Şəlvə sövməəsi
Şəlvə sovməəsi — Laçın rayonunun Şəlvə kəndinin ərazisində, Şəlvə kəndinin mərkəzində yerləşən və XV əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovməə tipli alban məbədləri sırasına daxildir. Sovməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycanın 27 sentyabrdan etibarən keçirdiyi uğurlu əməliyyat nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən 1 dekabr 2020-ci iltarixindən etibarən Azərbaycan Respublikasının nəzarətinə keçmiş qədim Alban məbədidir
Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir. Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq quruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. Dörd pəncərənin üçü sövməənin şərq divarında, biri isə qərb divarındadır. Sövməəyə giriş tikilinin qərb tərəfindəndir.