1. is. Sən, mən, hamımız, hamı bir yerdə, hamılıqla, birgə. Sənli-mənli birləşək, işi yerinə yetirək.
– [Qurban Telliyə:] Orası elədir, Telli, amma qorxuram sənli-mənli bütün kolxoza söz gələ.
2. zərf Öz aralarında, ikilikdə; məhrəmanə, öz aramızda.
[Telli] bu barədə düşünürdü; yenə əvvəlki kimi üzünü [müəllimdən] tutub yaşınsın və ya bu gecəki kimi onunla sənlimənli danışsın.