayda Panzer III tankı istehsal etmişdir. 1942–1945-ci illər arasında şirkət Tiger I tanklarını istehsal etmişdir. Henschel Tiger tanklarının əsas istehsalçısı olmuşdur.
La-Son
La-Son (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38495. Kommunanın 2012-ci il üçün əhalisi 605 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 160 ilə 270 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Lü Son
Li Son (12 may 1972) — Argentinanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Son Argentinanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Li Son Argentinanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Matthew & Son
Matthew and Son — Yusuf İslamın 1967-ci ildə Deram tərəfindən çıxarılan ilk albomu.
Saşa Son
Saşa Son (18 sentyabr 1983, Vilnüs) — Litva'lı müğənnidir.2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə ölkəsini Love adlı mahnı ilə təmsil etmişdir.
Son Masayoşi
Son Masayoşi (yaponca 孫 正義, 11 avqust 1957, Tosu[d], Saqa prefekturası) — Yapon sahibkar. Softbank şirkətinin baş direktoru, Sprint telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, milyarder. Forbes jurnalının reytinqinə görə 2017-ci ildə Yapon milyarderləri arasında 1-ci yeri tutub. Var dövləti 20.4 milyard dollar təşkil edir. O, 1957-ci ildə Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompüter sahəsini öyrənməyə başlayır. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu.
Son Venbin
Sonq Venbin (1963, Lyaonin[d]) — Çinli biatlonçu. Sonq Venbin Çini 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. Sonq Venbin birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Venbin 36:53.4 saniyəlik nəticəsi ilə 64 atlet arasında 53-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Son istifadəçi
Son istifadəçi – hazırlanmış məhsulu istifadə edən və ya istifadə etməsi gözlənilən şəxs. Son istifadəçi adminlər, sistem administratorları, verilənlər bazası administratorları, informasiya texnologiyaları (İT) mütəxəssisləri, proqram təminatı mütəxəssisləri və kompüter texnikləri kimi məhsulu idarə edən istifadəçilərdən fərqlidir. Son istifadəçilər ümumiyyətlə tərtibatçıların sahib olduğu texniki biliyə və ya məhsul tərtib etmə bacarıqlarına sahib deyil. Bu daha sonra müştəri məmnuniyyətinin azalmasına səbəb olur. İT sahəsində son istifadəçilər "müştəri" demək deyil, müştərinin işçiləri deməkdir. Məsələn, böyük bir pərakəndə şirkət işçilərinin istifadə etməsi üçün hansısa proqram paketini alırsa həmin şirkət paketi alan "müştəri" olsa da, son istifadəçilər proqramı istifadə edəcək şirkət işçiləridir. Bəzi Amerika məhsulları və müdafiə ilə əlaqəli məlumatlar ITAR və EAR-a uyğun olaraq ABŞ hökumətindən ixrac icazəsi tələb edir. İxrac lisenziyasını əldə etmək üçün ixracatçı son istifadəçi sertifikatını almaq üçün həm son istifadəçini, həm də son istifadəni göstərməlidir. EULA-da son istifadəçi proqramı quraşdıran VAR-dan (ing. value-added reseller) və ya proqramı satın alan və idarə edən təşkilatdan fərqlənir.
Son mil
Rabitə sənayesində "son mil" (ing. "last mile") dedikdə, istifadəçinin abonent xəttini provayderin (rabitə operatorunun) qoşulma nöqtəsi ilə əlaqələndirən kanal başa düşülür. "Son mil" texnologiyalarına adətən xDSL, FTTx, Wi-Fi, WiMax, DOCSIS, PLC texnologiyaları aid edilir.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. Acmal Kasab: imtina etdi.
Son zəng
Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbdə tədris ilinin bitdiyi gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
Son (ad)
Son — soyad. Son Ha-Rim — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Ji-Hyun — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Mi-Na — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Son (soyad)
Son — soyad. Son Ha-Rim — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Ji-Hyun — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Mi-Na — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Son dərviş
Masayoşi Son
Son Masayoşi (yaponca 孫 正義, 11 avqust 1957, Tosu[d], Saqa prefekturası) — Yapon sahibkar. Softbank şirkətinin baş direktoru, Sprint telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, milyarder. Forbes jurnalının reytinqinə görə 2017-ci ildə Yapon milyarderləri arasında 1-ci yeri tutub. Var dövləti 20.4 milyard dollar təşkil edir. == Haqqında == O, 1957-ci ildə Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompüter sahəsini öyrənməyə başlayır. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu.
Son hədd
Son hədd (ing. The Edge) — 1997-ci ildə Li Tamahorinin rejissoruluğu ilə çəkilmiş, Entoni Hopkins və Alek Bolduinin baş rollarda oynadığı ABŞ filmi. Filmin süjetini varlı iş adamı Çarlz Mors (Hopkins), fotoqraf Bob Qrin (Bolduin) və köməkçisi Stiven (Harold Perrino) ilə əlaqədardır, onlar təyyarələri Alyaskanın meşələrində yerə çırpılaraq məhv olduqdan sonra sağ qalmaq üçün çalışırlar. Onların meşədə adamyeyən kadyak ayısı tərəfindən təqib olunmaları sağ qalmaq şansları daha da azaldır. Bir neçə Hollivud filmində rol alması ilə tanınan, təlim keçmiş Kodyak ayısı Bart bu filmdə son rollarından birində çəkilmişdir və qaniçən vəhşi obrazındadır. Yaşlı milyarder Çarlz Mors gözəl gənc model həyat yoldaşı Mikki ilə Alyaskaya səyahət edir, burada peşəkar fotoqraf Bob Qrin gözəl şəkillər çəkməyə ümid edir. Mikki ilə poza verməli olan adam xəstələndiyindən Bob Çarlzı qaldıqları evdə fotoşəkilini gördüyü bir hind ovçusunun yaşadığı gölə uçmağa inandırır və onun üçün fotosessiyanın mükəmməl olacağı qərarına gəlir. Uçuş zamanı təyyarə quşlarla toqquşur və gölə düşür. Pilot həlak olsa da, Çarlz, Bob və onun köməkçisi Stiven xilas olmağı bacardı. İndi əlaqə kəsilib, hava getdikcə soyuyur, xilas olma şansı azdır.
Son iclas
Son iclas — 2018-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Значение слова в других словарях