1. qarş. Bir-birinə su atmaq.
[Uşaqlar] bir-birilə ötüşərək, hay salıb gah üzür, gah batıb yox olur, birdən baş qaldırıb ikiəlli sulaşırdılar.
Bir ara dəhlizdən otağa, otaqdan mətbəxə qaça-qaça bu üç xoşbəxt adam nəşə ilə sulaşdılar, su qurtarandan sonra taxtabənddə üz-üzə durub, bir-birinə baxaraq gülüşməyə başladılar.
2. Su salmaq, su buraxmaq, sıyıqlaşmaq.