səksəkili 2021
səksəncə 2021
OBASTAN VİKİ
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Səksən altı
Səksən altı — say sistemində ədədlərdən biridir. Səksən beşdən sonra, səksən yeddidən əvvəl gəlir. Səksən altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən doqquz
Səksən doqquz — say sistemində ədədlərdən biridir. Səksən səkkizdən sonra, doxsandan əvvəl gəlir. Səksən doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən dörd
Səksən dörd — say sistemində ədədlərdən biridir. Səksən üçdən sonra, Səksən beşdən əvvəl gəlir. Səksən dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 7, 12, 14, 21, 28, 42 və 84 ədədlərinə qalıqsız bölünür.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksənillik müharibə
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Səksəncək döyüşü
Səksəncək döyüşü - 1526-cı ildə Ustaclı tayfasından olan Köpək sultan Ustaclı ilə rumlulardan Div sultan Rumlu arasında vəkalət müharibəsi nəticəsində baş verən döyüşlərdən biri. Şah İsmayılın vəfatından sonra oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin bu zaman Təhmasib Mirzə 10 yaşında idi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div sultan ələ keçirdi. Lakin ustaclı tayfasının Köpək sultan və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü. İsfahan hakimi Çuxa sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca sultan Təkəli,Məşhəd hakimi Burun sultan Təkəli, Şiraz hakimi Əli sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək sultan Ustaclı əleyhinə ittifaq bağladı. Şamlı tayfasının iki görkəmli əmiri – Herat hakimi Durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div sultana qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər. Div sultan bununla da kifayətlənmədi.

Значение слова в других словарях