Stokholm Müasir İncəsənət Muzeyi
Stokholm Müasir İncəsənət Muzeyi (Moderna Museet) - İsveçin paytaxtı Stokholmun mərkəzində, Şeppensxolmen adasında yerləşən muzey. Muzey 1958-ci ildə təşkil olunmuşdur.
Stokholm Müasir İncəsənət Muzeyinin direktoru Otto Skyöld olmuşdur. 1994-1998-ci illərdə muzeyin yeni binası Rafael Moneonun layihəsi əsasında tikilmişdir. Qalereyalardan biri Penso Pyano tərəfindən planlaşdırılmışdır. 2010-cu ildən muzeyə Daniel Birnbaum başçılıq edir. Əvvəllər əsas ekspozisiyalar pulsuz olmuşdur.
Stokholm Müasir İncəsənət Muzeyində 100 minə yaxın müasir incəsənət nümunəsi nümayiş etdirilir. Muzeydə Matissanın, Pikassonin, Maleviçin, Alberto Cakomettinin, Corco de Kirikonun Salvador Dalinin, Marsel Dyüşanın, Aleksandr Kolderin, Luiza Burjuanın, Endi Uorxolun, Jan Tenqlinin, Nike de Sen-Fallın, Pobert Rauşenberin, Pera Kirkebinin, Ulrix Ryurimin, Den Qrimin əsərləri mühüm yer tutur.
1993-cü ildə muzeydən Pikassonun 6 əsəri və Jorj Brakın 2 əsəri oğurlanmışdır, bu əsərlərin ümumi dəyəri 40 mln.