Stok

Broker – müştərinin xeyrinə onun adından səhm alan və ya satan fond vasitəçisi.
Stividor
Stokist
OBASTAN VİKİ
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. 1863-cü ildə yaranmışdır. 2 dəfə Avropa kuboklarında iştirak edib.
Hanter Stokton Tompson
Hanter Stokton Tompson (ing. Hunter Stockton Thompson; 18 iyul 1937[…], Luisvill, Kentukki – 20 fevral 2005[…]) — amerika yazıçısı. Amerikalı məşhur jurnalist və yazıçı Hanter Tompson 20 fevral 1937-ci ildə doğulub. “Qonzo” jurnalistikasının yaradıcısı hesab olunan Tompson alkoqol və narkotik aludəçisi idi. “Qonzo” jurnalistikasının əsas xüsusiyyəti bundan ibarət idi ki, jurnalist burada klişe söz və ifadələrdən tamamilə imtina edir. Obyektiv olmaq məcburiyyəti yoxdur. Əksinə, jurnalist gördüyü hadisələri subyektiv formada nəql edir. Çoxu siyasi mövzuda olan məqalələrdə klişe ifadələr yerinə, daha səmimi, daha dürüst və daha əyləncəli ifadə tərzi seçilmişdi. Söyüşdən, jarqondan, ironiyadan, lağlağıdan da bol-bol istifadə edilirdi. Hadisələrin mərkəzində jurnalist özü dayanırdı.
Ixora stokesii
Ixora stokesii (lat. Ixora stokesii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Stoker (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Stokesia
Stokesia (lat. Stokesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Stokesia laevis (Hill) Greene Sinonim Cartesia centauroides Cass. Carthamus cyaneus Banks ex Steud. Carthamus laevis Hill Stokesia cyanea L'Hér.
Stokesia cyanea
Stokesia (lat. Stokesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Stokesia laevis (Hill) Greene Sinonim Cartesia centauroides Cass. Carthamus cyaneus Banks ex Steud. Carthamus laevis Hill Stokesia cyanea L'Hér.
Stokesia laevis
Stokesia (lat. Stokesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Stokesia laevis (Hill) Greene Sinonim Cartesia centauroides Cass. Carthamus cyaneus Banks ex Steud. Carthamus laevis Hill Stokesia cyanea L'Hér.
Stokholm
Stokholm (isv. [stɔkːhɔlm]) — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 2.000.000-a yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen). Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar. Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir.
Stokholm Müasir İncəsənət Muzeyi
Stokholm Müasir İncəsənət Muzeyi (Moderna Museet) - İsveçin paytaxtı Stokholmun mərkəzində, Şeppensxolmen adasında yerləşən muzey. Muzey 1958-ci ildə təşkil olunmuşdur. Stokholm Müasir İncəsənət Muzeyinin direktoru Otto Skyöld olmuşdur. 1994-1998-ci illərdə muzeyin yeni binası Rafael Moneonun layihəsi əsasında tikilmişdir. Qalereyalardan biri Penso Pyano tərəfindən planlaşdırılmışdır. 2010-cu ildən muzeyə Daniel Birnbaum başçılıq edir. Əvvəllər əsas ekspozisiyalar pulsuz olmuşdur. Stokholm Müasir İncəsənət Muzeyində 100 minə yaxın müasir incəsənət nümunəsi nümayiş etdirilir. Muzeydə Matissanın, Pikassonin, Maleviçin, Alberto Cakomettinin, Corco de Kirikonun Salvador Dalinin, Marsel Dyüşanın, Aleksandr Kolderin, Luiza Burjuanın, Endi Uorxolun, Jan Tenqlinin, Nike de Sen-Fallın, Pobert Rauşenberin, Pera Kirkebinin, Ulrix Ryurimin, Den Qrimin əsərləri mühüm yer tutur. 1993-cü ildə muzeydən Pikassonun 6 əsəri və Jorj Brakın 2 əsəri oğurlanmışdır, bu əsərlərin ümumi dəyəri 40 mln.
Stokholm Universiteti
Stokholm Universiteti (isv. Stockholms universitet) — İsveç Krallığının paytaxtı Stokholm şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1878-ci ildə qoyulmuşdur.
Stokholm qətliamı
Stokholm qətliamı - 1513-1523-cü illərdə hakimiyyətdə olmuş Danimarka kralı II Kristian tərəfindən Stokholm şəhərininin kübar təbəqəsinə qarşı 1520-ci ilin 8-9 noyabr tarixlərində gercəkləşdirilmiş qətliam. Danimarkanın nəzarətində olan İsveçin, Kamar Birliyindən ayrılması müharibəyə səbəb olmuşdur. Kalmar Birliyinə qarşı olan kral naibi Sten Sture Danimarka tərəfdarı olan din xadimi Qustav Trolu həbs etdirir. Hadisədən sonra kral II Kristian Roma papasının dəstəyinə arxalanaraq İsveçə hücum edir və oranı işğal edir. Muzdlu əsgərlərinin hesabına işğal hərəkatına rəhbərlik edən kral isveçiləri məğlub edib Stokholm şəhərinə daxil olur. 1520-ci ilin 8-9 noyabr tarixlərində krala qarşı təxribatlar törətməkdə günahlandırılan 80 nəfərə yaxın İsveç ziyalısı edam edilir. Edamların ardından ölkənin digər bölgələrində və Finlandiyada da oxşar edamlar gercəkləşdirilir.
Stokholm sindromu
Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edir. Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər. Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər. Stokholm sindromu xüsusi ədəbiyyatda "Girovun eyniləşdirmə sindromu" (ing. Hostage Identification Syndrome), "Sağlam fikir sindromu" (ing. Common Sense Syndrome) , "Stokholm amili" (ing. Stockholm Factor), "Girovun yaşama uğrunda mübarizəsi sindromu" (ing. Hostage Survival Syndrome) və sair sinonimlərə malikdir. 23 avqust 1973-cü ildə həbsxanadan qaçmış Yan Erik Ulsson Stokholmda yerləşən "Sveriges Kreditbank"ə gələrək onu qarət etməyə başladı, bir polisi yaraladı və üç nəfəri qadın olmaqla (Brigitta Lundblad, Kristin Enmark, Elizabet Oldqren) bankın dörd əməkdaşını girov götürdü.
Stokholm terror hücumu (2017)
Stokholm terror hücumu - İsveçin paytaxtı Stokholm şəhərində çatdırılma xidməti göstərən yük maşını ilə törədilmiş terror hücumu. Hadisə nəticəsində 4 nəfər həlak olub, 9 nəfəri ciddi olmaqla 15 nəfər yaralanıb. Yük maşını insanların çoxluq təşkil etdiyi əraziyə daxil olaraq, qarşısına çıxan mülki əhalini əzib. Hadisəni təşkil etməkdə günahlandırılan 39 yaşlı Özbəkistan vətəndaşı həmin gün yerli polis tərəfindən həbs olunub. Stokholm terror hücumu oxşarlıq baxımından 2016-cı ildə Fransanın Nitsa şəhərində törədilmiş və 87 nəfərin ölümünə səbəb olan terror hücumu ilə bənzərlik təşkil edir.
Stokholm şəhəri
Stokholm (isv. [stɔkːhɔlm]) — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 2.000.000-a yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen). Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar. Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir.
Stokle sarayı
Stoclet Sarayı (Fransızca: Palais Stoclet), Belçikanın Sint-Pieters-Woluwe bələdiyəsinin Tervurenlaan küçəsində bir villadır. Villanın çertiyoju Avstraliyalı memar Josef Hoffmann tərəfindən 1911-də çəkilmişdir.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Stoksnes
Stoksnes (isl. Stokksnes) — İslandiya adasının cənub-şərqində yerləşən burun. Burun Hornafordyur fiordundan bir qədər aralıdadır. Soyuq müharibə zamanı, 1955-ci ildə burunda ABŞ hərbi qüvvələrinə aid baza inşa edilmişdir. Bu bazada 200 nəfərlik kontingent yerləşirdi. Hazırda isə baza radiolakasiya stansiyası kimi istifadə («Ratsyarstofnun» isl. Ratsjárstofnun) edilir. Burun ərazisində mayak və kiçik kilsə də vardır.
Stokton (Kaliforniya)
Stokton (ing.
Stokuel
Stokuel (ing. Stockwell) — London şəhərinin rayonu. 2005-ci ildə, polis əməkdaşlarının Braziliya vətəndaşı Jan Çarlz de Menezesi, 2005 London bombalamaları zəminində, Stokuel metro stansiyasında güllələyərək öldürməsi Londonda böyük etirazlara səbəb olub. 2013-ci ildə, rayonda Vinsent van Qoqun bir zamanlar yaşadığı və aşiq olduğu yer rəssamın şərəfinə Van Qoq Keçidi adlandırılıb. Sakinlər bildiriblər ki, vaxtilə ayaq dəyməyən həmin ərazi post-impressionist rəssam sayəsində dəyişib.
Stokuell
Stokuel (ing. Stockwell) — London şəhərinin rayonu. 2005-ci ildə, polis əməkdaşlarının Braziliya vətəndaşı Jan Çarlz de Menezesi, 2005 London bombalamaları zəminində, Stokuel metro stansiyasında güllələyərək öldürməsi Londonda böyük etirazlara səbəb olub. 2013-ci ildə, rayonda Vinsent van Qoqun bir zamanlar yaşadığı və aşiq olduğu yer rəssamın şərəfinə Van Qoq Keçidi adlandırılıb. Sakinlər bildiriblər ki, vaxtilə ayaq dəyməyən həmin ərazi post-impressionist rəssam sayəsində dəyişib.
Çeyn-Stoks tənəffüsü
Çeyn-Stoks tənəffüsü — periodik səthi seyrək tənəffüs hərəkəti ilə başlayaraq get-gedə tezləşə və dərinləşərək maksimal həddə çatdıqdan sonra təzədən səthiləşərək, səngiyərək uzun pauzaya keçməsilə xarakterizə olunan potoloji tənəffüs tipi. Bu hal ilk dəfə XIX əsrin əvvəllərində həkimlər Çeyn və Uilyam Stoksun işlərində təsvir edildiyindən onların şərəfinə adlandırılmışdır.