SÜLUK

ə. 1) rəftar, hərəkət; 2) sufiliyə mənsub olma, riyazətlə məşğul olma; 3) bir təşkilata və s. daxil olma.

SÜLS
SÜM
OBASTAN VİKİ
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.