1. Soyuq olmaq, hərarətini itirmək, temperaturu aşağı düşmək. Payız gəldi, havalar soyudu.
– Hava da bərk soyumağa başlayırdı.
…Xəzəllər töküldü, toz qopdu, hava soyudu.
2. məc. Getdikcə həvəsdən düşmək, ruhdan düşmək. İşdən soyumaq.
– Elə mən özüm də bir həftə, bir ay; Yazmasam, şeirdən çox soyuyaram.
[Dəmirov] işin qalmağından, adamların soyumağından ehtiyat edirdi.
3. məc. Getdikcə məhəbbətini, hissini itirmək, daha istəməmək. Uşaqlardan soyumaq.
– [Sona xanım:] Heydər, görünür ki, məndən soyumusan?
◊ Acığı (hirsi) soyumaq – bax acıq.
Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu.
Tükəzbanın hirsi bir az soyudu və qaşqabağı da bir az açıldı.