sot

-te

1. adj axmaq, gic, səfeh

2. m, f axmaq, gic, səfeh

sortir
sou
OBASTAN VİKİ
Adelina Sotnikova
Adelina Dmitriyevna Sotnikova (rus. Аделина Сотникова; 1 iyul 1996, Moskva, Rusiya) — Rusiya fiqurçusu. Adelina Sotnikova, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. O, həm də 2013-cü ildə Zaqrebdə və 2014-cü ildə Budapeştdə baş tutan Avropa Çempionatlarının və 2012-ci ildə baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medallarına sahib olub, 2011-ci ildə gənclər arasında Dünya Çempionatının, 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalının və dörd dəfə (2008, 2010, 2011 və 2013-cü illərdə) Rusiya Çempionatının qalibi olub. Karyerası ərzində 36 yarışa qatılan Adelina Sotnikova, onların 11-də qızıl medal, 7-də gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Adelina Sotnikova 1996-cı il iyulun 1-də Moskva şəhərində anadan olub. Adelina Sotnikovanın ulu babası Aleksandr Koçetov, Sovet İttifaqı Qəhrəmanıdır. Adelina Sotnikova, dörd yaşından idmanla məşğul olmağa başladı. 2004-cü ildən OMİK-də Yelena Buyanovanın rəhbərliyi altında məşq etməyə başlayan Adelina Sotnikova, 2008-ci ildə yarışlarda debüt etməyə başladı. == Karyerası == === 2007–2008-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında debüt === Adelina Sotnikova, 2008-ci ilin 30 yanvar-2 fevral tarixlərində Rostov-na-Donu şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı.
Ageratina sotarensis
Ageratina sotarensis (lat. Ageratina sotarensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anarqiros Sotirakopoulos
Anarqiros Sotirakopoulos (21 fevral 1992) — Yunanıstanlı peşəkar kişi trek velosipedçisi. Anarqiros Sotirakopoulos Yunanıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Anarqiros Sotirakopoulos 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:03.039 saniyəlik nəticəsi ilə 14-cü yeri tutdu.
Ernando de Soto (konkistador)
Ernando de Soto (isp. Hernando de Soto; təq. 1500 – 21 may 1542[…]) — ispan dəniz səyyahı, konkistador. == Həyatı == Ernando de Soto 1498-ci ildə anadan olmuşdu. De Sotonun dəstəsi də Missisipi çayının mənsəbinə çatdıqdan sonra körfəzdəki ispan postuna gəlib çıxdı. De Leon və Narvayes kimi onlar da heç bir qızıl tapmadılar, qızıl əvəzinə xəstəlik və ölüm kimi həyatda axtarılmayan şeyi tapdılar. De Soto Amerikada Xuan Ortiz adlı adamla tanış olmuşdu. O, on il idi ki, hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, onların hamısına ölümcül əzab verilmiş, Xuanın həyatını isə tayfa başçısının emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi.
Hernando de Soto
Ernando de Soto (isp. Hernando de Soto; təq. 1500 – 21 may 1542[…]) — ispan dəniz səyyahı, konkistador. == Həyatı == Ernando de Soto 1498-ci ildə anadan olmuşdu. De Sotonun dəstəsi də Missisipi çayının mənsəbinə çatdıqdan sonra körfəzdəki ispan postuna gəlib çıxdı. De Leon və Narvayes kimi onlar da heç bir qızıl tapmadılar, qızıl əvəzinə xəstəlik və ölüm kimi həyatda axtarılmayan şeyi tapdılar. De Soto Amerikada Xuan Ortiz adlı adamla tanış olmuşdu. O, on il idi ki, hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, onların hamısına ölümcül əzab verilmiş, Xuanın həyatını isə tayfa başçısının emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi.
I Antiox Soter
I Antiox Soter (q.yun. Αντίοχος Α' Σωτήρ; təx. E.ə. 324 — E.ə. 261) — Selevkilər imperiyasının hökmdarı. == Həyatı == İmperiyanın banisi I Selevk Nikatorun oğlu I Antiox Soter olmusdur. Onun dövründə dövlətin paytaxtı Antioxiya adlanırdı. I Antiox Soterin bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər imperiyası fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı.
Kollazo Sotomayor
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Lorenso Sotomayor
Lorenso Sotomayor (16 fevral 1985, Havana) — 2013–2021-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il I Avropa Oyunlarının qalibi. 2013-cü ildə Azərbaycan yığmasınn heyətinə cəlb edilən Kuba əsilli Lorenso Sotomayor, qısa müddət ərzində ciddi uğurlara imza atdı. 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre üzərində qələbə qazanaraq (3:0), birinci ciddi nailiyyətinə imza atan Lorenso Sotomayor, Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsində Almaniya nümayəndəsi Artyom Arutyunyan üzərində qələbə qazanaraq (3:0) final görüşünə vəsiqə qazanan Lorenso Sotomayor, bu idman növü üzrə Olimpiadaların finalında rinqə çıxacaq birinci idmançı oldu. Avqustun 21-də baş tutan həlledici görüşdə isə Sotomayor, Fazliddin Qaibnəzərova məğlub olaraq (1:2) turnirin gümüş medalına sahib oldu. Həmin final görüşündən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyi referiləri qərəzli qərarlarda ittiham elədi. Olimpiadadan sonra Dünya və Avropa Çempinatlarında uğursuz nəticə göstərən Lorenso Sotomayor, 2021-ci il Olimpiadasından sonra idmanla vidalaşdı. Lorenso Sotomayor Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Lorenso Sotomayor 1985-ci il fevralın 16-da Kubanın Havana şəhərində anadan olub.
Pentacalia sotarensis
Pentacalia sotarensis (lat. Pentacalia sotarensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Pieros Sotiriu
Pieros Sotiriu (yun. Πιέρος Σωτηρίου; 13 yanvar 1993[…], Nikosiya) — Kipr futbolçusu, Bolqarıstan Birinci Peşəkar Futbol Liqasında çıxış edən "Ludoqorets"in hücumçusu. Pietros Sotiriu Nikosiya təmsilçisi "Olimpiakos" klubunun yetirməsidir. O, 19 mart 2011-ci ildə Kipr Birinci divizionunda "Doksa" ilə matçda debüt etmişdir. Sotiriu "Olimpiakos" heyətində ilk qolunu 18 sentyabrda "APOEL"ə qarşı oyunda vurmuşdur. O, 2013-cü ilin yayında "APOEL"ə transfer olmuşdur. Sotiriu 29 avqustda Avropa Liqasının təsnifat mərhələsində Belçikanın "Zülte Varegem" komandası ilə oyunda debüt etmişdir. Həmin mövsüm o, Kiprdə çempion olmuş və Kipr kubokunu qazanmışdır. Sotiriu 2014-cü ildə "Ayiya Napa" ilə matçda "APOEL" heyətində ilk qolunu vurmuşdur. O, klubu ilə daha üç dəfə çempion olmuşdur.
Senecio sotikensis
Senecio sotikensis (lat. Senecio sotikensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sota Hirayama
Sota Hirayama (d. 6 iyun 1985) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 3 qol vurub.
Sotbovoy (ada)
Stolbovoy adası — Yeni Sibir adalarının cənub-qərbində yerləşir. Sahillərini Laptevlər dənizi yuyur. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada Ust-Lenski qoruğu ərazisinə daxil edilmişdir. Sahəsi 170 km²-dir. Skalistiy burnunundan Povorotnıy burnuna qədər məsafə 46 km-dir. Ən minimal eni 10 km təşkil edir. Ada əsasən qranitdən təşkil olunmiuşdur. Ən hündür nöqtəsi 222 metr təşkil edir. Bəzi yerlərdə hündürlüyü bəzi yerlərdə 100 metri keçir.
Soteriologiya
Soteriologiya (yunan. σωτηρία, soteriya, "xilas", + yunan. λογος, logos, "elm") yaxud Bibliya soteriologiyası – xristian teologiyasının bir sahəsi, insanların xilası haqqında Bibliya əsasında qurulan təlim. E.ə. I minillikdən öncəki bütpərəst dinlərində xilas ideyasına rast gəlinmir. Bütpərəst şüuru kainatı statik, dəyişməyən, sabit olaraq dərk edirdi. Xilasın ilk əlamətlərini səmavi qüvvələrin insanı bu dünyada xata-baladan qoruması inancında görə bilirik. Misirlilərin dini kimi qədim inanclarda xilas ideyası artıq axirətə şamil olunmağa başladı. Misirlilər saleh adamın axirət məhkəməsində azad edilərək Osirisin padşahlığında bəxtiyar həyat sürəcəyini ümid edirdilər. E.ə.
Sotiria Bello
Sotiria Bello (yun. Σωτηρία Μπέλλου; 22 avqust 1921, Xalkida[d] – 27 avqust 1997, Afina) — məşhur Yunan müğənnisi və Yunan rebetiko musiqisinin ifaçısı idi. O, bir çox musiqi kitabçasında qeyd olunan və "Xaricilərin musiqisi" adlı 1984-cü il İngilis Sənədli Filminin bir hissəsi olan ən məşhur rebetislərdən biri idi. 14 Mart 2010-cu ildə Alfa TV, Bello'yu, ölkənin fonoqrafik dövründə (1960-cı ildən) 22-ci ən yüksək sertifikatlı qadın sənətçi kimi seçdi. Bello Eubia adası, Haliada (indi Drosia, Çalkida şəhərinin bir hissəsi) anadan olmuşdur. Zəngin bir ailənin beş uşağından ən böyüyü idi. Bellounun adını qoyan və xüsusilə sevdiyi babası Sotiris Papasotirio, Şimatari'dəki bir padşah kahini idi. Sotiria kiçik yaşlarında babası ilə birlikdə kilsəyə gedərdi. Atası Kriakos Bellonun, Çalkida'nın şimal hissəsində Neapolisdə bir mağazası var idi. Məşhur müğənni olan Sofiya Vambonun da yer aldığı “Kiçik İmmiqrant” filmi, ona bədii karyerasını davam etməsi üçün ilham verdi.
Soto dili
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Sotobanari
Sotobanari adası (yap. 外離島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. 1992-ci ildən adada Masafumi Naqasaki adlı birisi qalır. Adanın sahəsi — 1,32 km², maksimal hündürlüyü 149 m. İriomote adasında olan Nakara və Funakue buxtaları arasında yerləşir.
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur. Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Typhlodromips sottoi
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
Zurab Sotkilava
Zurab Sotkilava (gürc. ზურაბ სოტკილავა, d.12 mart 1937, Gürcüstan, Suxumi — ö. 18 sentyabr 2017, Rusiya, Moskva) — Sovet gürcü və rus opera müğənnisi (tenor), Gürcüstan SSR-in (1973) xalq artisti və SSRİ xalq artisti (1979), müəllim, Moskva konservatoriyasının professoru, Böyük teatrın solisti (1974-2017), Suxuminin "Dinamo" klubunun heyətində sabiq futbolçu (1951-1955). Zurab Sotkilava 1937-ci il mart ayının 12-də Gürcüstan Respublikasının Suxumi şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eliso Turmanidze ilə evliliyindən onun iki qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Sotkilavaya mədəaltı vəzidə bədxassəli şiş diaqnozu qoyuldu və 2017-ci il sentyabrın 18-də 80 yaşında Moskva şəhərində vəfat edib. Onun atası 1940-cı ilə qədər məktəbin direktoru, tarix müəllimi işləmiş; daha sonra müharibə dövründə 3 qardaşı ilə birlikdə cəbhəyə getmiş, qardaşlarından ikisi şəhid olmuşdur. Zurabın qohumlarının arasında musiqiçi olmayıb, amma anası (həkim-rentgenoloq) və nənəsi gitarada yaxşı ifa edib, oxuya bilirdilər. Müharibədən sonra anasının təkidi ilə Zurab bir müddət skripka və fortepiano üzrə təhsil almışdır. Zurab gözəl bir gələcək barədə düşünmürdü, futbolla ciddi maraqlanırdı və idman sahəsində uğur qazanmaq istəyirdi.
Şimali Soto dili
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Cenate Sotto
Cenate Sotto (it. Cenate Sotto) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7 mil) şərqdə yerləşir. Əhalisi 2665 nəfər, əhalinin sıxlığı 666 nəfər/km²-dir. Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Cenate Sotto kommunası aşağıdakı hissələrdən (bölmələr, kəndlər və obalar) ibarətdir: Cascina Serbello, Tesolta, Quadra, Veneziane və Brugaletti.
Sottokapo
Sottokapo (it. sottocapo) və ya alt boss (ing. underboss) — müəyyən mütəşəkkil cinayət qruplarının, xüsusən də Siciliya, yunan və ABŞ mafiya cinayət ailələrində rəhbərlik strukturunda bir mövqe. Sottokapo bossdan sonra ikinci komandadır. Sottokapo həmçinin bütün kapolara və onun əsgərlərinə cavabdehdir. Sottokapo bəzən ailə üzvüdür, məsələn, bossun oğulu. Boss xəstələnərsə, öldürülərsə və ya həbs olunarsa, ailənin rəhbərliyinə sottokapo keçir. Bununla belə, küçə bossunun mövqeyi müasir dövrdə sottokapo dərəcəsinə bir qədər meydan oxumuşdur. Vəzifə ən azı 1960-cı illərin ortalarından bəri Genuya cinayət ailəsində qurulmuşdur.