stet

adj. daimi
Sterz
stetig
OBASTAN VİKİ
Ceyson Stetem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb. Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib. Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, eləcə də kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmişdir. 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi.
Ceyson Stethem

Endrü Stetson
Endrü Stetson (ing. Andrew Stetson) — Kanadalı modeldir. Endrü Stetson 23 yaşında model olmamışdan əvvəl dülgərlik ilə məşğul olub. Onu NAM agentinin əməkdaşı Noruani Anderson bu sahəyə yönləndirib. Bir ilə yaxın Nyu Yorkda və Avropada modelliklə məşğul olduqdan sonra geri qayıdaraq əvvəlki dülgərlik işinə qayıtsa da, sonradan dostları və ailəsi onu yenidən modelliyə qayıtmağa həvəsləndirdilər. Həmin vaxtdan etibarən o bir çox Armani, Chanel, Dolce & Gabbana, Zara, Calvin Klein, Levi's, Bloomingdales, və H&M kimi şirkətlərin reklamlarında göründü. O həmçinin 2005-ci ilin noyabr ayında və 2010-cu ildə mayda fransız qey jurnalı olan Têtu-nun üz qabığında göründü. Bundan sonra jurnal 6 səhifəni ona həsr edərək onun haqqında yazdı. 2006-cı ildə avqustda Endrü Calvin Klein-in ətir şirkəti olan Euphoria ilə 3 illik müqavilə bağladı. O Karson Parker tərəfindən Euphoria-nın uğurlu siması, Qarrett Neff isə şirkətin uğurlu təşkilatçı modeli elan edildi.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Lita Stettir Hallinqvor

Stetoskop
Stetoskop (q.yun. στηθοσκόπιο, στῆθος döş + σκοπή "müayinə") Bir dəfə 1816-cı ildə Parisdə gəzinti zamanı fransız həkim Rene Laennekin (1781-1826) diqqətini bir-biri ilə oynayan iki uşaq cəlb edir. onlardan biri ağac çubuğun bir tərəfini qulağına dirəmişdi, digəri isə çubuğun o biri tərəfini taqqıldadırdı. Uşaqların oyununu müşahidə edən alim bu vasitə ilə səsin daha yaxşı ötürüldüyünə əmin oldu. Laennek kağız vərəqi boru şəklində bükərək açılmasın deyə onu lentlə bağladı. Kağız borunun bir tərəfini xəstənin sinəsinə, digər tərəfini isə öz qulağına dirədi. Bu yolla o, xəstənin ürək döyüntüsünü açıq-aydın eşitməyə başladı. Lennek öz ixtirasını "stetoskop" adlandırdı ki, bu da yunancadan tərcümədə "döş qəfəsi" anlamını verir. Sonralar Laennekin ixtirası təkmilləşdirilərək müasir həkimlərin geniş istifadə etdiyi fonendoskopun yaradılmasına imkan verdi. İlk yaranan və bahalı qiyməti olan steteskopların qulaqcıqları fil dişindən hazırlanırdı.