SOQQUR
SOL
OBASTAN VİKİ
Sakura Soqoro
Sakura Soqoro (佐倉惣五郎, 1605 – sentyabr 1653) və ya Sakura Soqo – XVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer. Əsl adı Kiuçi Soqorodur. == Haqqında == Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir. Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir. Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı. Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir. Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır. 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var. 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir. Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.
Soqomon Teyliryan
Soqomon Teyliryan (erm. Սողոմոն Թեհլերյան; 2 aprel 1896 – 23 may 1960, San-Fransisko, Kaliforniya) — Tələt Paşanı qətlə yetirmiş erməni terrorçusu. == Həyatı == Soqomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci dünya müharibəsi başlayanda, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (Nemezis əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi" ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib, sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb. Alman polisi Teyliryanı həbs edib, qısa sürən məhkəmə prosesi erməni millətçilərinin tamaşasına çevrilib, onlar bu prosesdən erməni soyqırımının reklamı üçün istifadə ediblər. Dərhal Soqomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən, varlı ermənlər bu fonda vəsait köçürüblər. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln universitetinin huquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmənin Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
годя́щий радикализи́роваться святоку́пец сердцеве́дка спо́рщица турбонасо́сный узловяза́тель ша́ркнуть и́скорка кварта́л копьеви́дный куде́ль поло́пать сходи́ть мухлевать неп addle-brained airhop bel compartmentalize Horace mending stream-ice vice-king цигейка