SƏFEHLİK

is. Ağıldankəmlik, giclik, axmaqlıq, sarsaqlıq. Səfehliyindən bəlaya düşmək.
[2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev.

// Səfeh hərəkət, səfeh iş.
□ Səfehlik eləmək – səfeh iş tutmaq, qanmazlıq etmək, ağılsızlıq göstərmək.
[Allahqulu:] Mən lap nahaqdan o acgöz hacının felinə uyub, səfehlik elədim. Ə.Əbülhəsən.

Синонимы

  • SƏFEHLİK SƏFEHLİK, AXMAQLIQ, ƏBLƏHLİK, ƏHMƏQLİK, GİCLİK, İDİOTLUQ, SARSAQLIQ
  • SƏFEHLİK sarsaqlıq — giclik — axmaqlıq — ağılsızlıq — gicbəsərlik — başıboşluq — yelbeyinlik

Антонимы

  • SƏFEHLİK SƏFEHLİK – AĞILLILIQ Gələn görüşlərə ümid bəsləmək səfehlikdir (S.Qədirzadə); Kim bunu ağıllılığın nəticəsi kimi qəbul edir (İ
SƏFEHLƏMƏK
SƏFƏR

Значение слова в других словарях