Ceyson Stetem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb. Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib.
Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, eləcə də kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmişdir. 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi.