SƏDA
SƏDACƏT
OBASTAN VİKİ
Sədabad (Bicar)
Sədabad (fars. سعد آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Sədabad
Sədabad sarayı
Sədabad (Dəştistan)
Sədabad — İranın Buşehr ostanının Dəştistan şəhristanının Sədabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,119 nəfər və 1,588 ailədən ibarət idi.
Sədabad bəxşi
Sədabad bəxşi (Farsca: سعدآباد) — İranın Buşehr ostanında olan Dəştistan şəhristanının bəxşlərindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 31,928 nəfər və ya 6,772 evdir. Bəxşin mərkəzi Sədabad şəhəridir.
Sədabad müqaviləsi
Sədabad müqaviləsi — Türkiyə, İran və Əfqanıstan arasında, 1937-ci il 8 iyul tarixində Tehranda Sədabad sarayında imzalanan dörd tərəfli hücum etməmə müqaviləsi. == Müqavilənin bağlanmasının səbəbləri == Sərhəd problemlərinin birdəfəlik şəkildə həllini tapması: Müqaviləyə üzv dövlətlərin hamısının İranla sərhəd problemi mövcud idi. Həmçinin mövcud sərhəd problemləri səbəbindən xüsusilə Türkiyə-İraq-İran üçbucağında kürd tayfaları sərhəd tanımadan üsyanlar edirdilər. Bu, paktın imzalanmasının ən əhəmiyyətli səbəbidir. Ölkələrin müstəqilliklərini bildirmək istəyi: Müstəmləkə və yarım müstəmləkə dövrlərindən qısa müddət əvvəl xilas olan bu dövlətlərin müstəqilliklərini tanıtdırması son dərəcə vacib idi. İlk dəfə olaraq bu məqsədlə, 1935-ci il 2 oktyabrda Cenevrədə Türkiyə, İran və İraq arasında üç tərəfli müqavilə paraflandı. Bura daha sonra Əfqanıstan da qoşuldu. Daha sonra İraq-İran sərhəd mübahisələrinin həlli (Şəttül-Ərəb uyğunsuzluğu), Türkiyə ilə İran arasında dostluq çərçivəsi daxilində sərhəd problemi daxil olmaqla hər bir sahəni tənzimləyən sazişlərin aktı; 1937-ci il 8 iyul tarixli Sədabad müqaviləsinın imzalanmasına imkan vermişdir.Tərəflər; sazişdə ümumi olaraq bir-birilərinin daxili işlərinə qarışmayacaqlarını, ortaq maraqlarına aid olan məsələləri bir-birilərinə danışacaqlarını, bir-birlərinə qarşı hücum etməyəcəklərini və sərhədlərinin qorunmasına hörmət göstərəcəklərini vəd etmişdilər. Ancaq paktın əsas səbəbi olan kürd tayfaları problemi, 7-ci maddəninbu ifadələrində gizlidir: Pakta bağlı olan tərəflərdən hər biri öz sərhədləri daxilində digər bağlı tərəflərin müəssisələrini dağıtmaq, nizam və təhlükəsizliyini sarsıtmaq və ya siyasi rejimini pozmaq məqsədilə silahlı dəstələr, birliklər və ya təşkilatların qurulmasını və hərəkətə keçmələrini əngəlləmək vəzifəsi boyunlarına qoyulurdu. II Dünya Müharibəsi şəraitində sazişin digər müddəaları yararsız qalmış, lakin 7-ci maddə müqavilənin davamını təmin etmişdir.
Sədabad sarayı
Sədabad sarayı (fars. مجموعه سعدآباد‎ Məcmū’ə-yi Sə’d-ābād) – Qacar və Pəhləvi şahları tərəfindən tikilmiş 300 hektarlıq saray kompleksi. İranın Tehran ostanının paytaxtı Şemiran şəhərində yerləşir. Hazırda İran prezidentlərinin iqamətgahı bu saray kompleksinə bitişikdir. Kompleksə sahəsi 300 hektardan çox olan təbii meşə, küçələr, kəhrizlər, qalereyalar və muzeylər daxildir == Tarixi == Kompleks ilk öncə Qacarlar tərəfindən XIX əsrdə tikilmiş və istifadə olunmuşdur. Daha sonra Rza şah Pəhləvi 1920-ci illərdə burada yaşamış, Məhəmməd Rza Pəhləvi 1970-ci illərdə buraya köçmüşdür. 1979-cu il inqilabından sonra saray kompleksi muzeyə çevrilmişdir. == Hazırkı istifadəsi == Hazırda kompleksin hissələri muzeydir və turistlər ətrafda dolaşa bilərlər. Saray kompleksi İran Mədəni İrs Təşkilatı tərəfindən idarə olunur. Ölkənin bir çox artifakt, yer və mədəni aspektlərinə nəzarət bu təşkilata məxsusdur.
непохо́жесть поче́рпываться прибы́вшая субалте́рн-офице́р уругва́йка всесокруша́ющий ограничи́тель окоти́ться осмея́ть хорово́д экстрасенсо́рика Гатчина скомина сласть шога cordate cuartel resistor secrecy unselected миссис облачение опалубка осмаливать шиворот-навыворот